Flora Kərimova Afət Fərmanqızını BİABIR ETDİ: "Gülməli və yazıqsan!"
Xalq artisti Flora Kərimova və müğənni Afət Fərmanqızı arasındakı qalmaqal daha da böyüyür.
Lent.az xəbər verir ki, Xalq artisti "Instagram" hesabında Fərmanqızı haqqında paylaşım edib.
Paylaşımda qeyd edib ki, cinayət işi məhkəmədədir və müğənni polisin axtarışındadır:
"İndiyə kimi başa düşmədin ki, niyə iki il sükutdan sonra məhkəməyə verildin? Sən yox, amma sənin vəkilin olmuş Ramil Rustəmov sənə bunun səbəbini izah etməli idi.
Afət, indən belə ən azı iki il sonra səni nə gözlədiyini, nə edəcəyini, kitabın harada bağlanacağını bilirəm. Sən isə iki il önçə dediyin sözləri unudacaq qədər bəsitsən. Gələn il bu vaxt bu gününə şükür edəcəksən.
Səni canlı efirinə qoşub məşuq şəcərəsini sadalayan, tutulduğuna görə daxili işlər nazirini sözün eşidilirmiş kimi sırıyıb təşəkkür edib məhkəmədə üzünə durduğuna "blogger" deyirsən? Sənə çörək verəni öz canlında söyüb günahlandırırdın ki, "bizləri pul verib xaricdə yaşayanlara söydürür". Ardından sənin sözlərinin eynisini iki il sonra təkrar edən, yaşadığım küçədən başqa bir sözü düz olmayan birinə də "adı məlum olan kişi" deyirsən?! Bacardığın qədər paylaş o videoları. Yalanı elə uydurun ki, inandırıcı olsun.
Gülməli və yazıqsan! Bilmədən yazıq o zaman oldun ki, fürsət bilib adımdan özünə ad düşündün. Məni sənə heç yaxşı tanıtmayıblar.
Bir "yalvarışını" cavabsız qoymayacağam. Dedin, "qorxmursa, versin məhkəməyə", cinayət işin icraatdadır, polisin axtarışındasan! Dedin, "başqa rayon məhkəməsinə gələrəm, Binəqədidəki qurmadır", mülkü işin Nərimanov rayon Məhkəməsində ekspertizadadır. Övladıma və mənə atdığın son yalan, böhtanlarına görə ikinci cinayət işin də mübarək olsun! Sürgün həyatının qışı qabaqdadır. Anketində boş yer qalmayan yaşadığın "həyat"ı sənə elə orada başa salacağam.
290-cı mənzilin qapısını bərk bağla, qonaqların tezliklə döyəcək, mənim gəlməyimə ehtiyac qalmayacaq. Təəssüf ki, nə sən daim açıq qalan qapının arasında qalan "quyruqlarını", nə də Nənəcanov buradan Ufaya qədər arxasınca sürünən "buynuzları" görmür! Bu yazını da arvad müsahibəsinə müdaxilə edən "oliqarx ərinə" oxudarsan. Nə demək istədiyimi başa düşərsə, səni özü tez bir zamanda "qazel"lə Bakıya yola salacaq!
Bu arada sənin Azərbaycana gəlməyin bu gedişlə "bəbəş" Nənəcanova "papa" deyəndə olacaq. Binəqədi rayon Polis İdarəsinin əməliyyat-axtarış şöbəsinin rəisi sənin - cinayətkarın yaxalanması üçün axtarışını davam edir. Sənədi də sənin üçün yerləşdirdim ki, arxayın yat!"
Xatırladaq ki, Flora Kərimovanın Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı Binəqədi Rayon Məhkəməsində araşdırma aparılır. Həmin işdə Afət Fərmanqızı məhkəməyə gəlmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandılıb və onun barəsində həbssiz axtarış elan olunub.
Qeyd edək ki, xüsusi ittihamçı Afət Fərmanqızının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edir.


BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFahriye Karan üçün 15 dayə dəyişdi
Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"
16.09.2021 2609 Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO
Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər
18.09.2021 4536 Beyonsun 500 milyonluq özəl günü - Fotolar
Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar
16.09.2021 2230 Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?
Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən
16.09.2021 1870 Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR
Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:
16.09.2021 7310 Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"
Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml
18.09.2021 4164 Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video
Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ
17.09.2021 1059 "Bütün dünya bizim toyumuzdan danışacaq"
Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd
16.09.2021 2225 Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR
Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:
17.09.2021 3949