Bakıda beşmərtəbəli binada yanğın baş verib

Bakıda beşmərtəbəli binada yanğın baş veribFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, X.Abbasov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub.

Nazirlikdən BiG.AZ-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli binanın beşinci mərtəbəsində vətəndaş Rüstəmova Xatirə İslam qızına məxsus üçotaqlı mənzilin eyvanında baş verdiyi və hər an mənzilə, eləcə də qonşu mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq xüsusi təyinatlı texnikanın - avtonərdivanın tətbiqi ilə yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək mənzilə keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində mənzilin eyvanının lambirindən ibarət üzlük hissəsi və əşyaları 3kv.m sahədə yanıb, yüksək temperaturdan eyvanın qapısı və eyvanda quraşdırılmış kombi aparatı qismən əriyib. Mənzil yanğından mühafizə edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 854   Tarix: 28 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya Ukraynaya raket və dronlar atır, hakimiyyət orqanları bildirir

Rusiya cümə axşamı gecəsi Ukraynaya raket və dronlar atıb, paytaxt Kiyev və digər şəhərlər kütləvi hücuma məruz qalıb, Ukrayna hakimiyyəti bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, atılan raketlərə iki "Oniks" gəmi əleyhinə qanadlı raketi

11:46 187
.

Sabah Ay tutulacaq

Avqust ayının 28-də ilin son tutulma hadisəsi baş verəcək. Bu barədə "Qafqazinfo"ya N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, bu tutulma qismən Ay tutulması olacaq. Yəni Yerin kölgəsi Ayı tamamilə örtməyəcək. Belə ki, qismən Ay tutulması Ay Yerlə Ayın orbitini

16:22 171
.

Zelenskinin Ofisi: Ukrayna və Rusiya arasında yeni danışıqlar sentyabrda baş tuta bilər

Ukrayna və Rusiya arasında yeni danışıqlar sentyabr ayında baş tuta bilər. "UNİAN" xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov bildirib. Onun sözlərinə görə, Ukrayna danışıqları dirçəltmək istəyir. "Ümid edirəm ki, amerikalılar da bu görüşdə iştirak edəcək

20:30 124
.

XİN Rusiyada Azərbaycan əleyhinə təxribatı pisləyib, Moskvaya çağırış edib

27 avqust tarixində günorta radələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin qonaq evi qarşısında naməlum şəxslər tərəfindən ölkəmiz əleyhinə təxribat xarakterli şəkillərin yerləşdirilməsini qətiyyətlə pisləyirik. Bu barədə APA-ya Xarici İşlər Nazirliyindən məlumat verilib

15:48 205
.

Doğma torpaqlara dönüş: Böyük Qayıdışın tarixi, sosial və iqtisadi əhəmiyyəti

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış Azərbaycanın müasir tarixinin ən mühüm sosial, humanitar və strateji layihələrindən biridir. Bu proses təkcə insanların öz doğma yurdlarına qayıtması deyil, həm də uzun illər ərzində həsrətində olduqları şəhər və kəndlərdə yeni həyatın qurulması

11:22 184
.

Yerin altında 1000 tondan çox qızıl tapıldı - Yatağın dəyəri 83 milyard dollardır

Çinin Hunan əyalətində 100 tondan çox ehtiyatı nəhəng qızıl yatağı aşkarlanıb. Hesablamalar təsdiqlənərsə, Vanqu adlı yeni xəzinə dünyanın ən böyük yüksək keyfiyyətli qızıl yataqlarından birinə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, yataq Hunan əyalətinin Pinczyan bölgəsindəki Vanq

19:30 165
.

Uşaqlara telefon qadağası ilə bağlı ŞOK NƏTİCƏ: Alimlər illərin fikrini alt-üst etdilər

Uşaqların smartfon və planşetlərdən çox istifadə etməsinin onların inkişafına zərər verdiyi uzun müddətdir geniş yayılmış fikirlərdən biridir. Lakin finlandiyalı alimlərin araşdırması fərqli nəticə ortaya qoyub. xəbər verir ki, tədqiqatçılar səkkiz il ərzində 260 uşağı müşahidə ediblər. Araşdırmaya qoşula

19:00 157
.

Prezident "Sabah"a 5 milyon ayırdı

Azərbaycan Prezidentinin ehtiyat fondundan "Sabah" futbol klubuna 5 milyon manat ayrılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzayalıb. Sərəncama əsasən, UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycanın 2026-c

15:56 226
.

Nepalda və Çində itkin düşənlərin sayı 1300-ü keçib

Nepalda və Çində itkin düşmüş kimi qeydə alınan insanların sayı kəskin şəkildə artıb ki, bu da Himalay dağlarında baş verən bu transsərhəd fəlakətin miqyasını göstərir. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Nepalda yerli rəsmilərin son məlumatına görə, 826 nəfər itkin düşüb. Daha əvvəlki hesablamay

10:56 316
.