Biləsuvarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 5 nəfər saxlanılıb

Biləsuvarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 5 nəfər saxlanılıbBiləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 5 nəfər saxlanılıb. Bir kiloqramdan artıq güclü təsir edən xassəyə malik narkotik vasitə dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BiG.AZ-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakinləri, əvvəllər məhkum olunmuş Sərxan Nəsirov və Ruhid Ağayev saxlanılıblar. Keçirilən baxış zamanı onlardan 1 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.

Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə daha 3 nəfər – Günəşli kənd sakinləri Y.Ağayev, A.Əzimov və M.Eynullayev saxlanılıblar və onların hər birindən heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.
Qeyd edək ki, cari ilin ötən dövrü ərzində Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz dövriyyədən 100 kiloqramdan artıq narkotik vasitə çıxarılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 842   Tarix: 04 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsrail İran müharibəsindən sonra dəniz qüvvələrini gücləndirir - pilotsuz gəmilərə sərmayə artırılır

İran və onun regiondakı müttəfiqlərinin dənizdəki təhdidlərinin artması İsraili hərbi-dəniz qüvvələrini genişləndirməyə və pilotsuz dəniz sistemlərinə investisiyaları sürətləndirməyə vadar edir. Ynet-in Bloomberg-ə istinadən yaydığı məlumata görə, İsrail son illərdə hava qüvvələri, quru qoşunları v

12:15 168
.

Sarkisyan ifadə verəcək

Ermənistanın sabiq prezidenti Serj Sarkisyana Robert Köçəryanla bağlı cinayət işi çərçivəsində istintaqla sövdələşməyə getmək təklif olunub. Ermənistan KİV-nə istinadən xəbər verir ki, hazırda Köçəryanla bağlı iş üzrə təqsirləndirilən şəxs qismində keçən Sarkisyana sabiq prezident Robert Köçəryanın əleyhin

26.08.2026 255
.

35 dərəcə isti olacaq

Avqustun 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-24 isti

12:45 151
.

"Sİ həkimin rəqibi deyil" - Süni intellekt tibbdə nəyi dəyişəcək?

"Süni intellekt həkimin əvəzedicisi deyil, onun ən güclü köməkçisidir" yanaşması daha doğru olar. Bəs Sİ-nin həkimi əvəz edəcəyi fikri doğrudurmu?. "Xeyr, bu fikir doğru deyil. Süni intellekt bir "insan" deyil, bir "alətdir". O, həkimin yerinə keçə bilməz. Çünki tib

13:56 147
.

ABŞ-ın "Theodore Roosevelt" gəmisi Yaxın Şərqdə ən azı 7 ay müddətinə yerləşdiriləcək

Hərbi Dəniz Qüvvələrinin yüksək vəzifəli rəsmiləri çərşənbə günü bildiriblər ki, USS Theodore Roosevelt təyyarədaşıyan gəmisi və onun 500 nəfərlik heyəti yaxın həftələrdə Yaxın Şərqdə ən azı yeddi aylıq yerləşdirilməyə başlayacaq. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, USNI News-un məlumatına görə, çərşənb

11:11 160
.

"Putin onunla görüşməyəcək"

"Rusiya Prezidenti Vladimir Putinin qrafikində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retklifflə görüş yoxdur". Bunu "İnterfaks"a açıqlamasında Kremlin rəsmi sözçüsü Dmitri Peskov bildirib. Putinlə Retkliff arasında görüşün olub-olmayacağı ilə bağlı suala cavab verə

26.08.2026 228
.

"Koçaryanla bağlı zəng etməyin" - Simonyan Moskvaya ismarıc göndərdi

"Hələlik Rusiyadan heç kim Robert Koçaryanla bağlı zəng etməyib və ümid edirəm ki, heç kim zəng etməyəcək, çünki bu, mənasızdır". "AzPolitika" xəbər verir ki, bunu Ermənistan parlamentinin sabiq spikeri və hazıkı Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Robert Koçaryanın həbsil

26.08.2026 247
.

Rus bölməsində Azərbaycan tarixi Azərbaycan dilində: digər fənlərə də şamil ediləcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

2026-2027-ci tədris ilindən etibarən tədrisi digər dillərdə aparılan ümumi təhsil müəssisələrinin VII siniflərində "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris olunacaq. Elm və Təhsil Nazirliyinin məlumatına görə, hazırda V və VI siniflərdə tətbiq edilən bu yanaşmanın növbəti illərd

12:42 201
.

Manat sabitdir, amma qiymətlər artır: Pul niyə dəyər itirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda manatın məzənnəsi dollar qarşısında uzun müddətdir sabit qalsa da, qiymət artımı davam edir. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2026-cı ilin iyulunda illik inflyasiya 5,8 faiz təşkil edib. Bu şəraitdə milli valyutanın nominal məzənnəsi dəyişməsə də, eyni məbləğdə pulla əvvəlk

13:13 198
.