Şəhid qardaşının üzr videosuna gərək vardımı?!

Şəhid qardaşının üzr videosuna gərək vardımı?!Son günlər ölkə gündəmini sərhəddə baş verən erməni təxribatı, bu təxribatın qarşısını alarkən qəhrəman hərbçilərimizin şəhidlik zirvəsinə ucalması ilə bağlı xəbərlər təşkil edir.

Hər zaman olduğu kimi, Azərbaycan xalqı bu cür həssas məqamlarda birlik-bərabərlik nümayiş etdirir. Şəhid dəfnlərində minlərlə insan Vətənin qəhrəman oğullarını son mənzilə yola salır, onların qarşısındakı vəzifələrini bir zərrə də olsa yerinə yetirməyə çalışır.

Bəli, şəhidi layiqincə son məzara yola salmaq onun qarşısındakı borcumuzun kiçik bir zərrəsini təşkil edir. Daha önəmlisi - bundan sonra əbədiyyətə qədər şəhidlərimizin xatirəsini yaşatmaq, onları ehtiramla yad etmək, ruhlarının şad olması üçün əlimizdən gələni etməkdir.

Təəssüf ki, şəhid xəbərləri aldığımız bu günlərdə ölkə gündəminə Azərbaycan xalqının dəyərlərinə, ənənələrinə və yüksək keyfiyyətlərinə yaraşmayan informasiyalar da gəlir.

Yəqin ki, artıq hər birimiz Ermənistanın təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun çıxışı və sonrasında baş verənlərdən xəbərdarıq. Söhbət şəhid qardaşının doğmasını torpağa tapşırdıqdan cəmi bir gün sonra üzr videosu çəkməsi kimi ən yüngül halda "xoşagəlməz vəziyyət" adlandıra biləcəyimiz hadisədən gedir...

Ancaq sosial şəbəkə istifadəçilərinin, Azərbaycan ictimaiyyətinin məsələyə verdiyi reaksiyaya nəzər saldıqda baş verənlərə daha düzgün və bir qədər də qətiyyətli mövqe ortaya qoymağın zərurəti hiss olunur.

Cavabsız suallar çoxdur və hər birimizə maraqlıdır ki, şəhidin qardaşının üzr videosu çəkməsi nəyə və niyə lazımdır?

Üstəlik, bu məsələdə, məşhur ifadədə deyildiyi kimi, "kimdir müqəssir?" sualının cavabı qətiyyən önəm daşımır. Şəhidin qardaşının haqlı və ya haqsız olması, məsələnin təfərrüatı deyil Azərbaycan cəmiyyətində kəskin qəzəb doğuran. Hər birimizi maraqlandıran sual nəyə görə şəhid qardaşının üzr videosu yaymasıdır. Yəni doğrudanmı qəhrəman Azərbaycan hərbçisinin şəhadətə yüksəlməsindən bir neçə gün sonra onun qardaşının üzr videosunun çəkilməsi böyük bir zərurətə çevrilmişdi? Fərqi yoxdur, Sənan Əhmədov yalan da danışa bilər, Sənan Əhmədov haqlı da ola bilər, hətta Sənan Əhmədov keçirdiyi ağır stresin təsiri ilə öz fikirlərini ifadə etməkdə çətinlik də çəkə bilər. Qeyd etdiyimiz kimi, bu məsələdə müqəssir axtarmaq lazım deyil və heç bizim vəzifəmiz də deyil. Ancaq bu cür həssas məqamda şəhid qardaşını kamera arxasına keçib, üzr videosu çəkməyə vadar etmək – bax bu, sərt tənqidə tuş gəlməli, Azərbaycan ictimaiyyətinin haqlı qəzəbi, narahatlığı mütləq şəkildə ifadə olunmalıdır.

Ümumiyyətlə, şəhid bütün bir xalqın, onun hər bir fərdinin şəhididir. Yəni hər bir şəhidimizlə bağlı istənilən məsələ məhz xalqın diqqət mərkəzindədir. Bizim üçün şəhidlərimiz nə qədər əzizdirsə, onlarla bağlı məsələlər də bir o qədər həssaslıq tələb edir. Şəhidlər bizim hər birimizin ailəsinin bir üzvü, əbədi baş tacımızdır. Elə isə demək, şəhid bizim hər birimiz üçün ailədaxili məsələdir. Elə hər birimizin gözlədiyi də məhz bu cür həssas məsələnin ailə daxilində həlli, şəhidin ruhuna hörmətsizlik olmadan ən düzgün şəkildə aydınlığa qovuşması idi.

Demək ki, bu məqamda Sənan Əhmədovun üzr videosunun yayılması, şəhid qardaşının buna "zərurət" hiss etməsi heç birimiz üçün məqbul sayıla bilməz, hətta qəbulolunmazdır.

Yeri gəlmişkən, bu xoşagəlməz praktika Daxili İşlər Nazirliyi tərəfindən zaman-zaman istifadə olunur. Ancaq görünən odur ki, sözügedən praktika Azərbaycan cəmiyyətində qıcıq yaratmaqdan başqa bir şeyə xidmət etmir. Hətta hansısa məqamda dövlətin qanunlarını pozanların belə, xalqın qarşısında üzr istəməsi humanist Azərbaycan insanında qıcıq, narahatlıq doğururdusa, indi şəhid qardaşı ilə bağlı hadisənin oyatdığı reaksiyanın miqyasını təsəvvürə gətirin! Ona görə də vaxt itirmədən bu cür praktikaya son qoyulmalıdır! Son qoyulmalıdır ki, bir daha heç zaman, heç bir halda, heç kim şəhid qardaşını dəfn etdiyi günün səhəri kamera qarşısına çıxıb "üzr istəmək" məcburiyyətində qalmasın.../Oxu.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1874   Tarix: 16 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib

ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu

08.11.2026 167
.

İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib

İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə

08.11.2026 141
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

00:08 123
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

08.11.2026 164
.

Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub

Seneqal sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ən azı 21 nəfər həlak olub. "Report" "Euronews"a istinadən xəbər verir ki, bu barədə Seneqalın Daxili İşlər Nazirliyi (DİN) bildirib. Axtarış-xilasetmə əməliyyatı davam edir, hələlik sağ qalan yalnız bir nəfər tapılıb

08.11.2026 148
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

08.11.2026 173
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

08.11.2026 174
.

Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" - Foto

"Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevlə birlikdə tarix, təbiət və mədəniyyət şəhəri olan gözəl Şuşada qeyd etməkdən məmnunluq duydum". xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımında bildirib

08.11.2026 181
.

Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 8 noyabr tarixində Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib. paylaşımı təqdim edir:

08.11.2026 192
.