Uşaq evində böyüyən şəhidin qardaşı Tolikin verilişində bunları dedi - VİDEO

Uşaq evində böyüyən şəhidin qardaşı Tolikin verilişində bunları dedi - VİDEOAparıcı-prodüser Tarix Əliyev (Tolik) Ermənistanın təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovu özünün yeni "Ümid ilə gəl" verilişinə dəvət edib.

BİG.AZ xəbər verir ki, bu barədə o, şəxsi "İnstagram" səhifəsində bildirib.

Sənandan və SOS uşaq evində çalışanlardan müsahibə alındığı kadrları dərc edən Tarix Əliyev postunu bu sözlərlə şərh edib:

"Sənan, səni çəkib "Ümid ilə gəl" proqramımda göstərməyi özümə borc bildim. Amma bu gün vicdanım bütün gün sızlayıb. Səndən üzr istəyirəm.

Bəlkə də, şəhidimizin ruhunu incitmiş olduq. Çünki onun səndən, sənin isə ondan başqa sirdaşı yox idi. Üzr istəyirəm…

#üzüristəyirəm"

Sənan qardaşı haqqında bunları deyib:

"Qardaşım Əhmədov Səbuhi 5 ilə yaxın gizir rütbəsində xidmət edib. İki döyüşdə olub, 4 medalı var. Son döyüşdə mənə dedi ki, "narahat olma, hər şey yaxşı olacaq". Sonra 2 dəfə zəng edib, fikir verməmişəm. Yazdı ki, "təcilidir, aç, gedirik". Aça bilmədim. Zəng etdim, zəng çatmadı. Səhəri gün zəng etdim, yoldaşları götürdü. Dedilər, "qisasını almışıq, qardaşın şəhid olub".

O bilirdi ki, bizim bir-birimizdən başqa heç kimimiz yoxdur. İndi də mənim heç kimim yoxdur... Sağ olsunlar gəldilər. Bəzilərini tanıyıram, bəzilərini tanımıram. Hamısı gəldi, yanımda oldu..."

Həmin videoya baxmaq üçün linkə keçid edin.

Qeyd edək ki, Sənan Əhmədovun şəhid qardaşı Səbuhi Əhmədovun hərbi xidmət yerinə dəyişmək üçün bankdan kredit götürərək rüşvət verməsi barədə fikirlərinin əks olunduğu video, həmçinin sonradan həmin cinayət xarakterli məlumatların təkzib edilməsi ilə bağlı səsləndirdiyi fikirlərin qeydə alındığı digər kadrlar cəmiətdə böyük səs-küy doğurub. Məşhurlar daxil, bir çoxları sosial şəbəkədə #üzristeyirik həştaqlı videolar yayımlayıb, statuslar paylaşıblar.

Natəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2507   Tarix: 17 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.