"Euronews": Azərbaycan Avropa İttifaqının yeni qaz tədarükçüsüdür
Azərbaycan Avropa İttifaqının yeni qaz tədarükçüsüdür.
"Report" xəbər verir ki, bu fikir "Euronews" telekanalının saytında dərc olunan analitik yazıda yer alıb.
Aİ yeni təbii qaz tədarükçüləri tapmaq üçün hər cür səy göstərir. Brüssel artıq ABŞ, Qətər, Norveç, Əlcəzair və İsraillə danışıqlar aparıb. Azərbaycan tədarükün 50 % artırılmasına razılıq verib. Təbii qaz Türkiyə və Bolqarıstan ərazisindən boru kəməri ilə çatdırılır.
Qeyd edilir ki, Aİ ölkələri qaz böhranı şəraitində həmrəylik prinsipləri əsasında Avropa şəbəkəsi daxilində qaz mübadiləsi və yenidən bölüşdürülməsinə dair sazişlər bağlayaraq bir-birinə dəstək ola bilər: "Hələlik belə sazişlər azdır: məsələn, Almaniya yalnız enerji ilə təmin olunan Danimarka və Avstriya ilə müqavilələr imzalayıb. Çox güman ki, Aİ ölkələrinin hər birinin hökuməti öz daxili bazarlarını qazla təmin etməli olacaq".
Digər Aİ ölkələri Rusiya qazından daha az asılıdır: "Bəzi Aİ ölkələri artıq Rusiya qazından asılılıqdan qurtulub. Məsələn, İtaliya Əlcəzair, Qətər və Azərbaycanla qaz tədarükünə dair müqavilələr bağlayıb. Nəticədə bu cənub Avropa ölkəsində Rusiya qazının idxalının payı artıq ümumi enerji tələbatının 21 %-nə düşüb.
İspaniya və Portuqaliyanın vəziyyəti daha yaxşıdır: onlar Rusiyadan gələn qazdan asılılıqdan azaddırlar və hətta Aİ-nin digər ölkələrinə təbii qaz verirlər. İspaniya, Pireney yarımadasında yerləşən altı LNG terminalı ilə Avropa şist qazı bazarında getdikcə daha mühüm rol oynayır".
Fransa da qonşuları ilə ayaqlaşmağa çalışır: "Burada üç LNG terminalı istifadəyə verilib. İndiyə qədər Fransa təbii qazının böyük hissəsini Şimal dənizinin dibi ilə Dunkerk boru kəməri ilə Norveçdən idxal edir. Danimarka və İsveç öz enerji ehtiyaclarını böyük ölçüdə təmin edirlər".
Bildirilir ki, Ukraynada müharibənin ilk aylarında Aİ-dən Rusiyaya mal ixracı 48 % azalıb, lakin eyni dövrdə neft və qazın qiymətinin artımı səbəbindən Rusiyanın Aİ ölkələrinə ixracı 68 % artıb:
"Avropa bazarlarının Rusiya qazından asılılığının azaldılması təkcə Rusiyaya qarşı çoxsaylı sanksiya paketlərinin mövzusu deyil, həm də Avropa Parlamentinin Brüsseldəki sessiyalarında qızğın müzakirələrin mövzusudur. Bəzi Aİ ölkələri sabah da Rusiyadan təbii qaz idxalından imtina etməyə prinsipcə hazırdır. Amma başqaları üçün bu, böyük idxalı əvəz edən məsələdir: onlar uzunmüddətli perspektivdə hansı alternativ enerji mənbələrindən istifadə edə biləcəklər? Ən əsası isə, qısa müddətə gəlincə, qazı Rusiyadan çəkilən kəmərlərdən deyilsə, haradan əldə etmək olar?
Aİ ölkələrinə qaz tədarükünün daha ətraflı təhlili göstərir ki, alternativlərin tapılması problemi o qədər də çətin deyil və artıq iri qaz idxalçıları tərəfindən həll edilir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 666 Tarix: 28 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşManat sabitdir, amma qiymətlər artır: Pul niyə dəyər itirir? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda manatın məzənnəsi dollar qarşısında uzun müddətdir sabit qalsa da, qiymət artımı davam edir. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2026-cı ilin iyulunda illik inflyasiya 5,8 faiz təşkil edib. Bu şəraitdə milli valyutanın nominal məzənnəsi dəyişməsə də, eyni məbləğdə pulla əvvəlk
13:13 241 "Sİ həkimin rəqibi deyil" - Süni intellekt tibbdə nəyi dəyişəcək?
"Süni intellekt həkimin əvəzedicisi deyil, onun ən güclü köməkçisidir" yanaşması daha doğru olar. Bəs Sİ-nin həkimi əvəz edəcəyi fikri doğrudurmu?. "Xeyr, bu fikir doğru deyil. Süni intellekt bir "insan" deyil, bir "alətdir". O, həkimin yerinə keçə bilməz. Çünki tib
13:56 205 Sabah Ay tutulacaq
Avqust ayının 28-də ilin son tutulma hadisəsi baş verəcək. Bu barədə "Qafqazinfo"ya N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, bu tutulma qismən Ay tutulması olacaq. Yəni Yerin kölgəsi Ayı tamamilə örtməyəcək. Belə ki, qismən Ay tutulması Ay Yerlə Ayın orbitini
16:22 171 30 abituriyent 600-dən çox bal topladı - Qəbul ola bilmədi
Builki imtahanlarda iştirak edərək 600-dən çox bal toplayan 30 abituriyent ali məktəbə qəbul olunmayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə DİM-in nəşr etdiyi "Abituriyent" jurnalının 7-ci sayında məlumat qeyd edilib. Bu abituriyentlərin hamısı IV ixtisas qrupu üzrə imtahanlard
14:32 214 Mal ətinin qiymətində payız bahalaşması gözlənilir
"Hazırkı vəziyyəti nəzərə alsaq, mal ətinin qiymətinin yaxın müddətdə ciddi şəkildə aşağı düşməsi ehtimalı zəif görünür. Əksinə, payız aylarında qiymətlərin bir qədər də artması riski var. Son günlər bəzi rayonlarda mal ətinin qiymətinin 17 manatdan 18 manata, Bakıda isə bəzi satış məntəqələrind
12:49 194 Feysbuk və instaqramda yenilik - Gecə girişləri məhdudlaşdırılacaq
Sosial media nəhəngi "Meta" ABŞ-nin 29 ştatının iştirakı ilə açılan məhkəmə işində razılaşmaya gedib. "Qafqazinfo" xəbər verir ki, şirkətin 17 milyard dollara qədər təzminat ödəyəcəyi və feysbuk və instaqramda gənc istifadəçilərin təhlükəsizliyini artırmaq üçün yeni məhdudiyyətlə
1 Rus ordusu bu kəndi işğal etdi
Rusiya ordusu Zaporojye vilayətinin Şevçenkovskoye yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
20:45 120 Litvanın Xarici İşlər Nazirliyində yanğın
Litva Xarici İşlər Nazirliyinin binasında yanğın baş verib. xəbər verir ki, Litva Yanğından Mühafizə və Xilasetmə Departamenti məlumat yayıb. Məlumata görə, binanın havalandırma şaxtasında nasazlıq baş verib və elektrik mühərriki yanıb. Yanğın qısa müddətdə nəzarətə götürülüb. Hadisə yerinə yanğınsöndürənlərl
21:15 114 Bakının bu küçələri bağlı olacaq
Aparılan və aparılacaq təmir işləri ilə əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Həmin küçələr aşağıdakılardır:. Suraxanı rayonu
20:57 121