DYP sürücü və piyadalara müraciət etdi
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücü və piyadalara müraciət edib.
BDYPİ-nin rəsmisi Mübariz Ağayev bildirib ki, piyadaların yol hərəkəti qaydalarına riayət etməməsi növbəti dəfə faciə ilə nəticələnib.
Belə ki, avqustun 26-sı saat 23 radələrində Bakı şəhər sakini Faiq Quliyev idarə etdiyi "Toyota Prius" markalı 77-PJ-712 dövlət qeydiyyat nişanlı avtomobillə paytaxtın Səbail rayonunda hərəkətdə olarkən yolu keçən üç piyadanı vurub.
Nəticədə Türkiyə vətəndaşı, 1978-ci il təvəllüdlü Yusif Türksoy hadisə yerində həyatını itirib, digər piyadalar – 1987-ci il təvəllüdlü Əhmədova Xəyalə Fərman qızı və 1988-ci il təvəllüdlü İsmayılova Gülnar Muxtar qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
"Təəssüf ki, qeyd olunan yol-nəqliyyat hadisəsinin başvermə səbəblərindən biri də yuxarıda adları qeyd olunan şəxslərin ərazidə yeraltı piyada keçidinin olmasına baxmayaraq, avtomobillərin intensiv və yüksək sürətlə hərəkət etdiyi yolu piyadalar üçün nəzərdən tutulmayan yerdən keçməyə cəhd göstərmələri olub.
Baş Dövlət Yol Polisi İdarəsi əhaliyə müraciət edərək onları sözügedən yol qəzasının başvermə səbəblərindən düzgün nəticə çıxarmağa, yol hərəkəti qaydalarına istisnasız əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağa çağırır", - deyə o qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 577 Tarix: 27 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMoldovanın hava sahəsində 5 dron müşahidə olunub
Ötən gecə Moldovanın hava sahəsində 5 dron müşahidə olunub. "Newsmaker"in xəbərinə görə, bu barədə Moldova Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, insidentin Rusiyanın Ukraynaya hava hücumları ilə eyni vaxtda baş verdiyi bildirilib. Dronların hamısının Ukrayna sərhədindən Moldovay
20:15 143 Makron Ukraynada hərbi təlimləri açıqladı: Fransa qoşun göndərməyə hazırlaşır? - POLİTOLOQDAN AÇIQLAMA
Fransanın Ukrayna müharibəsində iştirakı ilə bağlı planlar yeni mərhələyə keçir. Fransa Prezidenti Emmanuel Makron "İstəkli ölkələr koalisiyası"nın Kiyev görüşündə Ukraynaya dəstək məqsədilə genişmiqyaslı birgə hərbi təlimlərin keçiriləcəyini açıqlayıb. Oktyabr və noyabr aylarında keçirilməs
13:31 220 Keçisini axtararkən qızıl tapdı, minlərlə insan oraya axın etdi - Video
Keniyanın qərbində 33 yaşlı Manasse Lomaçar itkin keçisini axtararkən gözlənilməz kəşfə imza atıb. Çeporor ərazisində çay yatağında qızıl axtaran qadınlara qoşulan Lomaçar təxminən 3 qram qızıl tapıb və onu 36 min Keniya şillinqinə, yəni təxminən 280 dollara satıb. "Qafqazinfo" xəbər veri
23:00 58 Prezident "Sabah"a 5 milyon ayırdı
Azərbaycan Prezidentinin ehtiyat fondundan "Sabah" futbol klubuna 5 milyon manat ayrılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzayalıb. Sərəncama əsasən, UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycanın 2026-c
15:56 229 Kirayə ödəyərək ev sahibi olmaq mümkündürmü?
"Kirayə yolu ilə mənzilə sahibolma vətəndaşın mənzildə kirayəçi kimi yaşaması və müqavilə üzrə aylıq ödənişləri vaxtında həyata keçirməsi nəticəsində müəyyən müddətin sonunda həmin mənzilin mülkiyyətini əldə etməsinə imkan verən mexanizmdir". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzr
14:10 213 30 abituriyent 600-dən çox bal topladı - Qəbul ola bilmədi
Builki imtahanlarda iştirak edərək 600-dən çox bal toplayan 30 abituriyent ali məktəbə qəbul olunmayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə DİM-in nəşr etdiyi "Abituriyent" jurnalının 7-ci sayında məlumat qeyd edilib. Bu abituriyentlərin hamısı IV ixtisas qrupu üzrə imtahanlard
14:32 221 Litvanın Xarici İşlər Nazirliyində yanğın
Litva Xarici İşlər Nazirliyinin binasında yanğın baş verib. xəbər verir ki, Litva Yanğından Mühafizə və Xilasetmə Departamenti məlumat yayıb. Məlumata görə, binanın havalandırma şaxtasında nasazlıq baş verib və elektrik mühərriki yanıb. Yanğın qısa müddətdə nəzarətə götürülüb. Hadisə yerinə yanğınsöndürənlərl
21:15 133 Rusiya Ukraynaya raket və dronlar atır, hakimiyyət orqanları bildirir
Rusiya cümə axşamı gecəsi Ukraynaya raket və dronlar atıb, paytaxt Kiyev və digər şəhərlər kütləvi hücuma məruz qalıb, Ukrayna hakimiyyəti bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, atılan raketlərə iki "Oniks" gəmi əleyhinə qanadlı raketi
11:46 188 Rus ordusu bu kəndi işğal etdi
Rusiya ordusu Zaporojye vilayətinin Şevçenkovskoye yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
20:45 133