Dünyada COVID-19-dan ölüm halları azalıb

Dünyada COVID-19-dan ölüm halları azalıbÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) avqustun 24-də elan edib ki, son bir həftədə bütün dünyada qeydə alınmış koronavirusdan ölüm halları 15 faiz, yeni yoluxma hallarının sayı isə 9 faiz azalıb.

BMT Səhiyyə Agentliyinin COVID-19 pandemiyası ilə bağlı vəziyyət barədə son həftəlik hesabatına görə, ötən həftə 5,3 milyon yeni yoluxma və 14 mindən çox ölüm faktı qeydə alınıb. ÜST bildirib ki, Sakit okeanın qərb hissəsi istisna olmaqla, dünyanın bütün regionlarında yeni infeksiyaların sayı azalıb.

Afrikada ölüm halları 183 faizdən çox artıb, lakin Avropada bu göstərici 30 faizdən çox, Amerikada isə 15 faiz azalıb. Bununla belə, ÜST xəbərdarlıq edir ki, COVID-19-a yoluxma göstəriciləri süni şəkildə azaldılıb, çünki bir çox ölkə virusun monitorinqi üçün test yoxlamalarından və epidemioloji nəzarət protokollarından imtina edib. Bu isə o deməkdir ki, aşkar edilmiş faktların sayı əslində olduğundan xeyli aşağıdır.

ÜST nümayəndələrinin sözlərinə görə, hazırda bütün dünyada COVID-19-un ən geniş yayılmış variantı "omikron BA.5" subvariantıdır. Yoluxma hallarının 70 faizdən çoxu bu variantın payına düşür. Son 1 ayda qeydə alınmış koronavirus növlərinin 99 faizini "omikron" variantları təşkil edir. Bu həftənin əvvəlində "Pfizer" şirkəti ABŞ-ın nizamlama orqanlarına müraciət edərək COVID-19-a qarşı kombinə edilmiş vaksinin istifadəsinə icazə verilməsini xahiş edib. Bu vaksin "omikron"un BA.4 və BA.5 kimi ən yeni variantlarından müdafiə olunmağa imkan verir.(xəzərxəbər)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 708   Tarix: 27 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.