Meteohəssas insanlar üçün təhlükə: Hava kəskin dəyişərsə...

Meteohəssas insanlar üçün təhlükə: Hava kəskin dəyişərsə...Sentyabrın 5-də hava Bakıda +40 dərəcə ətrafında idi, sentyabrın 6-da isə temperatur +22 dərəcəyə düşdü, çiskin yağış yağdı. Kəskin dəyişiklik – temperaturun qəfildən aşağı düşməsinin insanların səhhətinə təsirsiz ötüşməməsi ilə bağlı şikayətlər eşidildi.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Bir çoxumuz havanın ən kiçik dəyişikliyində belə özümüzü narahat hiss edirik. Havanın kəskin dəyişməsi - istilik, qəfil soyuq, şiddətli külək və ya leysan yağış isə sağlamlığımız üçün əsl imtahana çevrilir. Nəticədə orqanizmimiz bizim havadan asılı olduğumuzu – meteopatiyanı təsdiqləyir. Amma çoxumuz bəzən hava şəraitindən asılı bir insanın necə yaşaması və bu vəziyyətin simptomlarını yüngülləşdirməyin mümkün olub-olmadığını bilmirik. Məsələn, sentyabrın 5-də hava Bakıda +40 dərəcə ətrafında idi, sentyabrın 6-da isə temperatur +22 dərəcəyə düşdü, çiskin yağış yağdı. Kəskin dəyişiklik – temperaturun qəfildən aşağı düşməsinin insanların səhhətinə təsirsiz ötüşməməsi ilə bağlı şikayətlər eşidildi. Hava dəyişkənliyinin yaratdığı fəsadları və hansı kateqoriya insanlara daha çox təsir etdiyini həkimlərlə söhbətimizdə aydınlaşdırmağa çalışdıq.

Qadınlar, yaşlılar, xroniki xəstəlikləri olanlar

Tibb elmi birmənalı sübut edib ki, havanın ani və kəskin dəyişikliyi ilk növbədə meteohəssas insanlara təsir edir. Kəskin dəyişiklik xüsusən, ürək və damar xəstəlikləri olan, insult, mikro vuruş və ya insultdan əvvəlki vəziyyətdən əziyyət çəkənlərə təsirsiz ötüşmür. Siyahıda qadınlar, yaşlılar, həmçinin xroniki xəstəlikləri olanlar üstünlük təşkil edir.

Nizami rayon Təcili Tibbi Yardım Stansiyasının həkimi Natiq Tarıverdiyevin sözlərinə görə, havaların isti keçməsi, kəskin dəyişməsi və temperaturun aşağı düşməsi ilə bağlı təcili yardıma müraciət edən insanlar az deyil: "Havanın kəskin dəyişikliyi meteohəssas insanlara mütləq təsir edir. Belə xəstələrə qarşı müvafiq tədbir görürük. Onlarda əsasən təzyiq düşür və ya qalxır, ürəyin döyüntüsü artır, halsızlıq olur. Kəskin istilərdə günvurmadan əziyyət çəkənlər müraciət edir. Belə havalar əsasən meteohəssas adamlar üçün təhlükəlidir. Meteopatiyadan əziyyət çəkən insanların isti və dəyişkən havada çölə çıxmamaları məsləhətdir. Təcili tibbi yardım ilk yardımı göstərir, amma onlar səhhətlərinə bələd olub özlərini qorumalıdırlar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 748   Tarix: 10 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda zəlzələ oldu

Cəlilabadda zəlzələ olub. BİG.AZ xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, Cəlilabad stansiyasından 14 km cənub-qərbdə Cəlilabad rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb. 3,1 maqnitudal

26.08.2026 231
.

Wi-Fi insanları telefonsuz belə tanıya bilir

Tədqiqatçılar Wi-Fi siqnalları vasitəsilə insanların smartfon, noutbuk və ya ağıllı saat daşımadığı halda belə tanına bildiyini müəyyənləşdiriblər. xarici mediaya istinadən xəbər verir ki, hazırlanan yeni texnologiya radio siqnallarını təhlil edərək simsiz şəbəkəni bir növ hərəkət və mövcudluq sensorun

26.08.2026 221
.

Ekspert: Gələcəyin rəqabəti AI istifadəçiləri deyil, istehsalçıları arasında olacaq

Bu gün Azərbaycanda süni intellekt sahəsində mühüm addımlar atılır və bu istiqamətdə müsbət irəliləyişləri müşahidə etmək mümkündür. Lakin etiraf etməliyik ki, biz hələ daha çox süni intellektdən istifadə edən ölkələr sırasındayıq, onu inkişaf etdirən və qlobal bazara çıxaran ölkələr sırasında deyilik

26.08.2026 209
.

Leyla və Arzu Əliyevalar analarını belə təbrik etdi - Fotolar

Prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalar birinci xanım Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, onlar anası ilə illər öncə çəkilmiş fotolarını sosial şəbəkədə paylaşıblar

26.08.2026 359
.

Sarkisyan ifadə verəcək

Ermənistanın sabiq prezidenti Serj Sarkisyana Robert Köçəryanla bağlı cinayət işi çərçivəsində istintaqla sövdələşməyə getmək təklif olunub. Ermənistan KİV-nə istinadən xəbər verir ki, hazırda Köçəryanla bağlı iş üzrə təqsirləndirilən şəxs qismində keçən Sarkisyana sabiq prezident Robert Köçəryanın əleyhin

26.08.2026 242
.

Köçəryanın oğlu haqqında iki ay müddətinə həbs qətimkan tədbiri seçilib

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryan haqqında iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. xəbər verir ki, bu barədə vəkil Aleksandr Koçubayev məlumat verib. "Cənab Köçəryanın barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib", - vəkil deyib. Məlumat

26.08.2026 215
.

Çin və ABŞ münasibətləri müzakirə edildi - Vanq Yidən açıqlama

Çinin xarici işlər naziri Vanq Yi Pekində ABŞ-ın Çindəki səfiri Penq Devey ilə görüşüb. xəbər verir ki, bu barədə Sinxua məlumat yayıb. Bəyanatda qeyd olunub ki, Vanq Yi iki dövlət başçısının rəhbərliyi altında Çin və ABŞ-ın konstruktiv, strateji və sabit münasibətlər qurmağa çalışdığını bildirib. O

10:35 101
.

Böyük Qayıdış: doğma torpaqlara dönüş, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi və yeni həyatın qurulması

Tarixi ədalətin bərpasından milli dirçəlişin yeni mərhələsinə. Azərbaycanın müasir tarixində elə hadisələr var ki, onların əhəmiyyətini yalnız bir dövrün və ya bir nəslin taleyi ilə məhdudlaşdırmaq mümkün deyil. Böyük Qayıdış məhz belə tarixi proseslərdən biridir. Bu anlayış bu gün artıq sadəcə keçmi

11:25 45
.

Dubay polisi niyə "Ferrari" və "Lamborghini" sürür? - Məsələ sürətdə deyil

Dubay avtomobillər arasında dəbdəbənin təcəssümü kimi tanınır. Şəhərdə çoxsaylı bahalı avtomobillərə rast gəlmək mümkündür. Hətta Dubay polisinin də parkında lüks avtomobillər yer alır. Qaynarinfo xəbər verir ki, "Jalopnik"in yazdığına görə, Dubay polisinin parkına qiyməti yüz minlərlə, hətt

26.08.2026 313
.