DYP-dən polislərin yayılmış görüntüləri ilə bağlı AÇIQLAMA – YENİLƏNİB - VİDEO

DYP-dən polislərin yayılmış görüntüləri ilə bağlı AÇIQLAMA – YENİLƏNİB - VİDEOBakı Şəhər Dövlət Yol Polisi sosial şəbəkələrdə DYP əməkdaşları ilə sürücünün mübahisəsini əks etdirən video ilə bağlı açıqlama verib.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a bildirib ki, yol hərəkəti əleyhinə edilmiş qayda pozuntularında inzibati xəta iki formada aşkarlanır birincisi xüsusi texniki vasitələrlə bu zaman sürücü və polis arasında təmas olmur qayda pozuntusunun video və foto materiallları şəxsin elektron kabinetinə yerləşdirilməklə elektron qərar qəbul (EQ) edilir:

"Digəri isə YPX əməkdaşının vizual olaraq aşkarladığı qayda pozuntusudur ki, bu zaman sürücüyə etdiyi qayda pozuntusu izah olunur misal üçün qırmızı işıqda keçmisiniz, giriş qadağan olan yola daxil olmusuz, qarşı hərəkət zolağına keçib nəqliyyatın axınına doğru hərəkət etmisiniz və ya nişanın tələbini pozmusunuz və s. Bu hallardan biri və ya digəri olduqda Yol Hərəkəti Haqqında Qanunun pozulan tələbi və həmin maddə üzrə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan xətanın maddəsi izah olunmaqla yerində şəxsin iştirakı ilə inzibati xəta üzrə protokol tərtib olunur (İXP) bu zaman sürücü YPX əməkdaşından yerində görüntü tələb edə bilməz, protokolla razılaşmaya bilər. Həmin protokol qərarsız qalmalı və sürücüyə daha sonra həmin sübutlar aidiyyatı üzrə onun iştirakı ilə təhlükəsiz şəhər kameralarından çıxarılmaqla təqdim olunur".

A.Əsgərli bildirib ki, ümumiyyətlə son illərdə vətəndaş polis təmasının azaldılması məqsədilə DİN məqsədyönlü formada bu addımları atmaqla qayda pozuntularının demək olar ki 70 %-ni elə xüsusi texniki vasitələrlə aşkarlayır:

"Paytaxt ərazisində əməkdaşlarımızın gündəlik xidməti o qədər ağırdır ki, hər gün yollarda hərəkətin nizamlanması və təhlükəsizliyin təmini məqsədilə görülən tədbirlərin nəticəsində milyonlarla insanın mənzil başına çatması üçün ağır iş rejimində xidmət təmin olunur. Bir sözlə, paytaxt ərazində YPX əməkdaşının elə boş vaxtı yoxdur ki, kiminləsə qeyri-müəyyən bir vəziyyətə görə uzun müzakirələr aparsın".

Bu gün ölkəmizdə hamı bilir ki, qayda pozmayan sürücünü heç kim nə əsassız, nə də qanuni izahsız formada saxlamır. Belə hallar olanda isə həmin əməkdaşlar barədə çox sərt formada tədbirlər görülür. Bu videoda da sürücü polisi çəkməklə onu öz işindən uzaqlaşdırmağa cəhd edir. İşini ləyaqətlə, düzgün şəkildə icra edən hər bir polis əməkdaşı üçün belə çəkilişlər əhəmiyyətsizdir. İstər sadə vətəndaş, istərsə də dövlət məmuru hüquqlarını və vəzifələrini düzgün bilsə, ləyaqətli olsa, işini və vətəndaşlıq borcunu dürüst formada icra etdikdən sonra kimin nəyi çəkib paylaşmağının heç bir əhəmiyyəti yoxdur. Onsuz da indiki zəmanədə hamı hamını çəkir. Kim kimə nəyi sübut etmək istəyirsə birinci ona gərək özü inansın və dürüst olsun. Gəlin, qaydaları pozmayaq, qanunlara hörmətlə yanaşaq, insanları yerli-yersiz çəkib paylaşmaq əvəzinə, intizamlı olaq. Bizdə həmin dialoqun lap əvvəldən çəkilişi var. Amma onları paylaşmağı etik hesab etmirik!

19:01

Sosail şəbəkələrdə DYP əməkdaşları ilə sürücünün mübahisəsini əks etdirən video yayılıb.

Avtosfer.az xəbər verir ki, görüntülərdə sürücü qayda pozuntusunun videosunu tələb edir. YPX əməkdaşları isə bunun yalnız İdarədə mümkün ola biləcəyini qeyd edirlər.

Mübahisə zamanı yol polisi inspektoru sürücünün ona rüşvət təklif etdiyini və özününü bundan imtina etdiyini idda edir. Eyni zamanda sürücüyə protokol tərtib olunacağını deyir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2058   Tarix: 22 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni

08.11.2026 203
.

Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 8 noyabr tarixində Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib. paylaşımı təqdim edir:

08.11.2026 192
.

Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video

Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü

08.11.2026 221
.

Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub

Seneqal sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ən azı 21 nəfər həlak olub. "Report" "Euronews"a istinadən xəbər verir ki, bu barədə Seneqalın Daxili İşlər Nazirliyi (DİN) bildirib. Axtarış-xilasetmə əməliyyatı davam edir, hələlik sağ qalan yalnız bir nəfər tapılıb

08.11.2026 148
.

Bakıda 33 yaşlı kişi bıçaqlanıb

Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı

08.11.2026 136
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

08.11.2026 173
.

40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü

"Azər-Türk Bank" ASC-nin 40 yaşlı əməkdaşı Yasən Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Y.Məmmədov futbol oyunu zamanı ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, o, Şuşa şəhərindən məcburi köçkün olub və Bakıda müvəqqəti məskunlaşıb. Mərhumun atası Tərxan Məmmədov Birinc

08.11.2026 174
.

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

08.11.2026 188
.

Qubernator ABŞ prezidentliyinə namizəd olur: Pul toplamağa başladı

ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmək üçün hazırlıqlara başıayıb. xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Məlumata görə, Desantis Respublikaçılar Partiyasından ABŞ prezidentliyin

08.11.2026 163
.