Məktəblər açılır: TIXACLARla necə mübarizə aparaq? - Ekspertdən AÇIQLAMA

Məktəblər açılır: TIXACLARla necə mübarizə aparaq? - Ekspertdən AÇIQLAMASon günlər Bakının mərkəzi küçə və prospektlərində sıxlıq və tıxac müşahidə olunur. Bunun əsas səbəblərindən biri də yeni tədris ilinin başlaması ilə bağlıdır.

Yollarda olan tıxaclar xüsusilə pik saatlarda nəqliyyat vasitələrinin rahat hərəkətini ləngidir. Bəs Bakının bitməyən tıxac problemi necə həll olunmalıdır? Bunun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Məsələ ilə bağlı BiG.AZ-a danışan yol və nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, ilk növbədə, avtobus zolaqlarının qurulması və tənzimlənməsi həm sıxlığın qarşısını alacaq, həm də ictimai nəqliyyata meyilliyi artıracaq:

"Burada eyni yol sahəsinin optimal istifadəsindən söhbət gedir. Yəni eyni yolda eyni anda neçə avtomobilin yox, neçə sərnişinin daha sürətli daşınması əsasdır.

İlkin mərhələdə ayrılmış avtobus zolaqlarına nəzarət çox zəif oldu, şəbəkə genişlənmədi. Belə ki, avtobus zolaqları olduğu halda avtomobil tıxacda olsa belə, avtobus dayanmamalıdır, hərəkət etməlidir. Yəni eyni anda daha çox sərnişini sürətli şəkildə A nöqtəsindən B nöqtəsinə çatdırmalıdır. Belə avtobus zolaqları olduğu halda, ümumi yolda sıxlıq olsa da, avtobusların fasiləsiz sürətli hərəkətinə şərait yaratmış olacaq. Bu da insanların prioritetinə təsir edəcək, ictimai nəqliyyatla səfər etməyə meyillilik artacaq.

Ceşidli ictimai nəqliyyat növlərinin inkişafı gündəmə gəlməklə yanaşı, artıq onun reallaşdırılması üçün işlər görülməlidir. Yüngül relsli dəmiryolu şəbəkəsi qurulmalıdır, tramvaylar, şəhərətrafı elektrik qatarı şəbəkəsi yaradılmalıdır. Elektrik qatarı şəbəkəsi qurulub şəbəkə genişləndirilməli, mövcud yolda qatar sayı artırılmalı interval azaldılmalıdır, metro şəbəkəsi inkişaf etdirilməlidir və bunlar arasında rahat keçid olmalıdır".

Ekspertin sözlərinə görə, Bakıda parkinq sisteminə də nəzarət gücləndirilməlidir:

"Daha sonra parkinq siyasəti əlverişli qurulmalıdır. Digər bir həll variantı kimi şəhərin girişində "Park and ride" – "park et və səyahəti davam et" sistemi olmalıdır. Burada sürücü öz avtomobili ilə şəhərə girmədən girişdə park edir və səfərinə ictimai nəqliyyatla davam edir. Bununla da biz sağlam ortama sahib ola bilərik. Yəni bunlar kompleks tədbirlərdir. Yolun genişləndirilməsi və digər tədbirlər sıxlığın qarşısını almaq üçün effekt verməyəcək. Yol genişlındikcə avtomobillərin sayı daha da artacaq. Ona görə yalnız yolun optimal istifadəsindən söhbət gedə bilər. Burada əsas amil eyni yol sahəsində eyni anda daha çox ictimai nəqliyyatla sərnişin daşınmasıdır. Sərnişinlərə də bu daha keyfiyyətli təqdim olunduğu halda hamı məncə razı qalacaq. Sadəcə bu bir günlük proses deyil, bunlar mərhələli sürətdə yaxın, orta və uzaq vədəli bir yol xəritəsi ilə icra olunmalıdır.

Ən sürətli təklif edə biləcəyimiz variant odur ki, mövcud yolumuz var və onun bir hisssəsini ictimai nəqliyyata verməliyik, günün istənilən saatında bu avtobus zolağı işləməlidir. Həmçinin, həmin avtobus zolağı da tam standarta uyğun olmalıdır. Bununla da bağlı statistika verilməlidir.

Real nəticələrə əsasən demək olar ki, Rəşid Behbudov küçəsində və Atatürk prospektində bu zolaqlar çox gözəl fəaliyyət göstərir. Həmin küçələr, prospektkər boyu daha sürətli və rahat getmək olur. Belə küçələrin sayı məhdud olmamaldır, bu, bütün şəhəri əhatə etməlidir. Bunlara əsadən də artıq müəyyən etmək olar ki, neçə avtobusun maksimum gücü nə qədərdir, ondan nə qədər istifadə edə bilirik. Bundan sonra alternativlər gündəmə gələ bilər".

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 831   Tarix: 12 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.