Eyni gündə dəfn olunan şəhid və atası - VİDEO

Eyni gündə dəfn olunan şəhid və atası - VİDEOErmənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə yüksələn Vadim Qocayevin atası Alik Qocayev ürəktutmadan dünyasını dəyişib.

Şəhid oğlunun nəşini gətirmək üçün Gəncəyə yollanan 48 yaşlı ata oğlunun cənazəsini təhvil almazdan öncə infarkt keçirərək vəfat edib.

Vadimin hərbçi olmasını atası hər kəsdən çox istəyirmiş. Elə buna görə də həmişə oğlunu dəstəkləyərək, əlindən gələni edib. Hələ kiçik yaşlarından balasını heç bir zaman tək qoymayan ata, indiki məqamda da əməlinə sadiq oldu: O, Vadimlə birgə son mənzilə yollandı, qara torpağa tapşırıldı.

25 yaşlı Vadimdən geriyə isə hələ 1 yaşı tamam olmamış qızı və 2 ay sonra doğulacaq oğlu qaldı. Bir də analarının əllərini bərk-bərk tutub, onu təsəlli edəcək sözlər tapmayan qardaşları...

İkinci Qarabağ müharibəsinin də iştirakçısı olan Vadim Qocayev döyüşlərin sonuna yaxın ağır yaralanır. Bütün təkidlərə baxmayaraq, amalından dönmür və Xüsusi Təyinatlılara yaraşan mərdliklə bu ali yola davam edir.

Qəhrəmanımız Vadim Qocayev və belə bir mərd, igid oğul böyüdən atası Alik Qocayev yan-yana, Qobustan rayonunun Sündü kənd qəbiristanlığında torpağa tapşırılıb. Allah rəhmət eləsin.

BAKU.WS


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1776   Tarix: 15 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ən yaşlı və ən gənc tələbə onlar oldu

Ali təhsil müəssisələrinə builki qəbulun nəticələrinə əsasən, tələbə adını qazanan ən gənc abituriyentin 16 yaşı var. Məmmədli Gülşən Rəşad qızı 621,2 balla Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisasına əyani təhsil forması üzrə dövlət sifarişi əsasında qəbul olunub. "Qafqazinfo"nu

26.08.2026 324
.

"Koçaryanla bağlı zəng etməyin" - Simonyan Moskvaya ismarıc göndərdi

"Hələlik Rusiyadan heç kim Robert Koçaryanla bağlı zəng etməyib və ümid edirəm ki, heç kim zəng etməyəcək, çünki bu, mənasızdır". "AzPolitika" xəbər verir ki, bunu Ermənistan parlamentinin sabiq spikeri və hazıkı Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Robert Koçaryanın həbsil

26.08.2026 153
.

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

Bu il Azərbaycanda yeni doğulan 3 körpəyə Laçın adı verilib. BİG.AZ unikal-a istinadən xəbər verir ki, son beş ildə 48 uşağa Laçın adı qoyulub. Belə ki, 2022-ci ildə 5, 2023-cü ildə 9, 2024-cü ildə 10, 2025-ci ildə isə 9 uşağa Laçın adı verilib. Qeyd edək ki, bu gün Laçın Şəhəri Günüdür. Laçın şəhər

26.08.2026 305
.

Köçəryana qarşı açılan işdə Serj Sarkisyan da təqsirləndirilir

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan digər keçmiş dövlət başçısı Robert Köçəryana qarşı açılmış cinayət işi üzrə təqsirləndirilən şəxsdir. xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Prokurorluğun bəyanatında bildirilir ki, Robert Köçəryanı

26.08.2026 182
.

Küləkli hava ilə bağlı - Xəbərdarlıq

Avqustun 27-30-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Naxçıvan, Göygöl, Gəncə, Samux, Ağstafa, Qazax, Daşkəsən

26.08.2026 210
.

Köçəryanın oğlu haqqında iki ay müddətinə həbs qətimkan tədbiri seçilib

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryan haqqında iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. xəbər verir ki, bu barədə vəkil Aleksandr Koçubayev məlumat verib. "Cənab Köçəryanın barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib", - vəkil deyib. Məlumat

26.08.2026 126
.

Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya

Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə evləndiyi barədə yayılmış məlumatlara münasibət bildirib. "Qafqazinfo" xəbər verir ki, deputat "Novoye Vremya" qəzetinə açıqlamasında sözügedən informasiyanı təkzib edib. Sənətçi hazırda Türkiyədə tətildə olduğunu qeyd edib

26.08.2026 491
.

Burun əməliyyatından sonra iflic qalmaq RİSKLƏRİ - ARAŞDIRMA

Azərbaycanda ən çox müraciət edilən estetik əməliyyatlardan biri rinoplastikadır. Sosial şəbəkələrdə əməliyyatdan əvvəl və sonrakı görüntülər geniş yayılsa da, pasiyentləri daha ciddi bir sual da düşündürür: burun əməliyyatından sonra insan iflic qala bilərmi?. -ın əməkdaşının bu mövzu ilə bağlı araşdırmasın

26.08.2026 180
.

Pezeşkian və Putin gələn həftə görüşməyi planlaşdırırlar

İran Prezidenti Məsud Pezeşkian və Rusiya Prezidenti Vladimir Putin gələn həftə görüşməyi planlaşdırırlar. "Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib. Onun sözlərinə görə, iki prezidentin görüşü avqustun 31-i Qırğızıstanı

26.08.2026 129
.