"Körpəsini küçəyə, zibilliyə atanlar faktiki olaraq onları öz əlləri ilə öldürürlər" - AÇIQLAMA

"Körpəsini küçəyə, zibilliyə atanlar faktiki olaraq onları öz əlləri ilə öldürürlər" - AÇIQLAMABəzi uşaqların dünyaya göz açandan bəri şansı gətirmir. Çünki dünyaya gələr-gəlməz valideynləri tərəfindən tərk edilir. Əşya kimi küçəyə və ya zibilliyə atılır, istənməyən körpə adlandırılırlar. Tez-tez bu barədə informasiyalar alırıq.

Bəs görəsən, körpəsindən imtina edən valideynləri hansı cəza gözləyir? İstənməyən uşaqları dünyaya gətirib atanların aqibəti necə olmalıdır?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, uşaqların zibilliyə atılması cinayət hesab olunur:

"Uşaqların küçəyə, zibilliyə atılması cinayətdir. Bu, faktiki olaraq valideynlərin körpələrini öz əlləri ilə öldürməyi deməkdir. Bu, çox ağır şəkildə azadlıqdan məhrumetmə cəzasına kimi yüksələ bilər. Həmin valideyn ən azı 10 il azadlıqdan məhrumetmə ilə cəzalandırılmalıdır".

Ə.Həsənov qeyd edib ki, valideynlikdən məhrumetmə hüququndan imtinanın cəzası yoxdur:

"Yalnız valideynlər bu halda dövlətə aliment ödəməlidirlər. Məsələyə hüquq və qanundan başqa heç kim təzyiq edə bilmir. İctimai qınağı da sınamalıyıq. Sosial səbəblər bunu etmək üçün səbəb deyil. Bu, fakt hesab olunmur. Ümumiyyətlə uşağı dövlətə təhvil verməyi daha yüksək hesab edirəm".

Hüquqşünas əlavə edib ki, Azərbaycanda aborta münasibət liberaldır:

"12 həftəyə qədər ümumiyyətlə heç bir əsas olmadan abort etmək olar, 22 həftəyə qədər sağlamlıqla bağlı hansısa bir səbəblər varsa, qanun da buna icazə verir. Uşağı dünya gətiribsə, baxması da şərtdir".

Milli Məclisin deputatı Musa Qasımlı qeyd edib ki, səbəb nə olur olsun, körpəni atmaq olmaz:

"Belə halların bir sıra səbəbləri var. Cahillik, erkən nikahlar, övlad sevgisinin olmaması, imkansızlıq ola bilər. Lakin səbəbdən asılı olmayaraq, insan öz körpəsini ata bilməz. Övladı saxlaya bilməyəcəksənsə, ailə qurma və ya istəmədiyin övladı dünyaya gətirmə".

M.Qasımlı fikrincə, ictimai qınaq olmalı və sərt qanuni tədbirlər görülməlidir:

"Ayrı-ayrı şəxslərin belə qeyri-insani hərəkətlərinin yükü yekunda dövlətin üstünə düşür. Sonradan cəmiyyətdə bir sıra sosial problemlər yaranır və onları da dövlət həll etməli olur. Sağlam ailə, sağlam cəmiyyət deməkdir. Körpəsindən imtina edənləri televiziyalara çıxarmaq, az qala təbliğ etmək nə qədər düzgündür? Belə hallara qarşı ictimai qınaq olmalı və sərt qanuni tədbirlər görülməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1622   Tarix: 21 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Moldovanın hava sahəsində 5 dron müşahidə olunub

Ötən gecə Moldovanın hava sahəsində 5 dron müşahidə olunub. "Newsmaker"in xəbərinə görə, bu barədə Moldova Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, insidentin Rusiyanın Ukraynaya hava hücumları ilə eyni vaxtda baş verdiyi bildirilib. Dronların hamısının Ukrayna sərhədindən Moldovay

27.08.2026 154
.

Çində kilometrlərlə uzanan və böyüməyə davam edən nəhəng çat yaranıb

Çinin şimal-mərkəzi hissəsində yerləşən Pınlu vadisi təxminən 10 kilometr uzunluğa, 2 kilometrədək enə və 100 metrədək dərinliyə malikdir. Alimlər bu ərazini yer qabığının hərəkəti ilə əlaqəli aktiv rift sisteminin bir hissəsi hesab edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə "WP Tech" yazıb

27.08.2026 164
.

Qızıl yenidən bahalaşdı: Qiymətlər daha da arta bilər - İQTİSADÇIDAN AÇIQLAMA

Dünya bazarında qızılın qiyməti yüksəlməkdə davam edir. Reuters-in bu gün, 27 avqust tarixində yaydığı məlumata görə, spot qızılın qiyməti 0,2% artaraq bir unsiya üçün 4 599,57 dollara çatıb. Artıma əsas səbəblər sırasında dolların gələcəkdə dəyər itirməsi ilə bağlı narahatlıqlar və investorların AB

27.08.2026 311
.

Rus ordusu bu kəndi işğal etdi

Rusiya ordusu Zaporojye vilayətinin Şevçenkovskoye yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

27.08.2026 146
.

Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir - "715 min dollarımı vermirlər"

Türkiyəli iş adamı Ercan Koçak Azərbaycanda dələduzluqla üzləşdiyini iddia edir. "Qafqazinfo"ya müraciət edən sahibkar bildirib ki, 2020-ci ildə dünyada COVİD -19 pandemiyasının yayıldığı bir vaxtda Azərbaycanda tibbi maska istehsal edilməsi üçün avadanlıqların gətirilməsində, fabrikin qurulmasınd

27.08.2026 231
.

Kompüter başında, amma ofisdən uzaqda

"Əmək Məcəlləsinə əsasən, "iş yeri" anlayışı işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifəsi (peşəsi) üzrə əməkhaqqı müqabilində işləri və ya xidmətləri yerinə yetirdiyi yer hesab edilirdi". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qey

27.08.2026 191
.

Manat sabitdir, amma qiymətlər artır: Pul niyə dəyər itirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda manatın məzənnəsi dollar qarşısında uzun müddətdir sabit qalsa da, qiymət artımı davam edir. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2026-cı ilin iyulunda illik inflyasiya 5,8 faiz təşkil edib. Bu şəraitdə milli valyutanın nominal məzənnəsi dəyişməsə də, eyni məbləğdə pulla əvvəlk

27.08.2026 258
.

Sabah Ay tutulacaq

Avqust ayının 28-də ilin son tutulma hadisəsi baş verəcək. Bu barədə "Qafqazinfo"ya N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, bu tutulma qismən Ay tutulması olacaq. Yəni Yerin kölgəsi Ayı tamamilə örtməyəcək. Belə ki, qismən Ay tutulması Ay Yerlə Ayın orbitini

27.08.2026 181
.

Yerin altında 1000 tondan çox qızıl tapıldı - Yatağın dəyəri 83 milyard dollardır

Çinin Hunan əyalətində 100 tondan çox ehtiyatı nəhəng qızıl yatağı aşkarlanıb. Hesablamalar təsdiqlənərsə, Vanqu adlı yeni xəzinə dünyanın ən böyük yüksək keyfiyyətli qızıl yataqlarından birinə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, yataq Hunan əyalətinin Pinczyan bölgəsindəki Vanq

27.08.2026 197
.