Kənd təsərrüfatı eksperti: "Azərbaycan çay idxalından ciddi şəkildə asılıdır"

Kənd təsərrüfatı eksperti: "Azərbaycan çay idxalından ciddi şəkildə asılıdır""Azərbaycanın çay istehlakı da az deyil. İxrac həcmində də kifayət qədər artım var. Lakin daha çox idxalımız mövcuddur. İdxaldan ciddi şəkildə asılıyıq. 7 min ton çay idxal ediriksə, 1000 ton ixrac edirik. İxracın artımına səbəb idxal etdiyimiz məhsulun bir hissəsini yarımfabrikat kimi ölkəyə gətirib, sonra istehsal edib, ixrac etməyimizdir.

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 6 263,69 min ABŞ dolları dəyərində 1 081,75 ton çay ixrac edib. Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu, bir il öncəki göstəricidən 49 və 95 faiz çoxdur. Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,03, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,43 faizə bərabər olub. Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 35 346,18 min dollar dəyərində 7 146,03 ton çay idxal olunub. 2021-ci ilin yanvar-iyun ayının göstəricisi ilə müqayisədə çay idxalının dəyəri 12 faiz artıb, həcmi isə 6,2 faiz azalıb. Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,56 faiz təşkil edib. 2022-ci ilin ilk altı ayında (2021-ci ilin yanvar-iyun aylarının göstəricisi ilə müqayisədə) ölkənin çay idxalı ixracı dəyər ifadəsində 5,6 dəfə, həcm ifadəsində isə 6,6 dəfə üstələyib. Statistika göstərir ki, satdığımız çay artıb, aldığımız isə azalıb. İxracın artması yaxşı haldır? Bəs çay ixracımızı daha da artırmaq üçün hansı tədbirləri görə bilərik?

Mövzu ilə bağlı "Kaspi" qəzeti mütəxəssislərin fikrini öyrənib.

Çay ixracı üçün imkanlarımız mövcuddur

Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun Lənkəran Çay Filialının direktoru Fərman Abdullayev bildirdi ki, çay ixracı üçün imkanlarımız mövcuddur: "Yerli çay məhsulumuzu ixrac etmək yaxşı haldır. İxracı davam etdirmək üçün də yaxşı imkanlarımız var. Bunun üçün yeni çay plantasiyalarının salınmasına ehtiyac duyulur. Lakin yeni çay plantasiyalarının əkilməsi və tam məhsula düşməsi üçün böyük zəhmət və vəsait tələb olunur. Yaxşı olardı ki, yeni əkilən çay sahələri üçün birdəfəlik subsidiyalar ayrılsın".

Əlavə tədbirlər görmək lazımdır

F.Abdullayev qeyd etdi ki, çay əkinini artırmaq üçün əlavə tədbirlər görmək lazımdır: "Yeni çay plantasiyaları elmi əsaslarla salınmalıdır. Belə ki, çay əkini üçün torpaq sahəsinin düzgün seçilməsinə, perspektivli sortlardan qələm (çilik) üsulu ilə əkin materialının yetişdirilməsinə, intensiv əkin texnologiyasından istifadə etməyə, müasir suvarma sisteminin qurulmasına, aqrotexniki becərmə işlərinin həyata keçirilməsi üçün xüsusi texnikaların alınmasına və s. ehtiyac var".

Çay plantasiyaları o qədər də çox deyil

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimli isə dedi ki, istehsalın artması əkin sahələrinin böyüməsi hesabına deyil: "Ölkəmizdə çay əkini ilə bağlı ərazi o qədər də çox deyil. Elə də ciddi artım yoxdur, cəmi 1000 hektar əkin sahəsi var. Son illərdə məhsuldarlıq hesabına rəsmi rəqəmlərlə cəmi 1200 ton yaşıl çay yığılır. Son 4 ildə istehsalda 40 faiz artım var. Bu, daha çox hektar başına alınan məhsulun, yəni məhsuldarlığın artması hesabına olub. Əkin sahələri böyüməyib, məhsuldarlığın artması hesabına istehsal həcmi artıb".

İdxaldan ciddi şəkildə asılıyıq

Ekspertin sözlərinə görə, idxalımız ixracımızdan daha çoxdur: "Azərbaycanın çay istehlakı da az deyil. İxrac həcmində də kifayət qədər artım var. Lakin daha çox idxalımız mövcuddur. İdxaldan ciddi şəkildə asılıyıq. 7 min ton çay idxal ediriksə, 1000 ton ixrac edirik. Yəni idxal ixracdan 7 dəfə çoxdur. İxracın artımına səbəb idxal etdiyimiz məhsulun bir hissəsini yarımfabrikat kimi ölkəyə gətirib, sonra istehsal edib, ixrac etməyimizdir. Bu da əlavə dəyər yaradır. Yəni ölkəyə valyutanın çıxışından çox gəlişini təmin edir. İxracın nisbətən artmasına bir səbəb də budur".

Məhsuldarlığın artırılması imkanları məhduddur

C.İbrahimlinin fikrincə, əkin sahələrini artırsaq, istehsal da çoxalar: "Əlimizdəki mövcud əkin sahələri ilə məhsuldarlıq normaldır. 1 hektardan yaşıl çay kütləsinin yığımı 17 sentnerdir. Burada məhsuldarlığın artırılması imkanları məhduddur. Ancaq əkin sahələrinin artımı hesabına çayın istehsalını artırmaq mümkündür. İdxaldan asılılığın aradan qaldırılması üçün xammal istehsalının artırılması lazımdır. Daxili istehsalın artması hesabına ixracın artması təmin olunsa, bu, daha məqsədəuyğun olardı".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 637   Tarix: 04 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:

08.11.2026 187
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

00:08 123
.

"Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni

08.11.2026 203
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

08.11.2026 159
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

08.11.2026 132
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

08.11.2026 154
.

İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib

İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə

08.11.2026 141
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

08.11.2026 134
.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə foto çəkdiriblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

08.11.2026 178
.