Zorakılığa məruz qalan azyaşlı psixoloji reabilitasiyaya cəlb olunacaq - YENİLƏNİB

Zorakılığa məruz qalan azyaşlı psixoloji reabilitasiyaya cəlb olunacaq - YENİLƏNİBTovuzda zorakılığa məruz qalan azyaşlı psixoloji reabilitasiyaya cəlb olunacaq.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Belə ki, Tovuz rayon sakini, yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı komitəyə daxil olmuş müraciətə əsasən dərhal aidiyyəti qurumlarla, Rayon İcra Hakimiyyəti və Tovuz Rayon Polis İdarəsi ilə əlaqə saxlanılıb.

Komitənin müraciəti əsasında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli Komissiya tərəfindən ailəyə səfər edilib, uşağın psixoloji vəziyyəti qiymətləndirilib.

Qeyd olunanlara əsasən azyaşlının psixoloji reabilitasiya tədbirlərinə cəlb olunması nəzərdə tutulur.

Baş Prokurorluğun verdiyi məlumata əsasən hazırda şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı istintaq hətəkətləri getdiyindən barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilib.

20:07

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Tovuzda 13 yaşlı uşağın zorakılığa məruz qalması ilə bağlı araşdırma aparır.

Bu barədə Komitənin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu APA-nın sorğusuna cavab olaraq bildirib. O qeyd edib ki, araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, Tovuzda azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edən şəxs həbs edilib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Tovuz rayon sakini 2009-cu il təvəllüdlü Cavid Cəlilova (şərti ad və soyad) qonşuları 1986-cı il təvəllüdlü Cavidan Əliyev (şərti ad və soyad) tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktı ilə bağlı Tovuz rayon prokurorluğunda 20.07.2022-ci il tarixdə Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsi) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılması üçün aidiyyəti üzrə Tovuz RPŞ-in İstintaq Bölməsinə göndərilib.

Cavidan Əliyevə (şərti) ittiham elan edilməklə Tovuz rayon məhkəməsinin 22.07.2022-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

18:30

Tovuzda azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edən şəxs həbs edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, Tovuz rayon sakini 2009-cu il təvəllüdlü Cavid Cəlilova (şərti ad və soyad) qonşuları 1986-cı il təvəllüdlü Cavidan Əliyev (şərti ad və soyad) tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktı ilə bağlı Tovuz rayon prokurorluğunda 20.07.2022-ci il tarixdə Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsi) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılması üçün aidiyyəti üzrə Tovuz RPŞ-in İstintaq Bölməsinə göndərilib.

Cavidan Əliyevə (şərti) ittiham elan edilməklə Tovuz rayon məhkəməsinin 22.07.2022-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1311   Tarix: 25 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - YENİLƏNİB+Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar

08.11.2026 223
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

08.11.2026 136
.

Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə

08.11.2026 176
.

"Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni

08.11.2026 203
.

İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər

08.11.2026 179
.

Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi

Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində Ukraynanın Jitomir vilayətində yerləşən Ovruc elektrik yarımstansiyası tamamilə sıradan çıxıb. UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ovruc şəhərinin meri İvan Korud məlumat verib. Merin sözlərinə görə, elektri

08.11.2026 165
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

08.11.2026 187
.

Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video

Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü

08.11.2026 221
.

Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video

"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"

08.11.2026 176
.