Deputat: "Düşmən darmadağın, müxalifət qələbələrimizdən narahat..."

Deputat: "Düşmən darmadağın, müxalifət qələbələrimizdən narahat..."Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha qarşı tərəfin əsl simasını göstərdi.

Oxu.Az xəbər verir ki, bu fikirləri millət vəkili Emin Hacıyev deyib.

Üçtərəfli bəyanatın müddəalarına, eləcə də bir neçə gün əvvəl Brüssel görüşündə sülh sazişi ilə bağlı əldə edilən razılaşmaya əməl etməkdən boyun qaçıran Ermənistan bu yolla məsuliyyətdən yayınmağa çalışır. Amma Azərbaycana qarşı revanşist siyasət yürütməkdə davam edən qarşı tərəfin bu həmləsi də uğursuzluğa düçar oldu. Müzəffər Azərbaycan Ordusu Ermənistanın hərbi qüvvələrini darmadağın etdi. Böyük itki verən düşmən geri çəkilməyə məcbur edildi. Hərbi-strateji üstünlüklər əldə edən Ordumuzun da itkiləri oldu. Bu döyüşlərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla vuruşaraq şəhid olan övladlarımızın bu şücaəti heç vaxt unudulmayacaq!

Cənab Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti zamanı bəyan etdiyi kimi, "Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür". Ona görə də, Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır. Regionda sülh və təhlükəsizliyə təhdid olan Ermənistan ciddi beynəlxalq təzyiqlərə məruz qalmalıdır.

Təssüf ki, Vətənimiz üçün belə bir həssas vaxtda radikal müxalif qüvvələr antiazərbaycan mövqeyindən çıxış edərək, düşmənin "dəyirmanına su tökürlər". Əli Kərimli, Arif Hacılı, Altay Göyüşov, Qubad İbadoğlu, Sevinc Osmanqızı, Gültəkin Hacıbəyli kimiləri erməni xisləti nümayiş etdirir, Şəhidlərimizin qəhrəmanlığına, dövlətimizin gücünə kölgə salmağa, ictimaiyyətdə çaşqınlıq yaratmağa cəhd edirlər. Maraqlıdır ki, bu ünsürlər təxribat törədən Ermənistanı yox, Azərbaycan dövlətini ittiham edirlər. Azərbaycanın siyasi palitrasından silindiklərini həzm edə bilməyən, xalq içərisində heç bir dayağı olmayan bu anti - milli qüvvələr sosial şəbəkə hesablarından kin-küdurət, qəzəb püskürməklə məşğuldurlar. İllərdir anti-azərbaycançı mərkəzlərin əlində oyuncağa çevrilən, şəxsi maraqlarına görə dövlət və xalq mənafeyinə qarşı çıxmağı özlərinə peşə seçən bu radikallar dövlətə qarşı çirkin kampaniya aparmaqdan belə çəkinmirlər. Onların bu əməlinin isə bir adı var - Vətənə xəyanət! Qərəzli ritorika seçən bu "klaviatura qəhrəmanları"na haqlı olaraq belə bir sual ünvanlanır: Düşmən ölkəmizə hücüm edir, sərhədlərimizi pozursa bunu susqunluqla qarşılamalıyıqmı?

Azərbaycan indi ötən əsrin 90-cı illərindəki ölkə deyil. Azərbaycan hazırda güclü-qüdrətli dövlətdir, qarşı tərəfin hər bir hərbi həmləsinə layiqli cavab verməyə qadirdir! O zaman məhz radikal müxalif düşərgənin tör-töküntülərinin hakimiyyətdə olarkən yol verdiyi siyasi hərc-mərclik, xaos, vətəndaş qarşıdurması nəticəsində ölkənin zəifləməsindən istifadə edən düşmən torpaqlarımızın 20 faizini işğal etmişdi. Həmin dövrdə ölkənin siyasi müstəqilliyi sual altına düşmüşdü. Ümummilli Lider Heydər Əliyevın hakimiyyətə qayıdışı Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrünün əsasını qoydu, dövlətçiliyimiz, müstəqilliyimiz xilas edildi. Xalqımız Ulu Öndərin ətrafında sıx birləşərək, o zaman hakimiyyətdə olan səriştəsiz, bacarıqsız siyasi qüvvələri tarixin arxivinə göndərdi. Dahi Şəxsiyyət Heydər Əliyevin apardığı məqsədyönlü və qətiyyətli siyasət nəticəsində Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, işğal edilmiş torpaqlarımızın azad olunması istiqamətində ardıcıl, fəal xarici siyasətin yürüdülməsinə başlanıldı.

Ümummilli Liderin möhkəm ideoloji əsaslara və inama söykənmiş siyasi kursunu uğurla davam etdirən Müzəffər Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin rəhbərliyilə Qəhrəman Ordumuz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Məcburi köçkün həyatı yaşamağa məcbur olan həmvətənlərimizin uzun illərdən sonra doğma yurd-yuva həsrəti bitib, artıq azad olunan ərazilərimizdə məskunlaşmaya start verilib. Elə isə bu radikal müxalif ünsürlər nədən narahatdırlar? Niyə Vətənimizin müdafiəsi məsələsində anti-milli mövqe tutublar? Yoxsa, xaricdən aldıqları qrantlar və digər maddi ianələrin müqabilində anti-Azərbaycançı dairələrin çirkin niyyətlərini daha fəal icra etməyə çalışırlar? Onlar unutmamalıdırlar ki, xalqımız və dövlətimiz bu qaragüruha öz çirkin niyyətlərini reallaşdırmağa əsla imkan verməyəcək! Bizi Qarabağımıza qovuşduran "Dəmir Yumruq" təkcə Ermənistana yox, onun havadarlarına və milli xəyanətkarlara da dərs olmalıdır!

Bu gün vətənpərvər oğullarımız qəhrəmanlıq dastanı yazmağa davam edir və bununla yalnız qürur duymaq olar. Vaxtilə xəyalı ilə yaşadığmız arzularımızı gerçəkləşdirən Sərkərdələrimiz var olsun! Bizə Qalib Azərbaycanın vətəndaşı olmağı nəsib edən Şəhidlərimiz, Qazilərimiz baş tacımızdır. Onlar Vətənə sədaqət nümunəsidir. Zəfər Tariximizin müəlliflərinə uzanan əllər qırılmalı, dillər kəsilməlidir! Azərbaycanda səfərbər olunmuş cəmiyyət var və xalq-dövlət birliyi sarsılmazdır. 44 günlük Vətən müharibəsi zamanı möhtəşəm Qələbəni təmin edən bu birlik şərəfli tarixi missiyanı tamamlamaq iqtidarındadır!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 714   Tarix: 18 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

08.11.2026 174
.

40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü

"Azər-Türk Bank" ASC-nin 40 yaşlı əməkdaşı Yasən Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Y.Məmmədov futbol oyunu zamanı ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, o, Şuşa şəhərindən məcburi köçkün olub və Bakıda müvəqqəti məskunlaşıb. Mərhumun atası Tərxan Məmmədov Birinc

08.11.2026 174
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

08.11.2026 164
.

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

08.11.2026 188
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

08.11.2026 187
.

Ağ Evin yaxınlığında saxlanılan şəxs: "Başımdakı səslər Trampı öldürməyi əmr etdi"

ABŞ-nin Məxfi Xidmət agentləri Ağ Evin yaxınlığında ölkə Prezidenti Donald Trampı öldürməklə hədələyən venesuelalı qeyri-qanuni miqrantı saxlayıblar. xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyinə istinadla məlumat yayıb. Bildirilir ki, əməliyyat zaman

08.11.2026 171
.

Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video

"Azərbaycan və Türkiyə arasındakı əlaqələri zəhərləmək üçün göstərilən səylər bu gün Şuşada puça çıxdı". xəbər verir ki, bunu "Haber Global" telekanalına Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiy

08.11.2026 207
.

Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"

"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın

08.11.2026 165
.

Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 8 noyabr tarixində Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib. paylaşımı təqdim edir:

08.11.2026 192
.