Narkotikə qurşanan gömrük əməkdaşlarının SAYI - Siyahıda qadınlar da var

Narkotikə qurşanan gömrük əməkdaşlarının SAYI - Siyahıda qadınlar da varBir neçə gün bundan öncə mediada Gömrük Komitəsinin sədr əvəzi, general-leytenant Şahin Bağırovun gömrük əməkdaşlarını kütləvi şəkildə işdən çıxardığına dair xəbərlər yayıldı.

Bildirilirdi ki, sədr əvəzi Gömrük Komitəsi əməkdaşlarını narkoloji analizdən keçirib.

Nəticədə Hövsanda və digər postlarda işləyən gömrük əməkdaşlarının narkotik istifadəçisi olduğu aşkarlandığı, bu səbəbdən Şahin Bağırovun onları işdən azad etdiyi bildirilirdi.

Əlavə edək ki, Dövlət Gömrük Komitəsi özü də rəsmi məlumat yayaraq, narkoloji analizlərdən keçməyən gömrük əməkdaşlarının işdən çıxarılmasına münasibət bildirmişdi.
Qeyd olunurdu ki, "Gömrük orqanlarında xidmət haqqında" Əsasnaməyə və digər qanunvericilik aktlarına əsasən gömrük əməkdaşları mütəmadi olaraq tibbi müayinədən keçirilir və müvafiq tədbirlər görülür.

DGK məsələ ilə bağlı açıqlama versə də, narkotik istifadəçisi olan nə qədər gömrük əməkdaşının işdən çıxarıldığına aydınlıq gətirməmişdi. Mediada isə narkotikə görə gömrükçülərin kütləvi halda işdən qovulduğu yazılırdı.

Bakupost.az mövzu ilə bağlı bir sıra dəqiqləşdirmələr aparıb.

Məlumata görə, DGK-nın keçirdiyi tibbi müayinədən sonra həqiqətən də işdən çıxarılanlar olsa da, bu, kütləvi xarakter daşımayıb. Belə ki, müvafiq müayinələrdən sonra DGK-nın 7 əməkdaşının narkotik istifadəçisi olduğu məlum olub. Onlardan 2-si qadındır.

Onu da qeyd edək ki, həmin şəxslər heç də DGK-da yüksək vəzifə tutmurlar. Narkotikə görə işdən çıxarılan 7 nəfər müxtəlif gömrük postlarında çalışan inspektorlardır. Tibbi müayinə nəticəsində narkotik istifadəçiləri olduqları təsdiqlənən həmin 7 nəfərin dərhal ərizələri alınıb və onlar gömrük sistemindən uzaqlaşdırılıblar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1253   Tarix: 09 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Putin Rusiyanın bu il yeni Sarmat nüvə raketini yerləşdirəcəyini bildirib

Rusiya bu ilin sonunda yeni Sarmat strateji nüvə raketini yerləşdirəcək. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu barədə Prezident Vladimir Putin çərşənbə axşamı bildirib və onu "dünyanın ən güclüsü" adlandırıb. ABŞ-da və ya Avropada minlərlə mil uzaqlıqdakı hədəfləri vurmaq üçün nüv

10:26 152
.

Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz

Xalq artisti Mələkxanım Eyubova ailəsi ilə birgə gəlininə sürpriz edib. Axşam.az xəbər verir ki, sənətkar həyat yoldaşı Xosrov Nəcəfov, oğlu Cəfər, qızı Nəzrin və ailə dostları ilə birgə gecə saat 12-də gəlini Səadətin ad gününü təbrik edib. Həmin anların görüntüləri sosial mediada yayılıb. Qeyd edə

11:54 364
.

Mənbələr bildirir ki, regional müharibə genişləndikcə Səudiyyə Ərəbistanı İrana gizli hücumlar həyata keçirib

Səudiyyə Ərəbistanı Yaxın Şərq müharibəsi zamanı krallıqda həyata keçirilən hücumlara cavab olaraq İrana çoxsaylı, açıqlanmayan hücumlar həyata keçirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu barədə iki Qərb rəsmisi məlumat verib və iki İran rəsmisi bildirib. Səudiyyə Ərəbistanının əvvəllər xəbə

10:08 158
.

Simonyan Putinə: Aliment tələb etmirik, uşaqları bölməyəcəyik

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya-Ermənistan münasibətləri ilə bağlı səslənən fikirlərə ironik cavab verib. O bildirib ki, İrəvanın Moskva ilə münasibətləri "boşanma" səviyyəsində deyil və Ermənistanın Rusiyadan "aliment tələb etmək" niyyəti yoxdur. xəbər verir ki

12.05.2026 283
.

Fransa böyük faciədən döndü

Fransa polisi Luvrda terror aktı planlaşdırmaqda şübhəli bilinən Tunis vətəndaşını saxlayıb. xəbər verir ki, bu barədə "Le Monde" qəzeti Milli Terrorla Mübarizə Prokurorluğunun açıqlamasına istinadən məlumat yayıb. Qeyd olunub ki, 27 yaşlı sənədsiz immiqrant radikal İŞİD terror qruplaşmasında

12.05.2026 263
.

Azərbaycan Avropa Şurasına üzvlük haqqını ödəyib - AŞ PA İLƏ MÜNASİBƏTLƏR DÜZƏLƏCƏKMİ?

Azərbaycanla AŞ PA arasında gərginliyə, ölkəmizin deputat qrupunun assambleyada mandatının təsdiq olunmamasına baxmayaraq, Rəsmi Bakı Avropa Şurası ilə əməkdaşlığı dayandırmaq niyyətində deyil. Məhz buna görə də Azərbaycan Avropa Şurasına üzvlük haqqını ödəməyə davam edir. Bu barədə -ya diplomatik mənbələrdə

12.05.2026 248
.

Səhiyyə Nazirliyi saxta sağlamlıq arayışı verən "General Hospital"da araşdırmaya başladı

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən "General Hospital"da vətəndaşa saxta sağlamlıq arayışı verilməsi iddiası ilə bağlı araşdırma aparılır. bu barədə "Unikala"a istinadla xəbər verir. "Məsələ Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin nəzarətindədir

14:56 125
.

SEPAH-la əlaqəli 4 nəfər dəniz yolu ilə Küveytə girməyə cəhd edib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli 4 nəfər dəniz yolu ilə Küveytə girməyə cəhd edib. APA xəbər verir ki, bu barədə Küveyt Daxili İşlər Nazirliyi məlumat yayıb. Küveyt ordusunun onlara müqavimət göstərdiyi, nəticədə atışma baş verdiyi, bir hərbçinin isə yaralandığı bildirilib

12.05.2026 235
.

ABŞ nümayəndə heyəti Ermənistandadır

ABŞ nümayəndə heyəti "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin icrası məsələlərini müzakirə etmək üçün Ermənistana səfər edib. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb. Məlumat

12.05.2026 244
.

TOP MP3