Evsizlər üçün atılmış addım: Yeni ipoteka qaydaları kimlərə sərf edəcək? - ARAŞDIRMA

Evsizlər üçün atılmış addım: Yeni ipoteka qaydaları kimlərə sərf edəcək? - ARAŞDIRMAEvi ola-ola güzəştli ipoteka krediti almaq istəyənlərin böyük bir hissəsi bu niyyətlərindən vaz keçməli olacaqlar. Nəticədə güzəştli ipoteka kreditləri üçün müraciətlərin sayı azalacaq, evi olmayan insanların bu imkandan yararlanmaq ehtimalları artacaq.

Azərbaycanda mənzil almaq üçün bank tərəfindən verilən ipoteka krediti ilə bağlı tələblər dəyişib. Yeni qaydalara görə, mülkiyyətində ev və ya mənzil olduğu halda ipoteka krediti götürənlər üçün ilkin ödəniş 30%-dən az olmamalıdır. Yalnız adında ev olmayan şəxslər 30%-dən az ilkin ödəniş edə bilərlər. Onlar üçün ilkin ödəniş 15%-dən başlaya bilər. Bəs, görəsən, bu yeniliyin məqsədi nədir? Qərardan sonra ipoteka bazarında hansı dəyişikliklər ola bilər?

Mövzu ilə bağlı "Kaspi" qəzetinin yazışın təqdim edirik:

Evsiz insanların çoxu ipoteka krediti ala bilmirlər

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Kaspi"yə açıqlamasında dedi ki, güzəştli ipoteka kreditlərindən yararlananlar aztəminatlı, evə ehtiyacı olan insanlar olmalıdır: "Lakin bu şərtlərdən yararlanmaq istəyən evi olan insanlar da çoxdur. O baxımdan evsiz insanların çoxu kənarda qalır. Bu nöqteyi-nəzərdən yanaşsaq, atılmış addım təqdirəlayiqdir. Vətəndaşın adına mənzil varsa, ödəyəcəyi ilkin ödəniş çox olanda, təbii ki, artıq onun ipoteka krediti götürməyə marağı olmayacaq. Məncə, mənzili olmayanlara qoyulan 15 faiz ilkin ödəniş şərti normaldır. Mənzilin ümumi dəyərinin elə də böyük bir hissəsi deyil. Vətəndaş haradansa pul toplayıb həmin ilkin ödənişi edə bilər. Əslində də, güzəştli ipoteka krediti daha çox aztəminatlı insanlara verilməlidir ki, kirayələrdən qurtulub, mənzil sahibi ola bilsinlər. Evi olan şəxslər ilkin ödəniş olaraq 30 faiz ödəyəcəklərsə, bu, böyük məbləğdir. Ona görə də düşünürəm ki, evi ola-ola güzəştli kredit almaq istəyənlərin böyük bir hissəsi bu niyyətlərindən vaz keçməli olacaqlar. Nəticədə müraciətlərin sayı azalacaq, evi olmayan insanların güzəştli ipotekadan yararlanmaq ehtimalları artacaq".

Mənzillərin qiyməti durmadan artır deyə...

Müsahibimiz bildirdi ki, hazırda bir sıra səbəblər var ki, onlara görə ipoteka ilə ev almaq vətəndaşa sərf etmir: "İpoteka ilə mənzil almaq istəyənlər çoxdur. Amma ipotekaya yararlı mənzillər azdır. Köhnə 4-5 mərtəbəli binalar ipoteka predmetinə çevrilə bilmir. İpotekaya düşən köhnə binalardan 9-10 mərtəbəlilərdir ki, onların da sayı çox deyil. İpoteka kreditinə daha çox yeni tikilən binalardan mənzillər almaq mümkündür. Vətəndaş fikirləşir ki, birotaqlı mənzili 100-120 min manata kreditlə də olsa, alacaq. Müəyyən vaxtdan sonra gənc ailənin üzvlərinin sayı artır, onlar məcbur bu evi satıb, digərini almalıdırlar.

Digər tərəfdən, mənzillərin qiyməti kəskin artır deyə, son illər ipotekadan yararlanmaq istəyən insanların sayı da azalır".

İpoteka üçün "ekonom klass" mənzillər tikilməlidir

Ekspert onu da qeyd etdi ki, hazırda Bakı şəhərində ipotekaya yararlı "ekonom klass" mənzillər məhdud saydadır: "Aztəminatlı ailələr üçün "ekonom klass" mənzillər tikilməlidir. Mənzilin kvadratı az olanda ümumi dəyəri də aşağı olur. Yeni tikililərdə 65-70 kvadrat birotaqlı mənzil, "xruşşovka"larda üçotaqlı mənzilin sahəsidir. Tikinti şirkətlərinə azkvadratlı mənzillər tikmək sərfəli deyil. Amma tikilən binalarda ümumi sahələr az, otaq sayı çox olsa, bu, çoxuşaqlı ailə üçün sərfəli olar. Ona görə də insanlar artıq ev almaq üçün daha çox Bakı ətrafına, Xırdalana üz tuturlar. Çünki həmin ərazilərdə ekonom mənzillər daha çoxdur. İki otaqlılar təxminən 50-55, üç otaqlılar 70-80-90 kvadrat olur. Təbii ki, bu halda mənzilin ümumi dəyəri də aşağı olur".

İpoteka şərtləri bir az da sadələşdirilməlidir

Elnur Fərzəliyevin sözlərinə görə, ipoteka krediti verilərkən bir neçə vacib nüans nəzərə alınmalıdır: "Ölkədə minimal əməkhaqqı 300 manatdır. 300 manat əməkhaqqı alan şəxs ipoteka krediti ilə mənzil ala bilməz. Çünki vətəndaşın bir aylıq minimum yaşayış zənbili təxminən 200 manat hesablanır. Yəni 300 manat maaş alan şəxsin 200 manat dolanışıq pulu çıxacaqsa, yerdə qalan 100 manatı ipotekanı ödəməyə bəs etmir. Sırf ipoteka krediti ilə mənzil almaq üçün rəsmi iş yerin olmalıdır. İnsanların əksəriyyəti rəsmi işdə işləyir, amma əmək haqqı azdır. İşdən sonra gedib taksi fəaliyyəti ilə məşğul olur, yaxud kənarda kiçik biznesi, xarici ölkədə qohumu, evi var və oradan pul gəlir. Amma həmin pulları rəsmi göstərə bilmədiyinə görə ipoteka kreditindən yararlana bilmir. İpoteka bazarına marağın artırılması üçün şərtlər bir az da sadələşdirilməlidir".

Bəs bu qərar ümumilikdə əmlak bazarına hansısa formada təsir edə bilərmi? Elnur Fərzəliyev bildirdi ki, hazırda əmlak bazarında ipoteka kreditlərinin faiz payı o qədər də böyük olmadığından edilən dəyişikliyin ümumi bazara təsiri elə də böyük olmayacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1073   Tarix: 21 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Foto/Video+YENİLƏNİB

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyevin bəyanatı. - Hörmətl

08.11.2026 306
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

08.11.2026 250
.

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rənglərinə büründü - Foto

Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur TOBB əkiz qüllələri dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, İstanbulda yerləşən məşhur körpü də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Həmin görüntüləri təqdim edirik:

08.11.2026 236
.

İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər

08.11.2026 216
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

08.11.2026 236
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

08.11.2026 240
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

08.11.2026 251
.

Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video

Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü

08.11.2026 302
.

40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü

"Azər-Türk Bank" ASC-nin 40 yaşlı əməkdaşı Yasən Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Y.Məmmədov futbol oyunu zamanı ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, o, Şuşa şəhərindən məcburi köçkün olub və Bakıda müvəqqəti məskunlaşıb. Mərhumun atası Tərxan Məmmədov Birinc

08.11.2026 344
.