Azərbaycanda evdən gedən qadını taparaq öldürən atası ilə bağlı yeni FAKT

Azərbaycanda evdən gedən qadını taparaq öldürən atası ilə bağlı yeni FAKTÖtən gün Abşeron rayonunda qadının qətli ilə bağlı bəzi detallar məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayeva evli olub və altı yaşında bir oğlu var.

Onun həyat yoldaşı Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olub və qadın oğlu ilə birlikdə yaşayırmış. Onlar qohum olublar.

A.Abdullayeva sentyabrın 1-də ərinə məxsus evdən çıxıb və Abşeron rayonunda tanıdığı şəxsin evində qalıb.

Onun atası Nazim Əliyev qızının itkin düşməsi ilə bağlı Ağsu Rayon Polis Şöbəsinə müraciət etsə də, özü onu axtarmağa başlayıb. Ötən gün səhər saat 04:00 radələrində qızının tanışının evini tapıb və onlar mübahisə edib. Baş verən mübahisə nəticəsində o qızını bıçaqla qətlə yetirib.

Daha sonra o, rayona qayıdıb və Ağsu Rayon Polis Şöbəsində təslim olub.

N.Əliyev əvvəllər Rusiyada yaşayıb və orada məhkumluq həyatı yaşayıb.

Qeyd edək ki, ötən gün Abşeron rayonunda Aybəniz Abdullayeva atası Nazim Əliyev tərəfindən qətlə yetirilib.

Abşeron Rayon Prokurorluğunun məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1716   Tarix: 08 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İspaniya Ukrayna hərbçilərinə qapılarını açdı

Ukrayna Silahlı Qüvvələrinin doqquz mindən çox hərbçisi İspaniyada təlim keçib. xəbər verir ki, bu barədə Krallığın Baş Qərargahı sosial media hesabında məlumat yayıb. Məlumatda bildirilib: "Doqquz mindən çox Ukrayna əsgəri İspaniyada təlim keçib. Bu, İspaniya və Avropa Birliyinin Ukraynaya sarsılma

11:04 173
.

Netanyahu kabinet nazirləri və müdafiə rəisləri ilə məhdud təhlükəsizlik iclası keçirəcək

İsrailin baş naziri Benyamin Netanyahunun bu gün məhdud təhlükəsizlik kabinetindən bir neçə nazir və yüksək vəzifəli müdafiə rəsmiləri ilə təhlükəsizlik iclası keçirməsi gözlənilir. BİG.AZ Haaretz-ə istinadən xəbər verir ki, iclasın mövzusunun nə olduğu açıqlanmayıb. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal

12:52 140
.

IV. Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsi Tarixi Uğurla Başa Çatdı

Türk dünyasının mühəndislik, texnologiya və sənaye potensialını vahid məqsəd ətrafında birləşdirən IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsi Bakıda möhtəşəm bağlanış mərasimi ilə yekunlaşıb. xəbər verir ki, tədbir Türk Mühendisler Derneğinin təşkilatçılığı və Business Network World CEO-su Hakta

11:59 169
.

Çörək və ətdən imtina: sağlam seçim, yoxsa yanlış tendensiya? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Son illərdə dieta saxlamaq bir çox insan üçün gündəlik həyat tərzinə çevrilib. Xüsusilə sürətli arıqlama istəyənlər arasında çörək və ət məhsullarının birdən-birə rasiondan çıxarılması geniş yayılıb. Sosial şəbəkələrdə və müxtəlif mənbələrdə yayılan "tez nəticə" vədləri isə insanların qidalanmay

14:41 183
.

Bakı məktəblərində distant təhsil bu formada aparılacaq - İlk dəfə

18-22 may tarixlərində Bakı məktəblərində dərslər distant formada keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, WUF13-ün keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin (Pirallahı, Qaradağ

11:28 296
.

Lökbatandakı yanğının nəticəsi açıqlandı: Anbarın 21 min kvadratmetri yanıb

Ötən gün Lökbatanda baş verən yanğında anbarın 21 min kvadratmetri yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın nəticəsində bir-birinə bitişik ümumi sahəsi 46 00 kvadratmetr olan müxtəli

10:20 202
.

Polşa ukraynalı qaçqınlar üçün uşaq müavinətlərini dayandırdı

Polşa hakimiyyəti Ukraynadan olan 150 mindən çox qaçqın uşağı üçün nəzərdə tutulan sosial müavinətləri dayandırıb. xəbər verir ki, bu barədə Money.pl portalı məlumat yayıb. Nəşrin məlumatına görə, "800 Plus" proqramı üzrə ödəniş qaydalarında edilən dəyişikliklər Ukraynadan olan təxminən 15

10:52 161
.

Pediatriya Mərkəzinə yeni direktor təyin olundu

Respublika Pediatriya Mərkəzinin direktor vəzifəsinə Rəhimov Erkin Xəyyam oğlu təyin olunub. Axşam.az xəbər verir ki, E.Rəhimov 2012-2014-cü illərdə "İstanbul Memorial Hizmet" Xəstəxanasında Neonatologiya şöbəsinin rəhbəri olaraq fəaliyyət göstərib. 2014-cü ildən hazırkı təyinatınadək "Bak

16:50 119
.

Həsən Əblucun xanımı xəstəxanaya yerləşdirilib: "Evdə ac, susuz qalıb"

Mərhum aktyor, SSR Əməkdar artist Həsən Əblucun həyat yoldaşı xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, bu haqda onun rejissor qızı Elnaz Əbluc məlumat yayıb. "Heç olmasa indi Həsən Əblucun ailəsinə kömək edilsin. Anam qalib ac, susuz, halsız evdə ortalıqda" deyə, Elnaz bildirib

10:47 356
.

TOP MP3