Diləndiyi deyilən qazi ilə bağlı RƏSMİ AÇIQLAMA

Diləndiyi deyilən qazi ilə bağlı RƏSMİ AÇIQLAMASosial şəbəkələrdə Ağdaş rayonundan olan Vətən müharibəsi qazisi Samit Samir oğlu Quliyevin Bakıda dilənməsi ilə bağlı məlumat yayılıb.

"Qafqazinfo"nun məlumatına görə, bu barədə feysbukda fotoşəkillər paylaşılıb. İddia olunur ki, S. Quliyev qazi statusu alsa da, əlillik dərəcəsi ala bilməyib. Maddi ehtiyac səbəbindən Yasamal rayonunda Ə. Əhmədov küçəsində müharibədə aldığı medalları qarşısına qoyaraq bacısı ilə birlikdə dilənir. Qeyd olunur ki, o, müharibədə yaralandığından ayaqlarında ciddi problemlər yaranıb və əlil arabasında hərəkət edir.

Problemlə bağlı Ağdaş Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsindən sorğumuza cavab kimi bildirildi ki, İcra Hakimiyyətində bütün qazilərin müraciətlərinə həssaslıqla yanaşılır. Bu qazinin də valideynləri Ağdaş RİH-ə müraciət edib və onlara dəstək olunub. İcra Hakimiyyətindən həmçinin qeyd olunub ki, S. Quliyevin müharibədə yaralanması ilə bağlı onlarda heç bir məlumat yoxdur: "Samit Quliyev müharibə dövründə həqiqi hərbi xidmətdə olub. Füzuli, Cəbrayıl, Şuşa uğrunda döyüşlərdə iştirak edib, "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub. Düzdür, veteranlıqla bağlı 80 manat hələ ona verilməyib, lakin hazırda o barədə araşdırma gedir. Bu, bizdən asılı olan məsələ deyil, bu təqaüd Müdafiə Nazirliyi və ƏƏSMN tərəfindən təyin olunur. Qazinin yaralı olmasına gəlincə isə, biz onun komissarlıqda olan sənədlərini araşdırmışıq, orada onun yaralı olması ilə bağlı hər hansı məlumat yoxdur. Müharibədə yaralananlar cəbhədən qayıdanda ona sənəd verilir ki, komissarlığa təqdim etsin. Komissarlıqda da qeydiyyata götürülür və göndəriş verilir ki, gedib hərbi hospitalda qeydiyyatdan keçsin. O istiqamətdə hərəkət olunmayıb. Onun əlində bəlkə də, sənəd var, amma qeydiyyata düşməydiyinə görə, bizdə onun yaralı olması haqqında heç bir məlumat yoxdur".

Məsələ ilə bağlı ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. Agentliyin mətbuat katibi Tural Qurbanov müraciətimizə cavab olaraq bildirdi ki, S.Quliyev əlillik üçün indiyədək heç bir müraciət etməyib: "Hərbi həkim komissiyasında da Samitin müharibədə yaralanması ilə əlaqədar heç bir şəhadətnamə mövcud deyil. Özünün bildirdiyinə görə, o, tam sərbəst hərəkət edir. Bununla belə, nazirliyin nümayəndələri onunla əlaqə saxlayıb və o bu gün sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün əyani müayinəyə dəvət edilib. Səhiyyə Nazirliyinin həkim komissiyası ilə birgə müayinə aparılacaq. Məlumat üçün deyək ki, müharibədə aldığı yüngül xəsarətə görə "Azərsığorta" tərəfindən 550 manat sığorta ödənişi alıb".

Diləndiyi deyilən qazi ilə bağlı RƏSMİ AÇIQLAMADiləndiyi deyilən qazi ilə bağlı RƏSMİ AÇIQLAMADiləndiyi deyilən qazi ilə bağlı RƏSMİ AÇIQLAMA


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1868   Tarix: 16 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib

ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu

08.11.2026 167
.

İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib

İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə

08.11.2026 141
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

00:08 123
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

08.11.2026 164
.

Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub

Seneqal sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ən azı 21 nəfər həlak olub. "Report" "Euronews"a istinadən xəbər verir ki, bu barədə Seneqalın Daxili İşlər Nazirliyi (DİN) bildirib. Axtarış-xilasetmə əməliyyatı davam edir, hələlik sağ qalan yalnız bir nəfər tapılıb

08.11.2026 148
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

08.11.2026 173
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

08.11.2026 174
.

Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" - Foto

"Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevlə birlikdə tarix, təbiət və mədəniyyət şəhəri olan gözəl Şuşada qeyd etməkdən məmnunluq duydum". xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımında bildirib

08.11.2026 181
.

Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 8 noyabr tarixində Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib. paylaşımı təqdim edir:

08.11.2026 192
.