Arvadını maşınla güdən kişi: "Bütün qonşu kişilərlə..." - TƏFƏRRÜAT

Arvadını maşınla güdən kişi: "Bütün qonşu kişilərlə..." - TƏFƏRRÜATGəncə şəhərində 1991-ci il təvəllüdlü Şahin münaqişə zamanı keçmiş arvadı Könülü (adlar şərti verilib - red.) öldürüb.

BiG.AZ "teleqraf.com"a istinadən xəbər verir ki, hadisə ötən il mayın 26-da Gəncə şəhəri ərazisində baş verib. Könülün qətlə yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Müəyyən edilib ki, zərərçəkmişin keçmiş əri Şahin bıçaqla Könülə xəsarətlər yetirərək onu öldürüb.

İstintaq orqanı tərəfindən Şahinin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahin bildirib ki, 2010-cu ildən Könüllə evlənib, birgə nikahdan 2 övladları olub: "Ailə həyatı qurmamışdan əvvəl də onlarla qohumluq münasibətdə olmuşuq. Könülün atası ilə mənim atam doğma xalaoğludur".

Təqsirləndirilən şəxsin sözlərinə görə, Könüllə evli olduqları müddətdə Bakı şəhərində qonşuluqda yaşadıqları şəxslərlə ona xəyanət etdiyini düşünməsi səbəbindən tez-tez ailədaxili münaqişələri olub: "Könüllə evli olduğum zaman onun qonşuluqda yaşayan şəxslərlə gizlincə baxışdıqlarının və biri-birilərinə göz-qaş etdiklərinin şahidi olmuşam.

Təxminən 2019-cu ildə yaşadığım binanın məhləsinə çatdıqda, Könülün qonşuluqda yaşayan Vüsalla bir-birilərilə baxışdıqlarını müşahidə etdim. Avtomobildən düşərək Könülə yaxınlaşanda o, məndən qorxduğunu həyəcanlı şəkildə büruzə verdi. Könülü məhlədən götürərək evə apardım. Həmin gün sözlə mübahisələrimiz oldu. Ertəsi gün o, etiraf etdi ki, Vüsal adlı şəxslə baxışıblar, buna görə məndən üzr istədi. Mən də onu bağışladım".

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin müddətlərdə Könülün mobil telefonunu yoxlayarkən onun "Youtube" internet səhifəsinə daxil olaraq evli qadınların ərlərinə gizli xəyanət etmələrinin yolları barədə videoçarxlara baxdığını aşkarlayıb: "Könüllə həmin davranışlarına görə boşanmaq qərarına gəldim. 9 mart 2021-ci ildə Xətai rayon Məhkəməsinin qətnaməsi ilə Könüllə nikah münasibətlərimizə xitam verildi.

Məhkəmə qətnaməsinə əsasən, uşaqlarım Könülün himayəsində qaldı. Uşaqların hər biri üçün 175 manat olmaqla iki övladıma ümumilikdə 350 manat məbləğində aliment müəyyən edildi.

Boşandıqdan sonra Könül Gəncə şəhərinə köçdü və atasıgillə eyni binada, üzbəüz mənzildə kirayədə yaşadı. Hətta Könüllə boşandıqdan sonra onları Gəncə şəhərinə yola salarkən uşaqların xərcliyi üçün 1500 manat verdim. Könül Gəncə şəhərinə köçdükdən sonra övladlarımla sərbəst əlaqə saxlamağıma və danışmağıma maneçilik törətməyə başladı".

Təqsirləndirilən şəxs deyib ki, mayın 25-də qızına zəng edib: "Telefonla danışarkən qızım mənə anası Könülün digər otaqda olduğunu, otağın da qapısını bağladığını dedi. Qapını bağlamaqda onun məqsədinin gizlincə kənar şəxslərlə danışmaq olduğunu düşündüm. Qızıma "mamaya de, ata yüz dəfə təkrar elədi ki, Bakıyla əlaqəsini kəssin, bilirəm, Vüsalla danışır" dedim. Könül də sözlərimi eşitdi. Mənə "kişisən get, onlarla danış, sən kişi deyilsən, sən kişi fahişəsisən" deyə cavab verdi.

Boşandıqdan sonra nikah dövründə mənə məxsus Xətai rayonunda yaşadığımız ünvanda digər şəxslərlə də münasibətlərinin olmasından şübhələndim. Könülün həmin hərəkətləri mənə utancverici hiss olduğundan və özümü bina sakinləri arasında nüfuzdan düşmüş hesab etdiyim üçün başqa ünvana köçdüm, kirayədə yaşadım.

Könülün həmin şəxslərlə münasibətlərinə son verməsi üçün Gəncə şəhərinə gedib, onunla danışmaq qərarına gəldim".

Şahin qeyd edin ki, mayın 25-də özünə məxsus "VAZ-2107" markalı avtomobili ilə Gəncə şəhərinə gedib: "Gecəni Gəncə şəhərindəki "Azpetol" yanacaqdoldurma məntəqəsinin mehmanxasında qaldım. Mayın 26-da Könülün övladlarımla kirayədə yaşadığı ünvana getdim. Avtomobili bir qədər kənarda saxladım, Könülün davranışlarını müşahidə etmək üçün avtomobilin sürücü oturacağından düşüb, arxa salonda əyləşdim.

Avtomobilin tünd qara rəngli yan pərdələri olduğundan kənardan görünməyəcəyimə əminidim. Bundan başqa, övladlarımla danışdım və onları Bakı şəhərində olduğuma inandırdım. Həmçinin əvvəllər istifadəmdə başqa avtomobil olub, oraya getdiyim avtomobilin qeydiyyat nömrəsini Könül bilməyib. Buna görə də Könülün məni tanıya bilməyəcəyi şəraitdə onu müşahidə edə biləcəyimə əmin oldum".

Təqsirləndirilən şəxs deyib ki, Gəncə şəhərinə köçdükdən sonra Könülün müəllim hazırlıq kurslarına başladığı üçün gündə evdən çıxıb və hazırlıqlara getdiyini bilib: "Bunun üçün mayın 26-da da qızımla telefonda danışarkən ondan Könülün həmin gün saat 12-13 radələrində hazırlığa gedəcəyini və evdən çıxacağını öyrəndim.

Həmin gün saat 13 radələrində avtomobildə əyləşərkən övladlarımın məhlədə oynadıqlarını gördüm. Könülün gəlişindən xəbəri olmaması üçün özümü uşaqlarıma göstərmədim. Mobil telefonla avtomobilin arxa salon hissəsindən uşaqlarımın fotoşəklini çəkdim. Bir qədər sonra hava yağışlı olduğu üçün uşaqlar evə tərəf getdi. Daha sonra Könülün yaşadığı binadan avtomobilimi saxladığım istiqamətdə gəldiyini gördüm.

Avtomobildən düşüb Könülə yaxınlaşdım, onunla söhbət etmək istədiyimi bildirdim. Söhbət zamanı Könülə Bakıda yaşadığımız ünvanda bizimlə qonşu olan şəxslərlə hələ də münasibət saxlamsından məlumatlı olduğumu dedim. Onlarla münasibətlərə son qoymasını istədim. Könül də mənə "kişisənsə sən özün çıx onların qabağına, gücün mənə çatır?" dedi. Cavab verdim ki, onlar mənim çölə atılan dırnağım ola bilməz, amma sən nahaq məni onların ayağına verdin.

Könül təkrarən mənə "Vüsal sənin dağıdar, sən qorxundan Vüsalın qarşısına çıxa bilmirsən" deyə bildirdi. Könülün həmin sözlərindən sonra qəzəblənərək onu öldürmək qərarına gəldim".

Şahinin sözlərinə görə, Bakı şəhərindən özü ilə gətirdiyi bıçağı bel kəmərindən çıxararaq Könülə zərbələr endirmək istəyib: "Lakin bıçağı çıxararkən tiyəsindən tutdum. Könül də bıçağın əl dəstəyindən tutaraq əlimdən aldı və özünü müdafiə etməyə çalışdı. Hətta həmin vaxt özünün də əli zədələndi.

Daha sonra bıçağın əl dəstəyindən tutdum və Könülü öldürmək məqsədi ilə qarın və sinə nahiyələrinə zərbələr vurdum. Könül yerə yıxıldı və orada da öldü".

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahin 17 il müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2350   Tarix: 02 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar

Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc

08.11.2026 202
.

Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb

08.11.2026 163
.

Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" - Foto

"Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevlə birlikdə tarix, təbiət və mədəniyyət şəhəri olan gözəl Şuşada qeyd etməkdən məmnunluq duydum". xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımında bildirib

08.11.2026 181
.

Ərdoğanın səsləndirdiyi "Şuşa gözləyir bizi" şeirinin müəllifi kimdir? - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı "Şuşa gözləyir bizi" adlı şeiri səsləndirib. Türkiyə prezidentinin şeirin müəllifini qeyd etməməsi onun kimliyi ilə bağlı suallar yaradıb. -ın əldə etdiyi məlumata görə, şeirin müəllifi Əməkdar jurnalis

08.11.2026 184
.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:

08.11.2026 187
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

08.11.2026 132
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

08.11.2026 134
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

08.11.2026 154
.

İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib

İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə

08.11.2026 141
.