Evləndiklərini elan edəndə boşanıblarmış... - Tamaşaçıları niyə aldadıblar?
Xəbər verdiyimiz kimi, aktrisa-rəqqasə Oksana Rəsulova həyat yoldaşı, aparıcı Şəhriyar Əbilovdan ayrıldığını elan edib. O bildirib ki, kəbinləri 1 il əvvəl pozulsa da, bunu indi açıqlayır.
"Qafqazinfo" xəbər verir ki, cütlüyün boşanma xəbərinə üzülənlər olsa da, bütün bunların şou olduğunu deyənlər daha çoxdur.
Maraqlıdır ki, Oksana ilə Şəhriyar 4 ildir evli olduqlarını hələ ötən ilin noyabrında, yəni 10 ay əvvəl açıqlamışdı. Son statusunda isə 1 il əvvəl ayrıldıqlarını yazıblar. Bir il öncə ayrılan cütlük necə olur 10 ay əvvəl xoşbəxt ailə olduğunu elan edib və bu müddətdə müxtəlif telekanallarda ideal ailə obrazında müsahibə və məsləhətlər verib?
Cəmi 3 ay əvvəl aktrisa "Xəzər maqazin"ə müsahibəsində ailə həyatından danışaraq evliliyinin saxta olmadığını demişdi: "Şəhriyar çox gözəl insandır. Nə yaxşı ki, həyat yoldaşım və oğlumun atası Şəhriyardır. Həqiqətən də. Evliliyimiz saxta deyil. Gerçək evliliyimiz və gerçək övladımız var. Bir evdə yaşayırıq".
Şəhriyar da elə həmin ayda "MTV Maqazin"ə müsahibəsində xanımı Oksananın qısqanc olduğunu bildirmişdi.
Ayrı-ayrılıqda müsahibələrlə yanaşı, cütlük həmin ayda Tolikin "Tarixin bir günü" verilişində yenə xoşbəxt ailə həyatlarından danışıb.
Əslində təəccüblü də deyil... Belə ki, Oksana evliliklərini elan etdiyi vaxtda da bir çox məqamlar sual doğururdu. Onlardan ən başlıcası rəqqasənin "həyat yoldaşım Türkiyədə yaşayır, Şəhriyarı da tanıyır" fikirləri idi. Bu haqda ətraflı buradan oxuya bilərsiniz...
Gəzən şayiələrə görə, Oksananın oğlunun atasının adı həqiqətən Şəhriyardır, lakin Əbilov yox... Həmin Şəhriyar isə, Oksananın dediyi kimi, Türkiyədə yaşayır və azərbaycanlı iş adamıdır.
Oksana dünən gecə ayrıldıqları haqda yazdığı paylaşımın şərh bölümünü də bağlayıb. Görünür, izləyicilərinin onun ünvanına nələrin yazacağından xəbərdardır. Sosial şəbəkədəki digər xəbər səhifələrində də bu barədə paylaşım edilib və şərhlərdə izləyicilərin cütlüyün evliliyinin şou olduğuna daha çox inandığı görünür. Onlar, həmçinin "boşanmada" günahı Oksanada görüblər. Qeyd ediblər ki, bu, rəqqasənin dağılan sayca 3-cü ailəsidir.
Əlbəttə, hər iki məşhur simanın şəxsi həyatını gizlətmək haqqı var. Lakin illərlə yalan məlumatlar verib müxtəlif bəhanələrlə tamaşaçıları aldatmaq, doğrunu söyləməmək onlara qarşı hörmətsizlikdir.



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 11415 Tarix: 07 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
"Türkiyə və Azərbaycan arasında əlaqələr gündəlik məsələ deyil, çox uzun əsrlərə söykənir və əbədi qardaşlıq, ortaq taledir". xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Kürşad Zorlu "Haber Global" telekanalına müsahibəsində deyib
08.11.2026 205 "Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib
Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy
08.11.2026 123 Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha
08.11.2026 202 Bakıda 33 yaşlı kişi bıçaqlanıb
Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı
08.11.2026 136 Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər
08.11.2026 136 Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 8 noyabr tarixində Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib. paylaşımı təqdim edir:
08.11.2026 192 İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər
08.11.2026 179 Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib
Finlandiyanın şimalında baş vermiş böyük yanğın nəticəsində milli toxumluq kartof fondunun beşdə biri məhv olub. "Report" "Yle" teleradio şirkətinə istinadən xəbər verir ki, yanğın cümə günü axşam Şimali Ostrobotniya əyalətinin Türnyavya şəhərindəki anbar kompleksində qeydə alınıb
08.11.2026 167 Paraqvayın sabiq prezidenti ev dustaqlığına məhkum edildi
Paraqvayın sabiq prezidenti Santyaqo Penya impiçment qərarından dərhal sonra Asunson şəhərindəki şəxsi iqamətgahında saxlanılıb. xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Bildirilib ki, Penyanın tutulması noyabrın 6-da axşam saatlarında - Senat tərəfindən vəzifədən uzaqlaşdırılmasından sonra onu əvə
08.11.2026 180