"Azərlotereya" ASC-nin "Əmanətə sədaqət" layihəsi uğurla davam edir - FOTO

"Azərlotereya" ASC-nin "Əmanətə sədaqət" layihəsi uğurla davam edir - FOTO"Azərlotereya" ASC "Əmanətə sədaqət" devizinə əsaslanaraq vətən uğrunda canlarından keçmiş şəhidlərimizin bizə yadigar qalan ailə üzvləri üçün təhsil təqaüdü proqramını davam etdirir. Şirkət təqaüd ayırdığı Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirib.

Tədbir canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin, o cümlədən 13-14 sentyabr tarixlərində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan hərbçilərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə "Azərlotereya"nın İdarə Heyətinin sədri Zafer Reisoğlu, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı, Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə və təqaüdlə təmin olunan tələbələr iştirak ediblər.

"Azərlotereya"nın İdarə Heyətinin sədri Zafer Reisoğlu çıxışında şəhidlərimizin ailələrini diqqət mərkəzində saxlamağın hər birimizin borcu olduğunu vurğulayıb: "Azərlotereya" ASC olaraq ölkəmizin inkişafında əhəmiyyətli sahələrdən olan təhsil sahəsində vacib layihələrin keçirilməsinə, eləcə də Vətənimizin azadlığı uğrunda canlarını fəda vermiş şəhidlərimizin ailələrinə dəstək olmağa çalışırıq. Məqsədimiz şəhid ailələrinin sosial müdafiəsi, onların rifah halının yaxşılaşdırılması istiqamətində dövlətin prioritet siyasətinə dəstək göstərmək, həmin ailələrin qayğı ilə əhatələnməsinə nail olmaqdır".

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı da şəhidlərin əmanətinə sahib çıxmağın önəmli olduğunu vurğulayıb: "Bu istiqamətdə dövlət tərəfindən çox mühüm işlər görülür. Eyni zamanda şəhid ailələrinə korporativ sosial məsuliyyət layihəsi çərçivəsində şirkətlərin, dərnəklərin sahib çıxması böyük əhəmiyyət daşıyır. Bu baxımdan "Azərlotereya" ASC-nin, "Demirören Holding" şirkətinin, Elm və Təhsil Nazirliyi, eləcə də "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə birgə reallaşdırdığı "Əmanətə sədaqət" layihəsi örnək göstərilə biləcək layihədir".

Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxışlarında "Azərlotereya"ya şəhid ailələrinə ayrılan diqqətə görə təşəkkür edib, təqaüd proqramının şəhid övladlarının parlaq gələcəyinə töhfə verəcəyinə inandıqlarını bildiriblər.

Daha sonra çıxış edən şəhid polkovnik leytenant, Vətən müharibəsi Qəhrəmanı Əfqan Əbdürrəhmanovun qızı, Azərbaycan Dillər Universitetinin tələbəsi Hilalə Əfqan təqaüd alan tələbələr adından "Azərlotereya" ASC, Elm və Təhsil Nazirliyi, həmçinin "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinə təşəkkür edib.

Qeyd edək ki, "Azərlotereya" ASC-nin Elm və Təhsil Nazirliyi, eləcə də "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlığı nəticəsində həyata keçirilən sosial layihə hazırda 62 nəfəri əhatə edir ki, onlardan 55-i Azərbaycanda, 7-si Türkiyədə təhsil alır. Layihə çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrinin tələbəsi olan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərcləri qarşılanır. "Azərlotereya" ASC-nin təqaüd proqramı növbəti illərdə də Azərbaycan və Türkiyənin dövlət universitetlərində ali təhsil almaq istəyən şəhid övladlarına şamil olunacaq.

"Azərlotereya" ASC-nin "Əmanətə sədaqət" layihəsi uğurla davam edir - FOTO"Azərlotereya" ASC-nin "Əmanətə sədaqət" layihəsi uğurla davam edir - FOTO"Azərlotereya" ASC-nin "Əmanətə sədaqət" layihəsi uğurla davam edir - FOTO"Azərlotereya" ASC-nin "Əmanətə sədaqət" layihəsi uğurla davam edir - FOTO"Azərlotereya" ASC-nin "Əmanətə sədaqət" layihəsi uğurla davam edir - FOTO"Azərlotereya" ASC-nin "Əmanətə sədaqət" layihəsi uğurla davam edir - FOTO"Azərlotereya" ASC-nin "Əmanətə sədaqət" layihəsi uğurla davam edir - FOTO"Azərlotereya" ASC-nin "Əmanətə sədaqət" layihəsi uğurla davam edir - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 717   Tarix: 16 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib

ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu

08.11.2026 167
.

İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib

İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə

08.11.2026 141
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

00:08 123
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

08.11.2026 164
.

Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub

Seneqal sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ən azı 21 nəfər həlak olub. "Report" "Euronews"a istinadən xəbər verir ki, bu barədə Seneqalın Daxili İşlər Nazirliyi (DİN) bildirib. Axtarış-xilasetmə əməliyyatı davam edir, hələlik sağ qalan yalnız bir nəfər tapılıb

08.11.2026 148
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

08.11.2026 173
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

08.11.2026 174
.

Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" - Foto

"Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevlə birlikdə tarix, təbiət və mədəniyyət şəhəri olan gözəl Şuşada qeyd etməkdən məmnunluq duydum". xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımında bildirib

08.11.2026 181
.

Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 8 noyabr tarixində Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib. paylaşımı təqdim edir:

08.11.2026 192
.