Bakıda son illər görmədiyimiz tıxaclar olacaq...

Bakıda son illər görmədiyimiz tıxaclar olacaq...Sentyabrın 15-i dərslər başlayandan sonra Bakı şəhərində nəqliyyatın hərəkətində ciddi çətiniklərin olacağı gözlənilir.

"Qafqazinfo" xəbər verir ki, nəqliyyat üzrə ekspert-hüquqşünas Ərşad Hüseynov bildirib ki, cəmi bir həftədən sonra paytaxt küçələrində son illər rast gəlmədiyimiz tıxaclara şahidlik edəcəyik:

"Bunu güman etmək üçün qeyd etdiyim məqamlara diqqət etmək kifayətdir:

- paytaxt metropoliteni genişlənmir, demək olar ki, yerində sayır (8-10 ilə bir stansiyanın istismara verilməsi yerində sayamaq kimi bir şeydir);

- paytaxtın ictimai nəqliyyatının bel sütunu olan avtobuslarla sərnişindaşıma çox ciddi iqtisadi, texniki və təşkilati böhran yaşayır. Belə davam etsə, dövlətin ciddi dəstəyi və müdaxiləsi olmasa, bu sektorun çöküşü çox uzaqda deyil;

- taksi aqreqatorları "hər kəsi ucuz qiymətə biz daşıyacağıq" devizini açıq səsləndirirlər. İlk baxışdan cazibədar, lakin Bakı kimi iri şəhərdə reallıqdan uzaq olan bu ideya son illərdə taksi minik avtomobillərinin sayının dəfələrlə artmasına gətirib çıxarıb;

- ictimai nəqliyyatla qane olmayan, çox vaxt ona əli çatmayan və "ucuz taksi" şüarının keçici olduğunu bilən insanlar bütün imkanlarını səfərbər edərək fərdi avtomobil əldə etməkdədirlər. Köhnə, bəzən yarasız avtomobil sahibləri isə ondan bərk-bərk yapışıblar ki, yollarda qalmasınlar. Əslində fərdi avtomobillərin artması qorxulu deyil, çünki bu, firavanlıq, maddi rifahın yüksək olması deməkdir (inkişaf etmiş ölkələrdə belədir). Amm bizim dərdimiz odur ki, fərdi avtomobil nəinki ailənin, hətta bəzən qohum-qonşunun yeganə yerdəyişmə vasitəsi olur. Bu səbəbdən az qala hər kəsin avtomobili hər gün küçədə olur;

- velosipedin real mobillik (yerdəyişmə) vasitəsinə çevirilməsi istiqamətində isə sadəcə söz-söhbət var;

- tıxac yaradan digər səbəblər (müəyyən yerlərdə hərəkətin təşkilindəki qüsurlar, qanunsuz parklanma, bəzən elementar mədəniyyətsizlik və s.) də yerində qalır".

Ərşad Hüseynov əlavə edib ki, belə mənzərə fonunda tıxaclar qaçılmaz olur: "Nəticədə vaxtımız (ömrümüz), pulumuz, əsəblərimiz, əmək qabiliyyətimiz və s. yollarda xərclənir...

Ən kədərlisi odur ki, hansısa dövlət qurumunun bu bəlanı həll etmək istiqamətində aydın fəaliyyət planı, ideyası yoxdur (varsa da, cəmiyyətə məlum deyil). Təbii ki, belə ola bilməz. Bu istiqamətdə real ciddi işlər görmək lazımdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1032   Tarix: 05 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Foto/Video+YENİLƏNİB

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyevin bəyanatı. - Hörmətl

08.11.2026 232
.

Ağ Evin yaxınlığında saxlanılan şəxs: "Başımdakı səslər Trampı öldürməyi əmr etdi"

ABŞ-nin Məxfi Xidmət agentləri Ağ Evin yaxınlığında ölkə Prezidenti Donald Trampı öldürməklə hədələyən venesuelalı qeyri-qanuni miqrantı saxlayıblar. xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyinə istinadla məlumat yayıb. Bildirilir ki, əməliyyat zaman

08.11.2026 171
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

08.11.2026 173
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

08.11.2026 154
.

Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır

Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə sıx bağlıdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Nizamın Məsləhətini Müəyyənləşdirmə Şurası Katibliyinin rəhbəri Abbas Əli Kədxudayi bildirib. İranın Ali rəhbəri Müctəba Xameneinin adıçəkilən şura ilə əlaqələndiricisi ola

08.11.2026 163
.

Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub

Seneqal sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ən azı 21 nəfər həlak olub. "Report" "Euronews"a istinadən xəbər verir ki, bu barədə Seneqalın Daxili İşlər Nazirliyi (DİN) bildirib. Axtarış-xilasetmə əməliyyatı davam edir, hələlik sağ qalan yalnız bir nəfər tapılıb

08.11.2026 148
.

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

08.11.2026 188
.

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər

08.11.2026 136
.

Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"

"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın

08.11.2026 165
.