Uşaqdır dediyi dayısı oğlu ilə mesajlaşdı, xəyanət etdiyi üçün ölümünə səbəb oldu - TƏFƏRRÜAT

Uşaqdır dediyi dayısı oğlu ilə mesajlaşdı, xəyanət etdiyi üçün ölümünə səbəb oldu - TƏFƏRRÜATTərtərdə dayısı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Aqil Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az həmin cinayət işi üzrə materialları əldə edib.

Aqil Süleymanovun dayısı oğlu 1998-ci il təvəllüdlü Tural Mustafayevi hansı səbəbdən öldürməsi ictimaiyyətə qaranlıq qalıb.

İttihama görə, hadisə ötən il noyabrın 23-ü saat 18 radələrində Tərtərin Düyərli kəndində qeydə alınıb.

Rayon sakini, 1998-ci il təvəllüdlü Tural Mustafayevin xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin bibisi oğlu 1990-cı il təvəllüdlü Aqil Süleymanovun rayonun Düyərli kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Tural Mustafayevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisə zamanı Aqil Süleymanovun da özü bıçaq xəsarətləri aldığından xəstəxanaya yerləşdirilib. Daha sonra hüquq-mühafizə orqanları tərəfindən Aqil Süleymanov istintaqa cəlb edilib.

Məhkəmədə danışan Aqil Süleymanov bildirib ki, dayısıoğlu Turalla arasında əvvəllər heç bir ədavət və ya düşmənçilik olmayıb:

"Bacım Aynur təxminən 12 il əvvəl Tərtər rayonunun Düyərli kənd sakini Fəxri ilə ailə həyatı qurub. Birgə nikahlarından 2 övladları dünyaya gəlib. Hadisə günündən təxminən 8 ay əvvəl bacım Aynurun evində problemlər yarandı. Həyat yoldaşı Fəxri arasında ailədaxili münaqişə baş verirdi. Bundan sonra Aynur Fəxridən ayrılıb və övladları ilə birlikdə ata evimizdə yaşamağa başladılar. Bacımın ailəsində yaranmış narazılığa səbəb dayımoğlu Turalla Aynurun aralarında olan qeyri-rəsmi münasibətlər olub. Bu münasibət barədə Fəxri xəbər tutduqdan sonra Aynurdan boşanmaq qərarına gəlib. Fəxri bir neçə dəfə Aynurun Turalla olan isti münasibəti barədə mənə, anama və digər qohumlarımıza məlumat verib. Lakin biz bu barədə deyilənlərə inanmadıq. Mən özüm şəxsən Aynurdan soruşduqda o, Turalın uşaq olduğunu, aralarında heç bir münasibətin olmadığını deyirdi".

Təqsirləndirilən şəxs bildirib ki, hadisədən təxminən 3 ay əvvəl Fəxri Aynurun yaşadığı evə gedərək onun telefonunu götürüb və Turalla olan mesajları aşkar edib:

"Bundan sonra Fəxri mənə zəng edərək bacımın telefonunda Turalla yazışmalarını tapdığını dedi. Hadisədən təxminən 3 gün əvvəl Fəxri mənə zəng edərək Bakıya gəldiyini, görüşmək istədiyini dedi. Məndə onunla razılaşdım. Görüş zamanı Aynurun telefonundakı yazışmalara baxdım. Bundan sonra Turalla Aynurun arasında olan yazışmaların şahidi oldum. Lakin, bu yazışmaların qeyri-əxlaqi məqsədlərlə baş tutduğuna yenə də inanmaq istəmədim. Fəxriyə Turaldan Aynurla olan münasibətinin dəqiqləşdirəcəyini dedim. Sabahı gün xalamın il mərasimində iştirak etmək üçün Tərtərə getməyi qərarlaşdırdım. Təxminən 4-5 gün əvvəl isə dayım infarkt keçirdiyindən anam, bacım və bacımın uşaqları dayımı görmək, həmçinin, il mərasimində iştirak etmək üçün Tərtər rayonuna getmişdilər. Ertəsi gün Fəxri ilə birlikdə taksi ilə Tərtərə getdik. Yolda olarkən bir daha telefondakı yazışmalara nəzər saldım, bundan sonra maşında Fəxriyə dedim ki, Turalla görüşəcəm və ondan bu barədə izah istəyəcəm. Fəxri isə mənə Turalı onun bibisioğlunun evinə gətirməyi təklif elədi. Həmin evi tanıyırdım və evdə yaşayış olmadığını bildirdim, bunun üçün Fəxrinin dediyi ilə razılaşdım. Fəxriyə dedim ki, Tural öz dediklərini sübut edə bilməsə, onu "sındırmaq" məqsədilə mundarlayacam. Fəxri isə həmin epizodu videoya çəkəcəyi ilə razılaşdı. Bərdəyə çatdıqdan sonra Fəxri mənim telefonumla Gündüz adlı taksi sürücüsünə zəng edərək bizi Tərtərə aparmasını dedi. Tərtərdə mən Fəxridən ayrılıb, qohumlarımın yaşadığı Buruc kəndinə getdim. Orada anam, bacım, dayım, dayım oğlu Tural və digərləri ilə görüşdük. Orada olarkən Turaldan Aynurla olan yazışmaların nə demək olduğunu soruşdum və ona bildirdim ki, mən onun bacılarına öz bacılarım kimi baxıram. Lakin bu zaman Tural mənə dedi ki, "mənim 4 bacım var, onlar mənə bəsdir". Bundan sonra mən Turalı məsələyə aydınlıq gətirmək məqsədilə Fəxrinin dediyi evə dəvət etdim. Tural isə cavabında getməyə hazır olduğunu bildirdi".

Aqil Süleymanov sözlərinə görə, Turalla birlikdə Düyərli kəndinə gəliblər:

"Bizi həmin ünvana aparacaq taksiyə minərkən Turalın üzərində dəstəyi qara rəngli "skoç"la sarınmış, nazik mətbəx bıçağının olduğunu gördüm. Həmin bıçağı daha əvvəl dayımgilin evində mətbəx stolunun üzərində görmüşdüm. Turaldan nəyə görə bıçaq götürdüyünü soruşdum, o isə heç bir cavab vermədi. Ona belə bir şeyə ehtiyac olmadığını və sadəcə, söhbət etmək üçün getdiyimizi dedim. Yolda olarkən Tural "Nicat" körpüsünün yaxınlığında "Son beş" deyilən yerdə maşından düşüb mağazaya girib və nə isə alıb çıxdı. Bundan sonra yola davam edib hadisənin baş verdiyi yerə gəldik. Oraya çatdıqda Fəxrinin artıq onları gözlədiyini gördük. Mən Fəxrinin bibisioğluna məxsus evin həyətinə girib təkrarən Turaldan məsələnin mahiyyətini soruşdum, bu zaman o, bir daha özünün 4 bacısının olduğunu və onların ona bəs etdiyini bildirdi. Turalı çiynindən əlimlə kənara itələdim, həmin zaman Tural cibindən açılıb-bağlanan, iti uclu, boz rəngli bıçağı çıxarıb mənim sol qoltuqaltı nahiyəmə zərbə endirdi. Dərhal hər iki əlim ilə Turalın əlini tutdum, müqavimətini qırıb və onu yerə yıxdım. Yerdə olarkən iki əlimlə Turalın bıçaq olan əlini tutub bıçağı yerə saldım. Bundan sonra o, digər əli ilə cibindəki "skoç"a sarılmış bıçağı çıxarıb mənə yenidən zərbə endirməyə çalışdı. Turalın əlindən həmin bıçağı da alıb, onun qarın nahiyəsinə iki dəfə zərbə endirdim. Daha sonra Fəxri bizi aralaşdırmaq məqsədi ilə yerdən taxta parçası götürüb hər ikimizi vurmağa başladı. Aralaşanda özümdən ixtiyarsız Turalın digər əlini buraxdım, o da bundan istifadə edərək bıçaqla mənə yenidən zərbələr endirməyə başladı. Bu zaman bud nahiyəmdən xəsarət aldım. Tural onda üzərimə yıxıldı və məni vurmaq istədi. Bu zaman onun əlini tutdum. Tural durub qaçmağa çalışdı, dalınca məndə durub tərpəndim. Bu zaman kürəyindən bir neçə dəfə bıçaq vurdum. Bir az qabağa gedəndən sonra Tural yıxıldı".

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə vaxtı özündə olmadığından Tural Mustafayevə neçə ədəd zərbə yetirdiyini xatırlamır:

"Turalı hadisə yerində qoyub əlimdə olan bıçaqla yolun başına doğru irəlilədim, arxamca isə Fəxri gəlirdi. Bir qədər qarşıdan tanımadığım şəxsin gəldiyini gördüm, dedim ki, adam öldürmüşəm. Ondan 102-yə zəng mərkəzinə məlumat verməsini xahiş etdim. İnsanların məndən qorxmaması üçün əlimdəki bıçağı kanala atdım. Fəxri ilə yolun başına qədər getdikdə qarşıdan təcili tibbi yardım maşınının gəldiyini gördük. Polis əməkdaşlarının gəlib məni tapa bilmələri üçün maşına əyləşərək hadisə olan yerə qayıtdım. Bir müddət sonra polis əməkdaşları həmin yerə gəldi və mən əməlimi səmimi etiraf etdim".

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqil Süleymanov 10 il müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1775   Tarix: 08 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Britaniya Rusiyaya sanksiyalar çərçivəsində "İmedi" və "PosTv"ni "qara siyahı"ya salıb

Britaniya Rusiyaya qarşı sanksiyalar çərçivəsində Gürcüstanın iki telekompaniyası - "İmedi" və "PosTv"ni "qara siyahı"ya salıb. APA xəbər verir ki, London onları "Rusiyanın dezinformasiyasında" iştirak etməkdə ittiham edir. Qeyd edək ki, Britaniya hökuməti bu gü

24.02.2026 387
.

Cəlilabadda 26 yaşlı qadın 15 gündür itkin düşüb

Cəlilabadda qadın itkin düşüb. xəbər verir ki, rayon sakini 26 yaşlı Mətanət Hüseynova fevral ayının 9-da rayonun Sərhədabad kəndində yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb. Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102"

24.02.2026 494
.

Hindistan Rusiya qırıcılarını alacaq

Hindistan hava qüvvələrinin döyüş qabiliyyətini artırmaq üçün Rusiyanın beşinci nəsil Su-57 qırıcı təyyarələrini almaq imkanlarını araşdırır və 40-a qədər təyyarə ala bilər. xəbər verir ki, bu barədə Hindistanın NDTV kanalı mənbələrə istinadən məlumat yayıb. Mənbəyə görə, Su-57-nin alınması artan regiona

24.02.2026 354
.

Rusiya casusları Avropada hərbi obyektlərin yaxınlığında evlər alır - kəşfiyyat orqanları xəbərdarlıq edir

Qərb kəşfiyyat xidmətləri bildirir ki, Rusiya agentləri Avropanın müxtəlif ölkələrində hərbi bazalar və strateji obyektlərin yaxınlığında daşınmaz əmlak alaraq gizli sabotaj şəbəkəsi yaradır. Məlumata görə, bu obyektlər "Troya atı" kimi istifadə edilə bilər və gələcəkdə koordinasiyalı casusluq

24.02.2026 341
.

İftar süfrəsinə hazırlaya bilərsiniz

Axşam.az "İftar menyusu"nu təqdim edir:. "Aşpaz" şorbası. Ərzaqlar:. 1 toyuq filesi. 1/2 stəkan qırmızı mərcimək. 1 çay stəkanı vermişel. 1 kiçik pomidor. 1 kiçik soğan. 1 xörək qaşığı kərə yağı. 1 xörək qaşığı bitki yağı. 1 xörək qaşığı un. 1 çay qaşığı tomat pastası. 6 stəkan toyu

24.02.2026 466
.

2050-ci ilə qədər yaşayanlar bu 8 texnoloji sıçrayışa şahid ola bilər

Texnologiya dünyası hər il yeni bir mərhələni geridə qoyur. Alimlər, startaplar və nəhəng şirkətlər bəşəriyyətin gələcəyini yenidən formalaşdıra biləcək layihələr üzərində çalışırlar. Qaynarinfo xəbər verir ki, 2050-ci ilə qədər reallaşması mümkün hesab edilən bəzi yeniliklər gündəlik həyatdan qloba

24.02.2026 385
.

Tayvanda 5,6 bal gücündə zəlzələ baş verib, dağıntılar barədə məlumat yoxdur

Adanın hava idarəsi çərşənbə axşamı Tayvanın şimal-şərqindəki Yilan qraflığının sahillərində 5,6 bal gücündə zəlzələ baş verdiyini və dağıntı barədə heç bir məlumat verilmədiyini bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, zəlzələ paytaxt Taypeydə binaları qısa müddətə silkələyib. Hava idarəsini

24.02.2026 264
.

Kim Kardaşyana bənzəmək üçün əməliyyat etdirən məşhur ÖLDÜ

Kim Kardaşyana bənzəmək üçün keçirdiyi onlarla estetik əməliyyatla dünya mətbuatının diqqət mərkəzində olan 34 yaşlı realiti-şou ulduzu və sosial media fenomeni Cordan Ceyms Park, Londonda yaşadığı rezidensiyada ölü tapılıb. xarici mediaya istinadla xəbər verir ki, "Dodaq Kralı" (Lip King

24.02.2026 634
.

Rusiya Azərbaycan diaspor rəhbərinin vətəndaşlığını LƏĞV ETDİ

Azərbaycan diaspor rəhbəri Rusiya vətəndaşlığından məhrum edilib. Rusiya mediasına istinadla bildirir ki, İvanovo vilayətinin Azərbaycan diasporunun rəhbəri Asif Məmmədovun Rusiya vətəndaşlığı ləğv edilib. Fedral Təhlükəsizlik Xidmətinin iddiasına görə, guya Asif Məmmədovun fəaliyyəti bu ölkənin təhlükəsizliyin

24.02.2026 408
.

TOP MP3