Ramiz Mehdiyevin kürəkəninə qarşı 3 milyonluq İDDİA

Ramiz Mehdiyevin kürəkəninə qarşı 3 milyonluq İDDİAPrezident Administirasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin kürəkəni, eyni zamanda sabiq deputat olan İlham Əliyev barəsində məhkəmə iddiası qaldırılıb.

"Qafqazinfo"nun məlumatına görə, üzüm emalı ilə məşğul olan "Dostluq MK" şirkətinin rəhbəri, iş adamı Mənsur İbrahimov onu məhkəməyə verib. O iddiasında qeyd edib ki, şirkəti 2011-ci ildə təsis edib. 2019-cu ildə İlham Əliyevlə Xaçmaz rayonu 1 saylı notariat ofisində müqavilə bağlayaraq şirkətdəki payını 3 milyon manata satmağa razılıq verib. İ.Əliyev ilkin olaraq 5600 manat ödəniş edərək qalan pulu ödəyəcəyinə vəd verib. Bir müddət sonra M.İbrahimov İ.Əliyevin vədini yerinə yetirmədiyini görüb Şabran Rayon Məhkəməsinə müraciət edib. Müqavilənin etibarsız hesab edilməsini istəyib.

Daha sonra iş aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə yönləndirilib. İddia hakim Emin Əliyevin icraatına verilib. Məhkəmə araşdırması davam edir.

Xatırladaq ki, İ.Əliyev 2010-2020-ci illərdə deputat olub. O, 2020-ci ildə sərt karantin zamanı övladına toy etməsi ilə gündəmə gəlmişdi. Həmin ilin avqustun 22-də Abşeron Rayon Məhkəməsi İlham Əliyev və qudası Rövşən Mustafayevin 15 sutka müddətinə inzibati qaydada həbs olunması barədə qərar qəbul etmişdi. Daha sonra uzun müddət mediada görünməyən İ.Əliyev bu ilin aprelində Bakının məşhur otellərindən birinin qarşısında 10-YY-040 dövlət qeydiyyat nişanlı "Rolls Royce" avtomobilini idarə edərkən görülmüşdü. Onun hazırda bizneslə məşğul olduğu bildirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1517   Tarix: 02 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

35 dərəcə isti olacaq

Avqustun 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-24 isti

12:45 165
.

Qızıl yenidən bahalaşdı: Qiymətlər daha da arta bilər - İQTİSADÇIDAN AÇIQLAMA

Dünya bazarında qızılın qiyməti yüksəlməkdə davam edir. Reuters-in bu gün, 27 avqust tarixində yaydığı məlumata görə, spot qızılın qiyməti 0,2% artaraq bir unsiya üçün 4 599,57 dollara çatıb. Artıma əsas səbəblər sırasında dolların gələcəkdə dəyər itirməsi ilə bağlı narahatlıqlar və investorların AB

15:22 212
.

Süni intellektə emosional bağlanmaq: Yeni psixoloji təhlükə

"Süni intellektlə danışmaq, ondan məsləhət almaq və fikirlərimizi bölüşmək mümkündür. Bu, bir çox insan üçün müəyyən dərəcədə rahatladıcı ola bilər. Çünki süni intellekt 24/7 əlçatandır, istifadəçini mühakimə etmir və səbirli şəkildə cavab verir". Bunu BİG.AZ-a açıqlamasında İKT üzrə mütəxəssi

14:39 133
.

Rusiya Ukraynaya raket və dronlar atır, hakimiyyət orqanları bildirir

Rusiya cümə axşamı gecəsi Ukraynaya raket və dronlar atıb, paytaxt Kiyev və digər şəhərlər kütləvi hücuma məruz qalıb, Ukrayna hakimiyyəti bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, atılan raketlərə iki "Oniks" gəmi əleyhinə qanadlı raketi

11:46 170
.

Kirayə ödəyərək ev sahibi olmaq mümkündürmü?

"Kirayə yolu ilə mənzilə sahibolma vətəndaşın mənzildə kirayəçi kimi yaşaması və müqavilə üzrə aylıq ödənişləri vaxtında həyata keçirməsi nəticəsində müəyyən müddətin sonunda həmin mənzilin mülkiyyətini əldə etməsinə imkan verən mexanizmdir". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzr

14:10 171
.

ABŞ-ın Əfqanıstandan çıxarılması ilə bağlı məxfi sənədlər tapıldı

Pentaqonun İctimaiyyətlə Əlaqələr üzrə köməkçi katibi Şon Parnell ABŞ qüvvələrinin 2021-ci ildə Əfqanıstandan çıxarılması ilə bağlı qəsdən gizlədildiyi bildirilən məlumatların aşkarlandığını açıqlayıb. xəbər verir ki, o, bu barədə özünün X sosial media hesabında paylaşım edib. Parnell bildirib ki, onu

10:52 169
.

Bakıda evli qadını şantaj edən şəxs - Həbs olundu

Bakıda qadını intim görüntüləri ilə şantaj edən, eləcə də 2 nəfərə qarşı dələduzluq əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb olunub. "Qafqazinfo" xəbər verir ki, Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü Mirzə Osmanova (bütün ad-soyadlar şərtidir) Bakı Ağır Cinayətlər Məhkəməsində hök

14:52 202
.

Sarkisyan ifadə verəcək

Ermənistanın sabiq prezidenti Serj Sarkisyana Robert Köçəryanla bağlı cinayət işi çərçivəsində istintaqla sövdələşməyə getmək təklif olunub. Ermənistan KİV-nə istinadən xəbər verir ki, hazırda Köçəryanla bağlı iş üzrə təqsirləndirilən şəxs qismində keçən Sarkisyana sabiq prezident Robert Köçəryanın əleyhin

26.08.2026 257
.

Leyla Əliyevadan ailə FOTOSU

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva sosial şəbəkə hesabında ailə fotosunu paylaşıb. həmin paylaşımı təqdim edir:. Xatırladaq ki, fotoda yer alan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın avqustun 26-da doğum günüdür

26.08.2026 585
.