Dövlət başçısı: "Gəlirlərimiz artıb, eyni zamanda, kapital bazarlarında pul itirmişik"
"Gəlirlərlə bağlı onu demək istəyirəm ki, belə bir ümumi fikir var: yüksək neft qiymətləri ixracatçılara həddindən artıq əlavə sərvət gətirir. Bəli, bu, doğrudur. Bizim gəlirlərimiz artıb".
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın "İl Sole 24 Ore" qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsində deyib.
"Ancaq, eyni zamanda, biz kapital bazarlarında pul itirmişik, çünki bizim Dövlət Neft Fondunun sərvətləri müxtəlif alətlərdədir. Kapital bazarı çöküb. Ona görə də biz digər suveren fondlar kimi pul itirmişik, ancaq elə də çox pul itirməmişik. Bəzi suveren fondlar 100 milyard dollardan çox vəsait itiriblər. Biz 2-3 milyard dollar itirmişik.
Şaxələndirməyə gəldikdə isə, əlbəttə ki, ixracımızı şaxələndirməyimizdən asılı olmayaraq, bizim qeyri-neft və qeyri-qaz ixracımız neft və qaz ixracına uyğun gəlməyəcək. Çünki neft və qaz ixracı artır. Məsələn, keçən il biz İtaliyaya 9,6 milyard kubmetr, bu ilin 7 ayında isə 11 milyard kubmetr təbii qaz ixrac etmişik. Qazın qiyməti düşdü. Beləliklə, şaxələndirmə bizim üçün ümumi daxili məhsulda öz əksini tapan statistika deyil, o, xalqımız üçün iş yerləri təmin etmək və yaxşı həyat şəraiti yaratmaq deməkdir. Məsələn, bu ilin altı ayındakı ümumi daxili məhsulumuza baxsanız, nə görəcəksiniz? Ümumi daxili məhsul 6,2, qeyri-enerji sektorunda isə demək olar ki, 10 faiz, qeyri-enerji ilə bağlı sənayedə isə 11 faizdən çox artıb, qeyri-enerji ixracı 25 faiz artıb. Beləliklə, bu, göstərir ki, artım göz qabağındadır, ancaq bu, kifayət deyil. Buna görə də bizim daha çox islahatlara, qeyri-enerji sektorunda daha çox sərmayəyə və bunu üçün də, əlbəttə ki, biznes mühitinə ehtiyacımız var. Əlbəttə ki, o sahədə irəliləyişlər var. Lakin bütün bu bürokratik maneələri və keçmiş sovet dövrünün psixoloji mirasını aradan qaldırmaq üçün hələ də çox iş görməliyik", - Prezident İlham Əliyev bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 586 Tarix: 03 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPediatriya Mərkəzinə yeni direktor təyin olundu
Respublika Pediatriya Mərkəzinin direktor vəzifəsinə Rəhimov Erkin Xəyyam oğlu təyin olunub. Axşam.az xəbər verir ki, E.Rəhimov 2012-2014-cü illərdə "İstanbul Memorial Hizmet" Xəstəxanasında Neonatologiya şöbəsinin rəhbəri olaraq fəaliyyət göstərib. 2014-cü ildən hazırkı təyinatınadək "Bak
16:50 135 Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz
Xalq artisti Mələkxanım Eyubova ailəsi ilə birgə gəlininə sürpriz edib. Axşam.az xəbər verir ki, sənətkar həyat yoldaşı Xosrov Nəcəfov, oğlu Cəfər, qızı Nəzrin və ailə dostları ilə birgə gecə saat 12-də gəlini Səadətin ad gününü təbrik edib. Həmin anların görüntüləri sosial mediada yayılıb. Qeyd edə
11:54 427 Sabah da hava isti olacaq
Mayın 14-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətl
12:53 198 Distant işin görünməyən təhlükələri
"Evdən və ya distant işləmək anlayışı xüsusilə 2020-ci ildən sonra geniş yayılmağa başladı. Texnologiyanın inkişafı və pandemiyanın təsiri nəticəsində məsafədən iş modeli biznes sahəsində geniş tətbiq olunmağa başladı. Əmək qanunvericiliyində distant iş anlayışının yer alması isə bu sistemin artı
14:57 148 Azərbaycanda çirkli pul cinayətlərinə görə cəza mexanizmi
"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması dedikdə, əmlakın cinayət yolu ilə əldə edildiyini bilə-bilə onun həqiqi mənbəyinin gizlədilməsi və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınmasına kömək məqsədilə həmin əmlakın konversiyası və ya köçürülməsi, yaxud bu məqsədlərlə əmlakda
15:27 173 Hantavirus daha da yayıla bilər - ÜST-dən həyəcanverici XƏBƏRDARLIQ
Ümumdünya Səhiyyə Təşkilatı MV Hondius kruiz gəmisində baş verən ölümcül hantavirus yayılmasından sonra ölkələri mümkün yeni yoluxmalara hazır olmağa çağırıb. Təşkilat bildirir ki, virusun inkubasiya dövrünün uzun olması səbəbindən qarşıdakı həftələrdə əlavə halların aşkarlanması mümkündür. -ın xaric
18:15 1 Həsən Əblucun xanımı xəstəxanaya yerləşdirilib: "Evdə ac, susuz qalıb"
Mərhum aktyor, SSR Əməkdar artist Həsən Əblucun həyat yoldaşı xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, bu haqda onun rejissor qızı Elnaz Əbluc məlumat yayıb. "Heç olmasa indi Həsən Əblucun ailəsinə kömək edilsin. Anam qalib ac, susuz, halsız evdə ortalıqda" deyə, Elnaz bildirib
10:47 359 "ABŞ uğursuz olacaq" - Rusiyalı ekspertdən diqqətçəkən açıqlama
ABŞ Prezidenti Donald Trump Çin lideri Xi Jinping ilə danışıqlar zamanı Rusiya-Ukrayna münaqişəsi məsələsini gündəmə gətirə bilər. xəbər verir ki, bu barədə iqtisadçı Yekaterina Zaklyazminskaya -ya müsahibəsində danışıb. Ekspertin sözlərinə görə, Donald Trampın Rusiya və Prezident Vladimir Putinin Çin
11:29 163 Ən böyük təyyarə "qəbiristanlığı": 4000 min hava gəmisi, 34 milyard dollar...
ABŞ-ın Arizona ştatında yerləşən Davis-Monthan aviabazası dünyanın ən böyük istismardan çıxarılmış hərbi təyyarə "qəbiristanlığı" hesab olunur. Burada hələ də minlərlə köhnə hərbi təyyarə saxlanılır, onların təxminən 100-i II Dünya müharibəsi və Vyetnam müharibəsi dövrlərinə aiddir. Qaynarinf
12.05.2026 443