Qətlə yetirilən Darya Duqina bu yaxınlarda işğalda olan Mariupoldan qayıdıb

Qətlə yetirilən Darya Duqina bu yaxınlarda işğalda olan Mariupoldan qayıdıb"Land Cruiser Prado" avtomobilinin partlaması nəticəsində dünyasını dəyişən Darya Duqina bu yaxınlarda rus işğalında olan Mariupoldan qayıdıb. O, Ukraynada aparılan müharibədə Kremli dəstəkləyib.

BiG.AZ Bizim.Media-ya istinadən xəbər verir ki, bunu politoloq Sergey Karnauxov deyib.

"O, bu yaxınlarda Mariupoldan "Azovstal"dan qayıdıb. Biz onunla zavoddan canlı bağlantı həyata keçirdik. O, benderlərə nifrət edirdi, çünki başa düşürdü ki, biz nəyə görə döyüşürük", - o, teleqram kanalında yazıb.

Politoloqun sözlərinə görə, dünən Darya ona həyatında sonuncu müsahibə verib. Karnauxov etiraf edib ki, o, "inanılmaz dərəcədə savadlı və parlaq bir insan" idi:

"Ondan daha ağıllı qız tanımıram".

İndi istintaq baş verənlərlə bağlı müxtəlif versiyalar üzərində işləyir. Bu arada politoloq Marat Bəşirov sui-qəsdin obyektinin Darya Duqina deyil, onun atası olduğunu irəli sürüb. Bloger Yeqor Xolmoqorov da onunla razılaşıb. O, əmindir ki, cinayətkarların məqsədi əsasən Aleksandr Duqini öldürmək olub.

Qondarma "DXR" rəhbəri Denis Puşilin də Dariyanın ölümündən danışıb. O, Aleksandr Duqinin rəsmi Kiyevin hədəfində olduğunu deyib.

Xatırladaq ki, bu gecə Moskva vilayətində "Land Cruiser Prado" markalı avtomobilin partladıldığı məlum olub. İçində olan qadın dünyasını dəyişib. Sonradan məlum olub ki, avtomobildə filosof və politoloq Aleksandr Duqinin qızı Darya olub. İctimai xadim özü hadisədən az sonra faciə yerinə gəlib. Faktla bağlı cinayət işi açılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1061   Tarix: 21 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məktəblərdə əlavə iş dəftərləri: valideynlər bahalı yük altında qalıb - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Son dövrlər məktəblərdə şagirdlərə əlavə iş dəftərləri və müxtəlif test vəsaitlərinin alınması məsələsi müzakirə mövzusuna çevrilib. Dərs proqramından kənar təqdim olunan bu materialların baha olması bir çox ailələr üçün ciddi maliyyə yükü yaradır. Xüsusilə bir neçə məktəbli övladı olan ailələr üçü

25.02.2026 309
.

Yeni geosiyasi blok: İsrailin strateji addımı və regional balans

Benyamin Netanyahu bildirib ki, Təl-Əviv təşəbbüsü ilə Aralıq dənizi və Yaxın Şərqdə strateji ittifaq formalaşdırılır. Bu ittifaqa India, bir sıra ərəb və Afrika ölkələri, Greece, Cyprus və bəzi açıqlanmayan Asiya dövlətləri daxildir. Məqsəd regiondakı təhlükələrə qarşı vahid mövqe sərgiləməkdir, ittifa

25.02.2026 254
.

Şeyxin oğlu vəzifəsindən azad edildi

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" sədrinin müşaviri vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC İdarə Heyətinin sədri Əfqan Cəlilovun müvafiq Əmri ilə Məhəmməd Paşazadə sədrin müşaviri vəzifəsindən azad olunub. Onunla bağlı qəra

25.02.2026 349
.

"Həm adaşıq, həm də yaşıd..."

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə sakin arasında maraqlı dialoq yaşanıb:. Prezident İlham Əliyev: Çox sağ olun, sizə cansağlığ

25.02.2026 202
.

Hər gün istifadə etdiyimiz dünyanın ən bahalı qidaları

Bəzən dəbdəbə düşündüyümüzdən daha yaxın olur və insan əlində saxladığı əşyanın dəyərinin zərgərlik məmulatı ilə müqayisə oluna biləcəyini belə anlamır. Gündəlik istifadə etdiyimiz əşyalar aləmi isə gözlənilməz sürprizlərlə zəngindir. Nadir məhsullar bazarı üzrə ekspertlər uzun illərdir bu fenomenlər

25.02.2026 294
.

Əfqanıstanda 5,7 bal gücündə zəlzələ baş verib

Əfqanıstanda 5,7 bal gücündə zəlzələ qeydə alınıb. Yerli vaxtla saat 16:12-də baş verən yeraltı təkanların episentri Bədəxşan vilayətində yerləşib. Məlumata görə, zəlzələnin ocağı yerin 67 kilometr dərinliyində olub. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, zəlzələnin təsiri qonşu ölkələrd

25.02.2026 238
.

"Gəl, gəl, Mehriban xanımla görüş" - Prezident

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva bu gün Xocalı rayonunun Xanabad kəndində görülmüş işlərlə tanış olublar. "Qafqazinfo" xəbər verir ki, sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva kəndə köçmüş Əmrah Sahiblini

25.02.2026 135
.

Mərkəzi Komandanlıq Yaxın Şərqdəki bazalarına 300-dən çox reaktiv təyyarə və hərbi təyyarə yerləşdirib

ABŞ və İran arasında gərginliyin artması ilə Vaşinqton administrasiyası ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Yaxın Şərqdəki bazalarına 300-dən çox reaktiv təyyarə və hərbi təyyarə göndərib. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, açıq mənbəli uçuş məlumatlarına görə, bölgədə 300-dən çox ABŞ hərb

25.02.2026 235
.

Xocalı soyqırımından 34 il ötür

Bu gün Xocalıda törədilən dəhşətli soyqırımından 34 il ötür. BİG.AZ xatırladır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum ediblər. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətind

00:04 98
.

TOP MP3