Müəllimlərin maaşlarına aylıq əlavələrlə bağlı suallara CAVAB

Müəllimlərin maaşlarına aylıq əlavələrlə bağlı suallara CAVABElm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov dövlət ümümi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin, eləcə də sertifikatlaşdırma nəticəsinə görə təhsil müəssisələrinin müəllimlərinin vəzifə maaşlarına aylıq əlavələrin edilməsi ilə bağlı sosial media platformalarında qeyd edilən bir çox sualları cavablandırıb.

"Qafqazinfo" xəbər verir ki, bu haqda o, feysbuk hesabında yazıb:

1. MİQ ilə işə qəbul olan müəllimlərə də aiddir?

- Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələrin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına və dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarına uyğun olaraq sertifikatlaşdırılması prosesinin nəticələrinə uyğun olaraq təhsilverənlərin əməkhaqqına əlavə nəzərdə tutulub.

2. Artımın məbləği nə qədərdir?

Direktor və direktor müavinləri:

Təhsilalanların sayı (hər il yanvarın 1-i tarixinə)

Direktorun vəzifə maaşına aylıq əlavə (manatla)

Direktor müavininin vəzifə maaşına aylıq əlavə

(manatla)

500-dən 700-dək

600

200

700-dən 900-dək

750

250

900-dən 1300-dək

900

300

1300-dən 1700-dək

1050

350

1700-dən 2100-dək

1200

400

2100-dən 2500-dək

1350

450

2500-dən çox

1500

500

Təhsilverənlər:

Sertifikatlaşdırmanın nəticəsi üzrə

Dövlət ümumi təhsil

müəssisələrində tədris edilən dərs saatına görə (faizlə)

keçid balını toplayıb sertifikatlaşdırmanın test mərhələsində 50 baldan yuxarı bal toplamış təhsilverənlərə 35%

keçid ​balını​ toplamış ​digər təhsilverənlərə 10%

3. Bu artım ancaq sertifikasiyadan keçən bölgələrə aiddir?

- Vəzifə maaşına əlavənin verilməsi təhsilverənlərin sertifikatlaşdırılması prosesindən keçmiş şəxslərə aiddir.

4. Sertifikasiyadan keçməyən digər bölgələrin müəllimlərinə nə zaman şamil ediləcək?

- Təhsilverənlərin sertifikatlaşdırılması prosesi mərhələli şəkildə həyata keçirilir. Əməkhaqqında əlavənin verilməsi təhsilverənlərin sertifikatlaşdırılması prosesindən keçmiş şəxslərə aiddir.

5. Nə qədər bal toplamalısan ki, maaşda artım edilsin?

- Təhsilverənlərin sertifikatlaşdırılması prosesində keçid​balını​toplamış təhsilverənlərin vəzifə maaşına 10 faiz, keçid balını toplayıb sertifikatlaşdırmanın test mərhələsində 50 baldan yuxarı nəticə əldə etmiş təhsilverənlərin vəzifə maaşına 35 faiz artım edilməsi nəzərdə tutulmuşdur.

6. 5 ili tamam olmayan müəllimlərə şamil ediləcəkmi?

- Təhsilverənlər işə qəbul olduqdan sonra 5 il müddətində bu prosesdən azaddırlar. Bu səbəbdən həmin şəxslərə aid edilməyəcək.

7. Bütün direktor və müavinlərə aiddir, yoxsa sertifikasiyadan keçənlərə?

- Bütün ümumi təhsil müəssisələrində direktor ve direktor müavini vəzifəsində çalışan şəxslərin əmək haqqına əlavənin məbləği təhsilverənlərin sayına uyğun olaraq müəyyənləşdirilmişdir.

8. Vəzifə maaşına aylıq əlavə nə deməkdi? Yəni edilən əlavə məzuniyyət puluna hesablanmayacaq?

- Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanında nəzərdə tutulmuş aylıq əlavələr məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınır.

9. Bu artım məktəb psixoloqlarına, uşaq birliyi rəhbərinə də şamil edilir?

- İlkin mərhələdə yalnız müəllimlərin sertifikatlaşdırılma prosesində iştirakı nəzərdə tutulmuşdur.

10. Bağça müəllimlərinin də maaşı artacaq ya ancaq sinif müəllimlərinin?

- Ümumi təhsil müəssisələrində çalışan rəhbər heyətin (direktor, direktor müavini) və təhsilverənlərin vəzifə maaşına əlavənin hesablanması nəzərdə tutulmuşdur.

11. Qərar nə zamandan qüvvəyə minir?

- Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında qərar 2022-ci il sentyabr ayının 1-dən qüvvəyə minəcək.

12. Diaqnostikadan keçən müəllimlərədə aiddir?

- Təhsilverənlərin vəzifə maaşına əlavələr təhsilverənlərin sertifikatlaşdırılmasından keçmiş şəxslərə aiddir.

13. İcma əsaslı məktəbəqədər təhsil müəllimlərinə şamil ediləcək?

- Müvafiq fərman yalnız ümumi təhsil müəssisələrində çalışan rəhbər heyətə (direktor, direktor müavini) və təhsilverənlərə aiddir.

14. MİQ imtahanından keçənlər sertifikasiyadan keçmiş sayılmır?

- Təhsilverənlər işə qəbul olduqdan sonra 5 il müddətində bu prosesdən azaddırlar.

15. Məktəbdənkənar müəssələrə aiddir bu fərman?

- Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələrin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı və dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarı ümumi təhsil müəssisələrində çalışan direktor, direktor müavini və təhsilverənlərə aiddir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1143   Tarix: 22 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni

08.11.2026 203
.

Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 8 noyabr tarixində Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib. paylaşımı təqdim edir:

08.11.2026 192
.

Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video

Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü

08.11.2026 221
.

Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub

Seneqal sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ən azı 21 nəfər həlak olub. "Report" "Euronews"a istinadən xəbər verir ki, bu barədə Seneqalın Daxili İşlər Nazirliyi (DİN) bildirib. Axtarış-xilasetmə əməliyyatı davam edir, hələlik sağ qalan yalnız bir nəfər tapılıb

08.11.2026 148
.

Bakıda 33 yaşlı kişi bıçaqlanıb

Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı

08.11.2026 136
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

08.11.2026 173
.

40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü

"Azər-Türk Bank" ASC-nin 40 yaşlı əməkdaşı Yasən Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Y.Məmmədov futbol oyunu zamanı ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, o, Şuşa şəhərindən məcburi köçkün olub və Bakıda müvəqqəti məskunlaşıb. Mərhumun atası Tərxan Məmmədov Birinc

08.11.2026 174
.

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

08.11.2026 188
.

Qubernator ABŞ prezidentliyinə namizəd olur: Pul toplamağa başladı

ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmək üçün hazırlıqlara başıayıb. xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Məlumata görə, Desantis Respublikaçılar Partiyasından ABŞ prezidentliyin

08.11.2026 163
.