Şarl Mişel: "Bu formatda növbəti görüş noyabrın sonunadək baş tutacaq" - VİDEO

Şarl Mişel: "Bu formatda növbəti görüş noyabrın sonunadək baş tutacaq" - VİDEOBu gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel arasında keçirilən üçtərəfli görüşdən sonra rəsmi bəyanat verilib.

Mətbuat üçün bəyanatı Şarl Mişel yayıb.

O qeyd edib ki, bugünki görüş bu formatda sayca dördüncü müzakirədir.

"Müzakirələrimiz Cənubi Qafqazdakı son hadisələrə və Aİ ilə hər iki ölkə arasındakı münasibətlərə həsr olunub. Bizim fikir mübadiləsimiz açıq və məhsuldar oldu və mən buna görə hər iki liderə təşəkkür etmək istərdim. Biz gündəliyimizdə olan bütün məsələləri nəzərdən keçirdik. Sevindirici haldır ki, son görüşümüz zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün bir çox addımlar atılıb", - deyə məlumatda vurğulanıb.

Sənədə əsasən, tərəflər Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsinin təşviqi üzrə əsaslı işi gücləndirmək barədə razılığa gəliblər və xarici işlər nazirlərinə mətn layihələri üzərində işləmək üçün bir ay ərzində görüşmək tapşırılıb.

Görüş zamanı həmçinin sərhədin delimitasiyası ilə bağlı bütün məsələlər üzrə mövcud irəliləyişlər qeyd olunub, regionda vəziyyətin sabitləşdirilməsi variantları nəzərdən keçirilib.

İclas iştirakçıları delimitasiya komissiyalarının növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi ilə bağlı razılığa gəliblər, həmçinin nəqliyyat marşrutlarının blokdan çıxarılması üçün bir sıra şərtləri müzakirə ediblər.

Bundan əlavə, bəyanatda hər iki ölkənin əhalisinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyi vurğulanıb.

"Avropa İttifaqı uzunmüddətli davamlı sülhə dəstəyini daha da artırmağa hazırdır. Aİ həmçinin hər iki ölkənin firavanlığı və xalqının rifahı üçün iqtisadi inkişafı təşviq etməkdə israrlıdır", - bəyanatda bildirili.

Sonda tərəflər noyabrın sonunadək bu formatda yenidən görüşmək barədə razılığa gəliblər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 759   Tarix: 31 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib

Finlandiyanın şimalında baş vermiş böyük yanğın nəticəsində milli toxumluq kartof fondunun beşdə biri məhv olub. "Report" "Yle" teleradio şirkətinə istinadən xəbər verir ki, yanğın cümə günü axşam Şimali Ostrobotniya əyalətinin Türnyavya şəhərindəki anbar kompleksində qeydə alınıb

08.11.2026 167
.

Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır

Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə sıx bağlıdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Nizamın Məsləhətini Müəyyənləşdirmə Şurası Katibliyinin rəhbəri Abbas Əli Kədxudayi bildirib. İranın Ali rəhbəri Müctəba Xameneinin adıçəkilən şura ilə əlaqələndiricisi ola

08.11.2026 163
.

40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü

"Azər-Türk Bank" ASC-nin 40 yaşlı əməkdaşı Yasən Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Y.Məmmədov futbol oyunu zamanı ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, o, Şuşa şəhərindən məcburi köçkün olub və Bakıda müvəqqəti məskunlaşıb. Mərhumun atası Tərxan Məmmədov Birinc

08.11.2026 174
.

Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Foto/Video+YENİLƏNİB

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyevin bəyanatı. - Hörmətl

08.11.2026 232
.

Bakıda 33 yaşlı kişi bıçaqlanıb

Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı

08.11.2026 136
.

Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"

"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın

08.11.2026 165
.

Qubernator ABŞ prezidentliyinə namizəd olur: Pul toplamağa başladı

ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmək üçün hazırlıqlara başıayıb. xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Məlumata görə, Desantis Respublikaçılar Partiyasından ABŞ prezidentliyin

08.11.2026 163
.

ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib

ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu

08.11.2026 167
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

08.11.2026 159
.