Azərbaycanda qəfil vəfat edən tələbə nişanlı imiş - TƏFƏRRÜAT + YENİLƏNİB
"Heç bir xəstəliyi yox idi, ürəktutmasından qəfil dünyasını dəyişib".
Bununla bağlı Oxu.Az-a Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi Cavid Hüseynov universitetin Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Zafta Eyyubovanın vəfat etməsi ilə bağlı danışarkən deyib.
Bildirilib ki, Z. Eyyubova sakit və çalışqan tələbə olub:
"Bizə əmisi oğlu zəng edib məlumat verdi. Biz bütün tələbələri tanımırıq. Dünən rəhmətə gedib, lakin qrup yoldaşlarının heç birinin xəbəri olmayıb. Heç kimlə əlaqəsi olmayan, tamamilə öz dünyasında olan tələbə idi. Qrup yoldaşlarının onun ölümündən xəbərləri belə yox idi".
Zaftanın yaxınları da Oxu.Az-a məlumatı təsdiqləyib:
"Zafta gecə yatıb, səhər qalxmayıb. Xəstəxanada ürəktutmasından vəfat etdiyini bildiriblər. Heç bir narahatlığı yox idi. Səhhətində bu günə qədər problem olmayıb.
Ailəsi çox yaxşı, mehriban idi. Ailədə dörd uşaq idilər – üç qız, bir oğlan. Zafta ən kiçikləri idi. Qalanları ailə həyatı qurublar. Zaftagil həmişə nümunəvi ailə olublar. Ailəsi özünə gələ bilmir".
Yaxınları Zaftanın nişanlı olduğunu qeyd edib:
"Bir müddət olar ki, nişanlı idi. Nişanlısı ilə heç bir problem yox idi. Xaraktercə sakit biri idi. Hər kəslə xoş münasibəti olub. Şəmkir rayonunda yaşayırdı. 20 yaşı var idi. Bəziləri bunu başqa cür anlaya bilərlər. Öz sevdiyi ilə nişanlı idi. Məcbur nişanlanmamışdı. Özünəqəsd mümkün deyil. Qız həm ailəsi, həm nişanlısı, həm də qohumları tərəfindən daim sevilib".
Qeyd edək ki, hazırda Şəmkir rayonunun Sabirkənd kəndində Zafta Eyyubovanın dəfn mərasimi keçirilir.
11:50
Azərbaycanda tələbə vəfat edib.
Bu barədə Azərbaycan Dövlət Pedaqoji Universiteti məlumat yayıb.
Qeyd edilib ki, universitetin Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Eyyubova Zafta qəflətən dünyasını dəyişib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3368 Tarix: 30 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb
08.11.2026 163 Qubernator ABŞ prezidentliyinə namizəd olur: Pul toplamağa başladı
ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmək üçün hazırlıqlara başıayıb. xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Məlumata görə, Desantis Respublikaçılar Partiyasından ABŞ prezidentliyin
08.11.2026 163 Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə
08.11.2026 176 "Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib
Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy
08.11.2026 123 İranda yanvar etirazları ilə bağlı üç nəfər edam edilib - Foto
İranda yanvar ayında keçirilən etirazlarla əlaqədar saxlanılan üç nəfər edam edilib. bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. Məlumata görə, İranın məhkəmə orqanları yanvarın 8-də və 9-da Kərəc şəhərində baş verən etirazlarla əlaqədar həbs olunan Həsən Diyubənd
08.11.2026 162 Rəcəb Tayyib Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər" - Video
"Azərbaycanın 44 günlük müharibədə qazandığı şanlı Qələbə bütün Türk dünyasında sevinc doğurmaqda davam edir və tarixi ədalətin bərpasının göstəricisidir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevl
08.11.2026 160 Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto
Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər
08.11.2026 174 Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
08.11.2026 154 Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
00:08 123