Oğlunun atasını hər kəsdən gizlədi, içkiyə qurşandı, yaddaşını itirdi - Tarkovskinin ən çox sevdiyi qadın...

Oğlunun atasını hər kəsdən gizlədi, içkiyə qurşandı, yaddaşını itirdi - Tarkovskinin ən çox sevdiyi qadın...Rusiyanın ən məşhur aktrisalarından biri olan Marqarita Terexova 25 avqust 1942-ci ilə Sverdlovski vilayətinin Turinsk şəhərində doğulub. Yeniyetməlik illərində o, ailəsi ilə birlikdə Daşkənd şəhərinə köçməli olur. Marqarita orada orta məktəbi qızıl medalla bitirib Daşkənddəki universitetlərini birinə daxil olur. Həmin illəri onu daima gənc və yaraşıqlı oğlanlar əhatə edir.

Kulis.az aktrisa Marqarita Terexovanın həyatı ilə bağlı maraqlı məqamları araşdırıb.

Rejissor Yunqvald Həmin günləri belə xatırlayır:

"Biz Ritayla Daşkənddə tanış olduq. Rita parlaq gözəlliyə və dayanıqlı xasiyyətə malik qız idi. Bizim auditoriyanın oğlanları onun gözəl ayaqlarına, yaraşıqlı bədən quruluşuna və vaxtından əvvəl inkişaf etmiş sinəsinə məftun olmuşdular".

O, iki il orada oxuduqdan sonra o, Moskvaya getmək fikrinə düşür. İlk vaxtlar bu onun üçün çox müşkül məsələyə çevrilir. Çünki, Marqaritanın oxumaq istədiyi ali məktəb abituriyentlərin çoxluğundan qəbulu dayandırmaq məcburiyyətində idi. Bircə əlac Sergey Gerasimov adına Dövlət Kinomatoqrafiya universitetinə qalmışdı. Lakin, nədənsə Rita orada da gələcəyin ulduzu heç kimin diqqətini cəlb edə bilmir.

Marqarita isə qarşısına çıxan maneələrdən qətiyyən sarsılmır və tale onun bu möhkəmliyinin, sarsılmazlığının cavabını tezliklə verir. O, Massovet adına teatrın tərkibində yaradılan studiyaya qəbul olunur. Onun istedadı burada özünü tezliklə büruzə verir və o, truppanın aparıcı aktrisalarından birinə çevrilir. Marqaritanın həm aktrisa, həm də qadın kimi nəzərə çarpması truppanın nəzdində olan digər qadın aktrisanın qısqanclığına səbəb olur.

Studiyanın nəzdindəki kursu bitirdikdən sonra aktrisa həmin teatrda fəaliyyətə başlayır. 1983-cü ilə qədər o, teatrın səhnəsində 1964 "Sezar və Kleopatra", 1968 "Klounun gözləri", 1978 "Cinayət və cəza" kimi tamaşalarda yaddaqalan obrazlar yaradır.

Aktrisanın kinoda ilk işi 1965-ci ildə çəkilmiş "Salam, bu mənəm" filmindəki Tanya obrazı ilə başlayır. Ardınca Marqarita iki rola birdən dəvət alır. O, Pavel Lyubimovun "İtiaxan dalğalar" filmində iki qadın obrazını canlandırır.

İlk vaxtlar aktrisa o qədər də çox filmlərə çəkilmir. Lakin, onun çəkildiyi hər film unudulmaz olur. "Belarus voğzalı", "Monoloq" kimi filmlərdən sonra aktrisa tamaşaçıların yaddaşında daha dərin iz buraxır.

İlk evlilik...

Yazılanlara görə aktrisa üç dəfə ailəli olub. Onun birinci əri aktyor Vyaçeslav Buçenko olub. İkinci əri Savva Xaşimovla tanışlıq 1988-ci ildə Bolqariyada çəkilən "İtiaxan dalğalar" filminin çəkilişləri zamanı baş verir. Həmin vaxtı Xaşimov məşhur bolqar aktyoru, cavan, yaraşıqlı və qadınların sevimlisi idi. Elə ilk vaxtdan onların arasında məhəbbət başlayır. Nəhayət Marqarita hamilə olduğunu öyrənir. Xaşimov bundan xəbər tutanda Marqarita artıq Moskvada olur. Başqa qadınla ailəli olan aktyor tez bir zamanda Marqaritaya məktub yazıb ona evlilik təklif edir. Xaşimovun təklifi aktrisanı təəccübləndirsə də o, həmin məktuba yox cavabı verə bilmir.

Xaşimov Marqaritanın ardınca Moskvaya gəlir. Və onlar birlikdə yataqxanada yaşamağa başlayırlar. Tezliklə onların qızı Anna dünyaya gəlir. Savva həmin günləri belə xatırlayır: "Biz xoşbəxt idik. Birlikdə olmaq bizim üçün çox yaxşı idi. Marqarita ilə birlikdə qızımız Annanı gəzdirməyi çox sevirdik. Xoşbəxt və romantik çağlardı!"

Təəssüf ki, həmin nikah elə ilk günlərdən təhlükə ilə üz-üzə idi. Gənclərin ev sahibi olmaq kimi bacarıqları yoxuydu. Üstəlik Xaşimov Moskvada yaşamaqdan da təngə gəlirdi. O, öz ölkəsini və oradakı maraqlı peşəsinin həsrətini çəkirdi. Terexova isə ərinə görə Moskvanı tərk etmək istəmirdi. Yarım ildən sonra onlar ayrıldılar. Ayrılıq hər iki tərəf üçün çətin və ağır olsa da, onlar daima dost olaraq qalmağı bacardılar.

İmicin dəyişdirilməsi dövrü

Marqarita üçün Saavadan ayrılmaq çox çətin oldu. Bu ayrılıq aktrisanın daha ağır və soyuqqanlı etmişdi.

Hələ ilk filmindən Marqarita aktrisa kimi özünün bütün bacarığını göstərə bildiyindən diqqətli rejissorların nəzərini cəlb etdi. Onun fitri istedadı və aktrisalıq qabiliyyəti Andrey Tarkovskinin gözündən yayınmamışdı. Bunun üçün də rejissor 1974-cü ildə ekranlaşdırdığı "Ayna" filmində Terexovaya həm qəhrəmanın arvadı, həm də anası obrazını həvalə etməkdən çəkinmədi. Terexova hər iki rolun öhdəsindən məharətlə gəlməyi bacardı.

1977-ci ildə aktrisa Frid Yanın "İtlər səhnədə" filminə çəkilir. 1978-ci ildə isə Georgi Yunqvaldın ekranlaşdırdığı "Dartanyan və üç muşketyor" filmində Ledi Vinter obrazını canlandırır. Lakin həmin filmə olan dəvətə aktrisa bir müddət razılıq vermir. Bunun səbəbi isə Yunqvaldın 1969-cu ildə çəkdiyi "Təhlükəli qastrol" filmi olur. Belə ki, rejissor həmin filmə Terexovanı təsdiq etsə də, Qoskino onu məcbur edir ki, baş rola Marqaritanı yox, aktrisa Lionella Pırevanı təsdiqləsin. Rejissor isə onlara güzəştə getməli olur. Məhz bu səbəbdən Marqarita Xilkeviçdən bərk incik düşür. Ancaq "Dartanyan və üç muşketyor" filmində Xilkeviç yenidən Marqaritanın ev nömrəsini yığır və deyir:

"Rita, məni xilas et".

Bu filmə çəkilmək də aktrisa üçün asan olmur. Qoskino bu dəfə də həmin rolu Ledi Vinter yox, Ledi Penkina kimi təqdim etmək istəyir. Xilkeviç həmin günləri belə xatırlayır. Mən Miledi Penkina sözünü eşidən kimi sənədləri əzikləyib Peterburqa getdim. Marqarita isə öz növbəsində deyir: "Ya mən onların muşketyoruna çəkilməyəcəyəm, ya da öz istədiyim kimi çəkiləcəm".
Çarəsiz qalan rəhbərlik Marqarita ilə razılaşıb onu rola təsdiq edirlər.

80-ci illər...

80-ci illərin əvvəlində aktrisa artıq təsvir olunmaz şöhrətin zirvəsində idi. Həmin illər o, özünün daha bir parlaq obrazını yaratmağa nail oldu. Söhbət 1980-ci ildə ekranlaşdırılmış "Dindar Marta" filmindən gedir. Həmin filmdə aktrisa baş rollardan birini ifa edirdi.

Məhz həmin dövrdə aktrisanın yaxın dostu Tarkovski öz ölkəsində təqib olunurdu. Aktrisa öz dostuna hər cür kömək etməkdən çəkinmir. Lakin, o, öz gündəliyinə bu sözləri də qeyd etməyi unutmamışdı:

"Yadda saxla, Rita bu anlar çox kədərlidir. Maraqlıdır, sonra nələr baş verəcək?"

Aktrisa etiraf edir ki, həmin dövrlər onu bir çox çətinliklərdən yenicə doğulmuş oğlu Saşa xilas edir. Saşa 1981-ci ildə dünyaya gəlir. Onun atasının kimliyi barədə heç kim heç nə bilmir.

Terexova oğluna öz soyadını verir. Elə həmin illərdə aktrisa üçüncü dəfə rejissor Georgi Qavrilovla ailə həyatı qurur. Başı öz övladlarına qarışan aktrisa 80-ci illərin sonlarında bir neçə filmdə rol alsa da əvvəlki müvəffəqiyyəti əldə etmir ta ki, "Çayka" filmi ekranlarda görünənədək... Həmin filmdə oğlu ilə tərəf müqabili olan aktrisa çox yaddaqalan olur. Ən maraqlısı isə oğlunun həmin filmin titrlərində Tureyev soyadı ilə getməsi olur.

Ömrün ahıl çağı...

Kədərli də olsa, hazırda 80 yaşlı aktrisa ağır tale yaşamaqdadır. O, artıq xeyli vaxtdır ki, nə teatrda, nə də kinoda heç bir rol ifa etmir. Üstəlik yaddaşsızlıqdan və yaşlılığın gətirdiyi digər xəstəliklərdən əziyyət çəkir. O daima yaddaşını itirir və içki içir. Müsahibələrinin birində aktrisa öz həyatının indiki dönəmindən kədərlə bəhs edir:

"Gözəllik mənə xoşbəxtlik bəxş etmədi. Mənə elə gəlir ki, bütün ömrüm boyu məni ancaq bircə kişi ürəkdən sevib - Andrey Tarkovski! Qızım çoxdan ailə qurub öz ailəsinin qayğıları ilə məşğuldur. Oğlumla münasibətimiz isə dözülməz həddədir. O, demək olar ki, mənimlə danışmır. Bir evdə yaşasaq da, o, yeməyini belə məndən ayrı hazırlayır. Səhərlər mənimlə salamlaşmır belə..."

Hazırda aktrisaya qızı baxır. Oğlu Saşa isə xeyli vaxtdır anası ilə görüşmür. Mətbuat bir neçə dəfə aktrisa ilə görüşməyə cəhd etsə də, aktrisanın köməkçisi və qızı Anna onun heç kimi və heç nəyi xatırlamadığını bildirərək görüşdən imtina etmişlər.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1053   Tarix: 28 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Turlar.az - Turizm elanları saytı

saytında bir-birindən maraqlı və sərfəli elanlar sizi gözləyir!. İstirahət etmək üçün yeni məkan axtarırsınız? Tez-tez getdiyiniz yerlər daha sizə darıxdırıcı gəlir? Gedəcəyiniz yeni məkanı müəyyənləşdirməkdə çətinlik çəkirsiniz? O zaman vaxt itirmədən pulsuz turizm elanları saytına daxil olun. Bu fürsə

03.11.2026 667
.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

07.11.2026 216
.

Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri

Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri

01.11.2026 734
.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

07.11.2026 230
.

Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır

Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü

07.11.2026 248
.

"ChatGPT"nin dərmanlarla bağlı tövsiyəsi daha bir nəfərin həyatına son qoydu

ABŞ-nin Vaşinqton ştatında yaşayan 31 yaşlı Bouen Vanın ailəsi "ChatGPT"nin verdiyi tibbi məsləhətlərin onun ölümünə səbəb olduğu iddiası ilə "OpenAI" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, iddialara görə, epilepsiyadan əziyyət çəkən Van işini itirdikdən sonra yen

01.11.2026 677
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1605
.

111 mindən çox hörümçəyin yaşadığı nəhəng tor aşkarlandı

Yunanıstan və Albaniya sərhədində yerləşən kükürdlü mağarada 106 kvadratmetr sahəni əhatə edən nəhəng hörümçək toru aşkar edilib. xəbər verir ki, araşdırmaya görə, burada iki fərqli növə aid 11 mindən çox hörümçək yaşayır. Bu növlər adətən tək yaşasalar da, mağarada birlikdə böyük koloniya yaradıblar

08.11.2026 179
.

Xalçadakı pis qoxudan qurtulmaq üçün üzərinə səpin - 30 dəqiqə gözləyin

Xalçalara hopan arzuolunmaz qoxuları kənarlaşdırmaq üçün bahalı təmizlik vasitələrinə ehtiyac yoxdur. Mətbəxdə olan sadə bir ərzaq - çay sodası xüsusilə yemek və ev heyvanlarından yaranan yüngül qoxuları azalda bilir. xəbər verir ki, tətbiqdən əvvəl xalça səthinin tamamilə quru olduğuna əmin olun. Sod

01.11.2026 470
.