KİV: "Rusiyada 25 il müddətinə həbs edilən qatil Ukraynada zərərsizləşdirilib, Moskva onu təltif edib"
Moskva yaxınlığındakı qanunsuz fəaliyyətinə görə 25 il müddətinə azadlıqdan məhrum edilən mütəşəkkil cinayətkar qrupun rəhbəri Donetsk vilayətində ölüb.
"Report" "The Insider" nəşrinə istinadən xəbər verir ki, o, ali səviyyədə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Ölən İvan Neparatovun sənədləri - doğum və ölüm haqqında şəhadətnamələr, habelə medalın fotoşəkilləri və təltif sərəncamından çıxarış nəşrin əlinə keçib.
Sənədlərə görə, Neparatov avqustun 5-də Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində başından yaralanaraq ölüb.
Maraqlıdır ki, 2013-cü ildə Moskva Vilayət Məhkəməsi Neparatovu Moskva vilayətinin Serqiyevo-Posadski rayonunda 2009-2010-cu illərin cinayətlərinə dair iş üzrə ciddi və xüsusi rejimli koloniyada 25 il müddətinə azadlıqdan məhrum edib. Neparatov və daha 8 nəfər beş qətl, üç quldurluq, hədə-qorxu ilə pul tələb etmə, dələduzluq, qanunsuz silah saxlama və digər cinayətlərdə təqsirli bilinib. Nəticədə Neparatov 12 il həbsdə qaldıqdan sonra Ukraynaya döyüşməyə gedib.
Qeyd edək ki, iyul ayından bəri KİV Rusiya koloniyalarında məhbusların müharibədə, o cümlədən özəl hərbi şirkətlərin (ÖHŞ) tərkibində iştirak etmək üçün cəlb olunduğundan yazır. Bəzi koloniyalara "Vaqner" ÖHŞ ilə əlaqəsi olan Sankt-Peterburqlu iş adamı Yevgeni Priqojinin şəxsən ziyarət etdiyi bildirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 768 Tarix: 03 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
00:08 123 Şahzadə Uilyam və Keytin formasında tort hazırladı
Birmingemdə keçirilən "Cake İnternational" şirniyyat sərgisində Britaniya kral ailəsinin üzvləri - şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun tam ölçüdə tort fiqurları nümayiş etdirilib. Axşam.az xəbər verir ki, müsabiqənin sosial şəbəkə hesablarında paylaşılan tort fiqurlarını şirniyya
08.11.2026 158 Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" - Foto
"Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevlə birlikdə tarix, təbiət və mədəniyyət şəhəri olan gözəl Şuşada qeyd etməkdən məmnunluq duydum". xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımında bildirib
08.11.2026 181 İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər
08.11.2026 179 Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
08.11.2026 132 NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
Ağ Evin yeni Aparat rəhbəri Stiven Miller ABŞ Prezidenti Donald Trampa İranla hərbi münaqişəyə son qoymağı tövsiyə edib. "Report"un məlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən xəbər verib. Məlumata görə, Miller Ağ Evin Aparat rəhbəri vəzifəsinə namizədliyin
08.11.2026 178 Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə sıx bağlıdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Nizamın Məsləhətini Müəyyənləşdirmə Şurası Katibliyinin rəhbəri Abbas Əli Kədxudayi bildirib. İranın Ali rəhbəri Müctəba Xameneinin adıçəkilən şura ilə əlaqələndiricisi ola
08.11.2026 163 Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Foto/Video+YENİLƏNİB
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyevin bəyanatı. - Hörmətl
08.11.2026 232 Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:
08.11.2026 187