"Mehnur" Reabilitasiya Mərkəzi haqda yeni faktlar: Lisenziyası olmayıb, müdiri...

"Mehnur" Reabilitasiya Mərkəzi haqda yeni faktlar: Lisenziyası olmayıb, müdiri...Sosial şəbəkələrdə Bakıda Neftçilər metrosunun yaxınlığında yerləşən "Mehnur" Reabilitasiya Mərkəzində uşaqlara qarşı zorakılığı özündə əks etdirən video görüntülər yayılıb.

Ürəkağrıdan görüntülərdə baxıcı azyaşlı uşaqların saçlarını yolur, döşəmədə sürüyür, bədən nahiyələrinə xəsarətlər yetirir.

BiG.AZ axar.az-a istinadən bildirir ki, məsələylə bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə danışıb.

Birlik sədri bu cür problemli reabilitasiya mərkəzlərinin açılmasına görə səlahiyyətli qurumları məsuliyyətsizlikdə günahlandırıb:

"Belə mərkəzlərin açılmasından aidiyyəti qurumların hansı halda xəbəri olur? Nəyə görə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün lisenziyasız mərkəzlər fəaliyyət göstərir? Deməli, burada məsuliyyət aidiyyəti qurumun - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə düşür. Yox, əgər bu mərkəzlər Elm və Təhsil Nazirliyinin nəzarətindədirsə, o zaman nazirlik cavab versin: hansı keyfiyyətlərinə görə belə bir mərkəz açılıb?

Məndə olan məlumata görə, "Mehnur" Reabilitasiya Mərkəzi ümumiyyətlə, lisenziyasız fəaliyyət göstərib. Onun rəhbərinin adı da Nuranədir. Bakının bir neçə yerində mərkəzin filialları var. Videogörüntülər dünəndən yayılıb, elə dünən gecədən etibarən də mərkəzin bütün sosial şəbəkə platformaları fəaliyyətin dondurub".

Kəmalə Ağazadə hesab edir ki, mövcud situasiyada valideynlərin atacağı addım hüquq çərçivədə olmalıdır: "Onlar uşaqlarının hüquqlarını ancaq məhkəməyə müraciət etməklə qoruya bilərlər. Amma çox təəssüf ki, bəzən xüsusi qayğıya ehtiyacı olan uşaqların davranışlarından bezən valideynlər başlarından etmək üçün aparıb övladlarını belə müəssisələrə qoyurlar. Uşağına həqiqi sevgisi olan valideyn görmürmü ki, övladında aqressiya daha da artıb?

Uşaqlarını belə müəssisələrə etibar edən valideynlər əvvəlcə mütləq araşdırma aparmalıdırlar. Həmin mərkəzlərin lisenziyasının olub-olmadığını öyrənmək, habelə müəllimlərlə söhbət etmək, onların xarakteri, psixoloji durumu haqqında məlumat toplamaq lazımdır. Birmənalı şəkildə bu tip müəssisələr kameralaşdırılmalıdır. Əks halda bu cür hallar artacaq".

Müsahibimiz cəmiyyətdə gedən ictimai müzakirələrdən də söz açıb: "Bir hissə deyir ki, həmin videonu çəkənin özünü də həbs etmək lazımdır. Adam çəkir, pis olur, gizli saxlanılır, başqa söz deyirik. Hesab edirəm ki, kameralaşdırma sistemi bütün müəssisələrə aid olmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1504   Tarix: 03 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:

08.11.2026 187
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

00:08 123
.

"Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni

08.11.2026 203
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

08.11.2026 159
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

08.11.2026 132
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

08.11.2026 154
.

İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib

İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə

08.11.2026 141
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

08.11.2026 134
.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə foto çəkdiriblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

08.11.2026 178
.