Şabranda meşə yanğınının səbəbi müəyyən edilib - FOTO/VİDEO

Şabranda meşə yanğınının səbəbi müəyyən edilib - FOTO/VİDEOŞabran rayonunda meşə yanğınının səbəbi müəyyən edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti (FHN) məlumat yayıb.

Bildirilib ki, avqustun 30-da rayonun Çuxurzəmi kəndi istiqamətində meşə ərazisində yanğın baş verib. Əraziyə cəlb olunan FHN-nin qüvvələri tərəfindən yanğın söndürülərək onun geniş əraziyə yayılmasına imkan verilməyib.

Hadisə ilə əlaqədar FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşlarının dərhal hadisə yerində apardıqları araşdırma nəticəsində hadisənin ilkin başvermə ərazisi müəyyən edilib. Mənbə ərazisində aparılmış ilkin təhqiqat zamanı məlum olub ki, yanğın məhz insan amili ilə bağlı səhlənkarlıq, ehtiyatsızlıq səbəbindən baş verib.

Belə ki, yanğın baş verən gün saat 12:00 radələrində Şabran rayonunun Çuxurzəmi kəndinin hələlik adları məlum olmayan sakinləri təbii bal yığmaq üçün meşə ərazisinə daxil olublar. Bal arılarının yerini öyrənmək, əlavə arı kütləsini əraziyə cəlb etmək məqsədilə mum yandırılıb. Sonra təbii bal olan ağac müəyyən edilərək yanında ocaq qalanıb ki, tüstü arıları qovsun və balı rahat yığa bilsinlər.

Lakin böyük ehtimalla bal yığıldıqdan sonra ocaq söndürülməyib və bu da yanğına səbəb olub. Yanğın meşəbəyi tərəfindən aşkar edilib məlumat verilənə kimi xeyli vaxt keçib və nəticədə yanğın inkişaf edərək üç hektara qədər əraziyə yayılıb. Yanğınsöndürənlər avqustun 31-də saat 11:40 radələrində alovu ram etməyə nail olublar.

"Hazırda göstərilən hadisə ilə əlaqədar günahkar şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri əməliyyat tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.

Şabranda meşə yanğınının səbəbi müəyyən edilib - FOTO/VİDEOŞabranda meşə yanğınının səbəbi müəyyən edilib - FOTO/VİDEOŞabranda meşə yanğınının səbəbi müəyyən edilib - FOTO/VİDEOŞabranda meşə yanğınının səbəbi müəyyən edilib - FOTO/VİDEO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 707   Tarix: 03 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

00:08 123
.

Şahzadə Uilyam və Keytin formasında tort hazırladı

Birmingemdə keçirilən "Cake İnternational" şirniyyat sərgisində Britaniya kral ailəsinin üzvləri - şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun tam ölçüdə tort fiqurları nümayiş etdirilib. Axşam.az xəbər verir ki, müsabiqənin sosial şəbəkə hesablarında paylaşılan tort fiqurlarını şirniyya

08.11.2026 158
.

Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" - Foto

"Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevlə birlikdə tarix, təbiət və mədəniyyət şəhəri olan gözəl Şuşada qeyd etməkdən məmnunluq duydum". xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımında bildirib

08.11.2026 181
.

İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər

08.11.2026 179
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

08.11.2026 132
.

NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb

Ağ Evin yeni Aparat rəhbəri Stiven Miller ABŞ Prezidenti Donald Trampa İranla hərbi münaqişəyə son qoymağı tövsiyə edib. "Report"un məlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən xəbər verib. Məlumata görə, Miller Ağ Evin Aparat rəhbəri vəzifəsinə namizədliyin

08.11.2026 178
.

Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır

Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə sıx bağlıdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Nizamın Məsləhətini Müəyyənləşdirmə Şurası Katibliyinin rəhbəri Abbas Əli Kədxudayi bildirib. İranın Ali rəhbəri Müctəba Xameneinin adıçəkilən şura ilə əlaqələndiricisi ola

08.11.2026 163
.

Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Foto/Video+YENİLƏNİB

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyevin bəyanatı. - Hörmətl

08.11.2026 232
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

08.11.2026 187
.