Osteopat-terapevt Elfanə Süleymanova ATU tələbələri üçün görüş keçirdi
Osteopatiyanı ölkəmizdə tanımayan bir qisim olduğu kimi bu sahə ilə yaxından tanış olub onun faydalarından yararlanan hissə də olduqca böyükdür. Azərbaycanda osteopatiyanın inkişaf etməsi və yayılması isə bu sahənin daim öz üzərində çalışan və inkişaf edən mütəxəssisləri sayəsində mümkün olur. Azərbaycan səhiyyəsinin dəyərli həkimlərindən osteopat-terapevt Elfanə Süleymanova həmin mütəxəssislərdəndir ki, osteopatiya üzrə araşdırmalar edərək ölkəmizdə bu sahə üzrə boşluqları aradan qaldırmaq üçün əlindən gələnin artığını edir. O, bu sahədə ixtisaslaşmış, ölkəmizdə aldığı təhsillə yanaşı Rusiyada osteopatiya üzrə təhsil almış, Almaniyada təcrübə proqramında olmuşdur. Təhsil almağı, öyrənməyi dayandırmaq isə onun planları arasında yoxdur, dünyaca məşhur bir çox mütəxəssisdən ən qabaqcıl üsullara yiyələnməyə davam edir. Artıq bir müddətdir ki, fəaliyyət göstərən klinikasında Elfanə həkim və onun peşəkar kollektivi alışılmamış, hətta bir çox mütəxəssisin belə öyrənmək istədiyi üsullarla insanlara xidmət göstərir. Rəşid Behbudov 50 ünvanında fəaliyyət göstərən Elf Health Center’də osteopatiya, reabilitasiya, fizioterapiya, manual terapiya, massaj, akupunktura, hicama, hirudoterapiya üzrə müalicələr edilir, həmçinin burada skolioz akademiyası vardır ki, ən müasir üsullarla skoliozda yüksək nəticələr əldə edilir. Biliklərini paylaşmaqda əsla paxıllıq etməyən Elfanə həkim gələcək nəsildə osteopatiyaya maraq yaratmaq, onları bu sahə ilə daha yaxından tanış etmək üçün sağlamlıq mərkəzində Azərbaycan Tibb Universitetinin tələbələri ilə görüş təşkil edərək onlara bir çox faydalı məlumat ötürmüş, gələcəyin həkimlərinin hər bir sualını geniş və aydın izah etmişdir. Tələbələrin gəlməsini Azərbaycan Tibb Universitetinin tələbəsi olmuş Fizioterapiya və Tibbi Reabilitasiya fakultəsinin tələbələrinin tələbə dekanı olmuş Fidan Həsənli təşkil etmişdir. Mirtalıblı Groupun rəhbəri Ləman Mirtalıblı və osteopat-terapevt Elfanə Süleymanovanın birgə təşkilatçılığı ilə 9 Sentyabrda baş tutan tələbələrlə görüşdə Azərbaycan Tibb Universitetinin Fizioterapiya və Tibbi Reabilitasiya fakultəsinin tələbələri: Ayşə Muradova, Dürdanə Şirinli, Sumayə Sadıqova, Səma İsmayıllı, Nuray İsmayılova, Nailə Əhmədova, Səbinə Verdiyeva, Rəbiyyə İsmayılova, Hüseynova Solmaz, Züleyxa Bədəlova, Rəna Cumayeva, Leyla Allahverdiyeva, Lalə Zeynalova, Babayeva Günel, Nuranə Paşazadə, Güllər Məmmədova, Jalə Məmmədova, Mələk Cavadova, Aysu Orduxanlı, Hacıyeva Lalə, Ləman Əliyeva, Müjgan Rzayeva iştirak etmişdir. Tələbələr klinikadakı xidmət və avadanlıqlarla tanış edilmiş, Elfanə həkim başda olmaqla mütəxəssislər tərəfindən onlara qaranlıq qalan hər bir məqam işıqlandırılmışdır. Tələbələrin bu sahəyə marağının olduqca yüksək olduğunu görən peşəkar osteopat-terapevt Elfanə Süleymanova belə görüşlərin davamlı olmasını söz verərək növbəti görüşlərdə onların icra edilən prossedurları izləməsinə şərait yaradılacağını da bildirmişdir. Gələcəyimiz olan gənclərə bu cür diqqət və qayğı göstərdiyinə görə gözəl həkimimiz Elfanə xanıma və Elf Health Centerin bütün kollektivinə təşəkkürümüzü bildiririk.







BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 981 Tarix: 11 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
08.11.2026 149 "Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib
Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy
08.11.2026 123 Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
08.11.2026 164 NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
Ağ Evin yeni Aparat rəhbəri Stiven Miller ABŞ Prezidenti Donald Trampa İranla hərbi münaqişəyə son qoymağı tövsiyə edib. "Report"un məlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən xəbər verib. Məlumata görə, Miller Ağ Evin Aparat rəhbəri vəzifəsinə namizədliyin
08.11.2026 178 İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər
08.11.2026 179 Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc
08.11.2026 202 Bakıda 33 yaşlı kişi bıçaqlanıb
Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı
08.11.2026 136 ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
08.11.2026 159 İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib
İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə
08.11.2026 141