Avropa azərbaycanlıları Ermənistanın hərbi təxribatına etiraz ediblər

Avropa azərbaycanlıları Ermənistanın hərbi təxribatına etiraz ediblərErmənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədində törətdiyi təxribat Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının etirazına səbəb olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən BiG.AZ-a verilən məlumata görə, İtaliyada yaşayan və fəaliyyət göstərən Azərbaycan icması Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində gecədən başlayaraq törətdiyi genişmiqyaslı təxribatla əlaqədar yerli və beynəlxalq ictimaiyyətə müraciət edib.

Azərbaycan-İtaliya Birliyinin sədri Fərid Abbasovun imzası ilə yayılan bəyanatda Ermənistanın hərbi təxribatı barədə ətraflı məlumat verilib, bu təcavüzün səbəblərinə diqqət cəlb edilib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü nəzərə çatdırılıb. Ermənistanın təcavüzkar siyasətinin beynəlxalq hüquq normalarına, bölgədə aparılan normallaşma və sülh prosesinə tamamilə zidd olduğu bildirilib. Azərbaycanın işğaldan azad edilmiş bu ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri apardığı bir zamanda məhz Ermənistanın hərbi təxribata yol verməsi bu prosesə hər vəchlə mane olmasının növbəti bariz nümunəsi kimi qiymətləndirilib:

"Biz, İtaliyada yaşayan Azərbaycan icması, dünya birliyindən bu kimi halların bir daha baş verməməsi üçün beynəlxalq hüquq müstəvisində əməli addımların atılmasını, eyni zamanda Ermənistanın revanşizm ideyalarına son qoyulması və sülhə dəvət edilməsi istiqamətində səylərin artırılmasını tələb edirik".

Niderlandda fəaliyyət göstərən Azərbaycan-Niderland "Odlar Yurdu" Cəmiyyəti də Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində gecədən başlayaraq törətdiyi genişmiqyaslı təxribata kəskin etirazını bildirib. Cəmiyyətin sədri Firəngiz Bağırovanın imzası ilə yerli və beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatda Ermənistanın beynəlxalq hüquq normalarına, Cənubi Qafqaz bölgəsində normallaşma və sülh prosesinə zidd olan hərbi cinayəti barədə ətraflı məlumat verilib.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədində törətdiyi təxribata Macarıstanda yaşayan soydaşlarımız da etiraz edib. Belə ki, Macarıstanın Azərbaycan icması Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində gecədən başlayaraq törətdiyi genişmiqyaslı təxribatla əlaqədar yerli və beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb. Budapeşt şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin yaydığı bəyanatda Ermənistanın növbəti dəfə törətdiyi təcavüz barədə ətraflı məlumat verilib. Beynəlxalq hüquq normalarına, Cənubi Qafqaz bölgəsində normallaşma və sülh prosesinə zidd olan hərbi təxribatın səbəblərinə diqqət cəlb edilib.

Təcavüzkar Ermənistanın hərbi təxribatına Almaniyanın Hannover şəhərində yaşayan Azərbaycan icması sərt etiraz edib. Alman-Azərbaycan Dostluq Assosiasiyasının yerli və beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatında ünvanlanan məktubda hərbi təxribat nəticəsində baş verən itkilər barədə ətraflı məlumat verilib. Ermənistanın beynəlxalq hüquq normaları ilə bir araya sığmayan bu təcavüzkar hərəkətinin səbəblərinə diqqət cəlb edilib.

Fransanın Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyası Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində gecədən başlayaraq törətdiyi genişmiqyaslı təxribata sərt etirazını bildirib. Assosiasiyanın yerli və beynəlxalq ictimaiyyətə ünvanladığı bəyanatda Ermənistanın Cənubi Qafqaz bölgəsində normallaşma və sülh prosesi ilə bir araya sığmayan növbəti təcavüzü barədə ətraflı məlumat verilib, bu hərbi cinayətin səbəblərinə diqqət cəlb edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 624   Tarix: 15 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Keçmiş baş redaktor özünü öldürdü

"Exo Planet" ictimai-siyasi jurnalının keçmiş baş redaktoru Valentin Vasilets Moskvanın cənub-qərbində ölü tapılıb. İlkin məlumatlara görə, o, intihar edib. Rusiya KİV-nə istinadla bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarına istinadən məlumat yayılıb. Bildirildiyinə görə, aprelin sonlarınd

12.05.2026 268
.

IV. Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsi Tarixi Uğurla Başa Çatdı

Türk dünyasının mühəndislik, texnologiya və sənaye potensialını vahid məqsəd ətrafında birləşdirən IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsi Bakıda möhtəşəm bağlanış mərasimi ilə yekunlaşıb. xəbər verir ki, tədbir Türk Mühendisler Derneğinin təşkilatçılığı və Business Network World CEO-su Hakta

11:59 103
.

"Avroviziya 2026"da finala çıxan ölkələr - Siyahı

Avstriyanın paytaxtı Vyana şəhərində "Avroviziya 2026" beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib. Axşam.az xəbər verir ki, yarışmada Xorvatiya, Finlandiya, Gürcüstan, Yunanıstan, Portuqaliya, Moldova, İsveç, Belçika, Estoniya, İsrail, Litva, Monteneqro, Polşa, San-Marino

10:23 196
.

Sumqayıt, Abşeron və Binəqədidə yaşayanların nəzərinə! - 2 gün su olmayacaq

Sumqayıt şəhərinin, Abşeron və Binəqədi rayonlarının bəzi ərazilərinin su təminatında mayın 14-ü səhər saatlarından mayın 16-sı günorta saatlarına kimi müvəqqəti fasilə yaranacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirili

12:08 93
.

"Yeşilçam"ın "Sezercik"i indi necə görünür? - Son halı insanları təəccübləndirdi

"Yeşilçam" kinematoqrafiyasının yaddaşlara qazınan uşaq qəhrəmanı, "Sezercik" obrazı ilə milyonların sevgisini qazanan Sezer İnanoğlu uzun müddət sonra görülüb. Türkiyə mediasına istinadla xəbər verir ki, türk kinosunda bir dövrə damğa vuran keçmiş ulduzun son görüntüləri sosial mediad

12.05.2026 510
.

Simonyan Putinə: Aliment tələb etmirik, uşaqları bölməyəcəyik

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya-Ermənistan münasibətləri ilə bağlı səslənən fikirlərə ironik cavab verib. O bildirib ki, İrəvanın Moskva ilə münasibətləri "boşanma" səviyyəsində deyil və Ermənistanın Rusiyadan "aliment tələb etmək" niyyəti yoxdur. xəbər verir ki

12.05.2026 277
.

ABŞ nümayəndə heyəti Ermənistandadır

ABŞ nümayəndə heyəti "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin icrası məsələlərini müzakirə etmək üçün Ermənistana səfər edib. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb. Məlumat

12.05.2026 239
.

Fransa böyük faciədən döndü

Fransa polisi Luvrda terror aktı planlaşdırmaqda şübhəli bilinən Tunis vətəndaşını saxlayıb. xəbər verir ki, bu barədə "Le Monde" qəzeti Milli Terrorla Mübarizə Prokurorluğunun açıqlamasına istinadən məlumat yayıb. Qeyd olunub ki, 27 yaşlı sənədsiz immiqrant radikal İŞİD terror qruplaşmasında

12.05.2026 259
.

Rəsmilər bildirir ki, atəşkəs müddəti bitdikdən sonra Dnepropetrovsk vilayətində Rusiyanın hücumları nəticəsində altı nəfər ölüb

ABŞ-ın vasitəçiliyi ilə atəşkəs rejiminin müddəti bitdikdən sonra Rusiya qüvvələri çərşənbə axşamı Ukraynanın Dnepropetrovsk bölgəsinə hücumlar təşkil edib və nəticədə ən azı altı nəfər ölüb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Ukrayna rəsmiləri bildirib ki, Rusiya bir gecədə 200-dən çox pilotsu

10:40 119
.

TOP MP3