Məhsulu quraqlıqdan qorumaq üçün süni yağış yağdırılacaq

Məhsulu quraqlıqdan qorumaq üçün süni yağış yağdırılacaqÇinin hakimiyyət orqanları anomal istilər fonunda məhsulu quraqlıqdan qorumaq üçün süni şəkildə yağış yağdırmağa hazırlaşır.

Xezerxeber.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi Çinin Kənd Təsərrüfatı Nazirliyinə istinadla məlumat yayıb. Məlumata əsasən, həmçinin bitkilərə rütubətin buxarlanmasını məhdudlaşdıran susaxlayıcı əlavə çiləmək planlaşdırılır.

Cin bu cür təbiət hadisələrinin müşahidə olunmağa başladığı 61 ildən bəri ən isti yayı yaşayır. Sıçuan və Hubey əyalətlərinin hakimiyyət orqanları bildiriblər ki, isti hava min hektarlarla əkin sahəsini məhv edib və milyonlarla hektarda məhsula ziyan vurub. Bu ərəfədə Hubey əyalət administrasiyası fövqəladə vəziyyət edib və humanitar yardım verilməsinə başlayıb. Sıçuan əyalətində 820 minə yaxın inşana içməli su çatışmır. Bununla yanaşı, əyalətdə günəş panelləri, mikroçip və digər sənaye məhsulları istehsal edən müəssisələrin işi su çatışmazlığı səbəbindən altı gündür dayanıb.

Ekspertlərin fikrincə, CXR-də məhsulun azalması qlobal əhəmiyyət kəsb edəcək, o cümlədən ABŞ və Avropada inflyasiyanı gücləndirəcək.

Çinin cənubunda isti hava şəraiti iyuldan başlayaraq hökm sürür. Britaniya, Fransa, Almaniya və İspaniya daxil olmaqla, Avropanın bir sıra ölkələrində də anomal isti və quraqlıq yaşanır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 770   Tarix: 21 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

35 dərəcə isti olacaq

Avqustun 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-24 isti

27.08.2026 198
.

Başdakı səslər: alimlər şizofreniya xəstələrinin onu niyə eşitdikləriniAÇIQLADILAR

Başdakı səslər zehni pozğunluğu olan bir insanın psixi pozğunluğunun əsas möhürüdür. Şizofreniya xəstələri onları tez-tez eşidirlər və indi elm adamları, nəhayət bu prosesin mexanikasını başa düşüblər. xarici KİV-ə istinadən bildirir ki, yeni tədqiqata əsasən, "səslər" beynin motor sistemində

27.08.2026 176
.

Alimlər siqareti tərgitməyin ən təsirli yolunu tapıblar

Nikotin tərkibli elektron siqaretlər siqareti tərgitmək istəyən insanlara nikotin plastırları və saqqızlarla müqayisədə daha effektiv kömək edə bilər. Bununla belə, alimlər bu üsulun uzunmüddətli sağlamlıq riskləri barədə hələ qəti nəticəyə gəlməyiblər. xəbər verir ki, alimlər müxtəlif ölkələrdən təxminə

27.08.2026 204
.

Qızıl yenidən bahalaşdı: Qiymətlər daha da arta bilər - İQTİSADÇIDAN AÇIQLAMA

Dünya bazarında qızılın qiyməti yüksəlməkdə davam edir. Reuters-in bu gün, 27 avqust tarixində yaydığı məlumata görə, spot qızılın qiyməti 0,2% artaraq bir unsiya üçün 4 599,57 dollara çatıb. Artıma əsas səbəblər sırasında dolların gələcəkdə dəyər itirməsi ilə bağlı narahatlıqlar və investorların AB

27.08.2026 311
.

İsrail İran müharibəsindən sonra dəniz qüvvələrini gücləndirir - pilotsuz gəmilərə sərmayə artırılır

İran və onun regiondakı müttəfiqlərinin dənizdəki təhdidlərinin artması İsraili hərbi-dəniz qüvvələrini genişləndirməyə və pilotsuz dəniz sistemlərinə investisiyaları sürətləndirməyə vadar edir. Ynet-in Bloomberg-ə istinadən yaydığı məlumata görə, İsrail son illərdə hava qüvvələri, quru qoşunları v

27.08.2026 230
.

Sabah Ay tutulacaq

Avqust ayının 28-də ilin son tutulma hadisəsi baş verəcək. Bu barədə "Qafqazinfo"ya N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, bu tutulma qismən Ay tutulması olacaq. Yəni Yerin kölgəsi Ayı tamamilə örtməyəcək. Belə ki, qismən Ay tutulması Ay Yerlə Ayın orbitini

27.08.2026 181
.

"Sİ həkimin rəqibi deyil" - Süni intellekt tibbdə nəyi dəyişəcək?

"Süni intellekt həkimin əvəzedicisi deyil, onun ən güclü köməkçisidir" yanaşması daha doğru olar. Bəs Sİ-nin həkimi əvəz edəcəyi fikri doğrudurmu?. "Xeyr, bu fikir doğru deyil. Süni intellekt bir "insan" deyil, bir "alətdir". O, həkimin yerinə keçə bilməz. Çünki tib

27.08.2026 216
.

Keçisini axtararkən qızıl tapdı, minlərlə insan oraya axın etdi - Video

Keniyanın qərbində 33 yaşlı Manasse Lomaçar itkin keçisini axtararkən gözlənilməz kəşfə imza atıb. Çeporor ərazisində çay yatağında qızıl axtaran qadınlara qoşulan Lomaçar təxminən 3 qram qızıl tapıb və onu 36 min Keniya şillinqinə, yəni təxminən 280 dollara satıb. "Qafqazinfo" xəbər veri

27.08.2026 131
.

Rusiya Ukraynaya raket və dronlar atır, hakimiyyət orqanları bildirir

Rusiya cümə axşamı gecəsi Ukraynaya raket və dronlar atıb, paytaxt Kiyev və digər şəhərlər kütləvi hücuma məruz qalıb, Ukrayna hakimiyyəti bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, atılan raketlərə iki "Oniks" gəmi əleyhinə qanadlı raketi

27.08.2026 191
.