Nostradamus: III Çarlz qısa müddətdə taxtdan imtina edəcək

Nostradamus: III Çarlz qısa müddətdə taxtdan imtina edəcəkBritaniya mediasında bu günlərdə Nostradamusun Britaniya kralının taleyi ilə bağlı proqnozu müzakirə edilir. Belə ki, dünyanın ən məşhur falçısı sayılan Nostradamusun öncəgörmələrinə görə Kral Çarlz taxtdan gedəcək və sonra ölkədə "sirli kral" hökm sürəcək.

Nostradamusun proqnozları ilə bağlı ekspert olan astroloq Mario Redinq hələ 2005-ci ildə çap etdiridiyi kitabda kimyagərin 1555-ci ildə yazdıqlarına əsalanaraq kraliçanın 96 yaşında vəfat edəcəyini bildirmişdi. Orada deyilmişdi ki, növbəti monarx adalar kralı olacaq. Bu o deməkdir ki, kral Birləşmiş Krallığı deyil, ancaq İngiltərəni idarə edəcək. Bu deyilənlər hazırda bir çox ölkələrin Britaniyadan azad olması ilə bağlı referendum keçirmək planları ilə düz gəlir.

Nostradamus həmçinin bildirib ki, Kral Çarlzın səltənəti qısa müddətli olacaq və taxt-taca heç vaxt padşah olacağı gözlənilməyən bir adam çıxacaq.

Redinq bu sözləri yenidən şərh edərək kral ailəsinin gələcəyi ilə bağlı fərziyyələrini ifadə edib. O, kitabında III Çarlzdan sonra şahzadə Harrinin Böyük Britaniyanın kralı ola biləcəyini qeyd edib:

"III Çarlz taxta oturanda onun 74 yaşı olacaq, lakin Dianadan boşandıqdan sonra Britaniya əhalisinin müəyyən hissəsinin ona qarşı hiss etdiyi inciklik hələ də qalacaq", - deyə o, bildirib.

Astroloq yaşlı kralın təzyiqlərə görə Şahzadə Uilyamın xeyrinə taxtdan əl çəkməyə məcbur ediləcəyini deyib. Bundan sonra Redinq yenidən Nostradamusun "onu heç vaxt şah olacağı gözlənilməyən bir adamla əvəz edəcək" sətrinə qayıdır.

"Bu, atasının yerinə keçməli olan Şahzadə Uilyamın kral ola bilməyəcəyi və Harrinin onun yerinə monarx olacağı anlamınamı gəlir? Bu, onu cəmi 38 yaşında Kral IX Henrixi edəcək" – deyə Ridinq düşüncələrini bölüşüb.

Yeri gəlmişkən qeyd edək ki, Britaniyta taxtına daha bir namizəd var. Bu özünü Kral III Çarlzın və arvadı Kamillanın gizli oğlu adlandıran avstraliyalı Saymon Çarlz Dorani-Deydir. O, əlində dediklərini sübut edəcək dəlillər olduğunu bildirir və monarxdan DNT testi tələb edir.

Xatırladaq ki, Böyük Britaniya kraliçası II Elizabet sentyabrın 8-də vəfat edib. Onun dəfn mərasimi sentyabrın 19-da Vindzor qəsrində keçiriləcək. Kraliçanın ölüm səbəbi açıqlanmayıb. Təkcə o məlumdur ki, ölüm anında onun bütün yaxın qohumları yanında olsa da, Şahzadə Harri onunla vidalaşmağa imkan tapmayıb. Belə ki, statusundan imtina edən şahzadəyə qardaşı Uilyamı və əmilərini Şotlandiyaya aparan təyyarəyə minməsinə icazə verilməyib, nəticədə o, saat yarım gecikib.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1097   Tarix: 17 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.