TƏCİLİ! Avropada böhran XƏBƏRDARLIĞI: Ən pis ssenariyə hazır olun, qış aylarına qədər…

TƏCİLİ! Avropada böhran XƏBƏRDARLIĞI: Ən pis ssenariyə hazır olun, qış aylarına qədər…Ukraynaya qarşı başlatdığı müharibədən sonra Avropanın sanksiya məngənəsinə sıxışan Rusiyanın Avropaya gedən qazı kəsməsi ilə yaranan enerji böhranına çarə axtaran ölkələr Kremlin son açıqlamasından sonra təşvişə düşüb.

BiG.AZ Musavat.com-a istinadən xəbər verir ki, Kreml "Şimal axını 1" boru kəməri ilə Avropaya qaz nəqlinin Moskvaya qarşı sanksiyalar aradan qaldırılmayana qədər tam bərpa olunmayacağını açıqlamışdı. Bir neçə gün əvvəl isə Rusiya baş nazirinin müavini Aleksandr Novak bu il Rusiya qazının Avropa İttifaqına (Aİ) ixracının 50 milyard kubmetr azalacağını bəyan edib.

TƏDBİRLƏR YETƏRSİZDİR

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen enerji müharibəsində qalibin Avropa İttifaqı, uduzan tərəfin isə Rusiya olacağını bildirərək planlaşdırılan bir sıra tədbirlərdən danışıb.

Ursula Von Der Leyenin barəsində söz açdığı elektrik enerjisinə tələbatın azaldılması, Rusiya boru kəməri qazı üçün ən yüksək qiymətin müəyyən edilməsi, enerji sektorundan gəlir əldə edən istehlakçılara və müəssisələrə, həmçinin dalğalanmalar səbəbindən likvidlik çətinliyi ilə üzləşən elektrik enerjisi istehsalçılarına dəstək vermək kimi tədbirlər planı birlik üzvləri tərəfindən qeyri-kafi qiymətləndirilib.

ALMANİYADA VƏTƏNDAŞLAR ÜSYAN EDİR

Almaniyada bu qış enerji xərclərinin təxminən 40 faiz artacağı gözlənir, vətəndaşlar ödənişləri edə bilməməkdən qorxurlar.

Ölkədəki enerji şirkətləri qiymət artımı ilə bağlı hər gün qəzəbli müştərilərdən zənglər aldığını bildirirlər.

BELÇİKADA VƏZİYYƏT NECƏDİR?

Artan enerji xərclərindən narahat olan Belçika hökuməti qarşıdan gələn qışa qədər ailələrə, sahibkarlara və şirkətlərə enerji dəstəyi verməyi qərara alıb. Baş nazir Aleksandr De Kroo qış aylarında hər evə təbii qaz üçün ayda 135 avro, elektrik enerjisi üçün isə ayda 61 avro yardım veriləcəyini açıqlayıb. Bundan əlavə, istilik üçün yanacaq istifadə edən mənzil təsərrüfatlarına 300 avroluq çek veriləcək.

İNGİLTƏRƏDƏ "DƏRHAL MÜDAXİLƏ" ÇAĞIRIŞI

İngiltərədəki pivə zavodlarının menecerləri bildiriblər ki, enerji xərcləri 300 faizə qədər artdığı üçün bir çox pivəxanalar bağlana bilər.

Ölkənin 6 ən böyük pivə zavodunun menecerləri hökuməti vəziyyətə "dərhal müdaxilə etməyə" çağırıblar, çünki bu qış enerji haqlarının daha da artacağı gözlənir.

FRANSADA "ƏN PİS SSENARİ" XƏBƏRDARLIĞI

Fransanın baş naziri Elizabet Born ölkə vətəndaşlarını Avropanın son illərdəki ən pis böhranından qorumaq üçün elektrik enerjisi və qaz qiymətlərinin artımını gələn il 15 faizlə məhdudlaşdıracağına söz verib. O, eyni zamanda əhaliyə qarşılaşa biləcəkləri ən pis ssenari barədə xəbərdarlıq edib.

Baş nazir keçən həftə verdiyi açıqlamada enerji böhranı səbəbindən bu qış Fransada evlərin gündə 2 saat işıqsız qalma riski ilə üzləşəcəyini bildirib.

Fransanın elektrik ötürücü şəbəkəsi "RTE" də baş nazirlə eyni proqnozu verib və qışda işıqların kəsilmə ehtimalının ola biləcəyini bildirib. Elektrik kəsimlərinin səhər saat 08.00-13.00, axşam saat 18.00-20.00 arasında olacağı bildirilir.

Yeni qərarlara görə, Fransanın məşhur Luvr və Versal muzeylərinin işıqları daha tez söndürüləcək. Mədəniyyət naziri bildirib ki, simvolik strukturlarla bağlı qərar Rusiya-Ukrayna müharibəsinin yaratdığı enerji böhranı ilə əlaqədardır.

İTALİYADA SON DURUM

İtaliya hökuməti artan enerji qiymətlərinin müəssisələr və mənzil təsərrüfatları üzərindəki təsirini azaltmağa çalışır. Bu məqsədlə ölkədə 14 milyard avroluq yeni tədbirlər paketi üzərində razılığa gəlinib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 890   Tarix: 18 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

08.11.2026 174
.

40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü

"Azər-Türk Bank" ASC-nin 40 yaşlı əməkdaşı Yasən Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Y.Məmmədov futbol oyunu zamanı ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, o, Şuşa şəhərindən məcburi köçkün olub və Bakıda müvəqqəti məskunlaşıb. Mərhumun atası Tərxan Məmmədov Birinc

08.11.2026 174
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

08.11.2026 164
.

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

08.11.2026 188
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

08.11.2026 187
.

Ağ Evin yaxınlığında saxlanılan şəxs: "Başımdakı səslər Trampı öldürməyi əmr etdi"

ABŞ-nin Məxfi Xidmət agentləri Ağ Evin yaxınlığında ölkə Prezidenti Donald Trampı öldürməklə hədələyən venesuelalı qeyri-qanuni miqrantı saxlayıblar. xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyinə istinadla məlumat yayıb. Bildirilir ki, əməliyyat zaman

08.11.2026 171
.

Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video

"Azərbaycan və Türkiyə arasındakı əlaqələri zəhərləmək üçün göstərilən səylər bu gün Şuşada puça çıxdı". xəbər verir ki, bunu "Haber Global" telekanalına Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiy

08.11.2026 207
.

Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"

"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın

08.11.2026 165
.

Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 8 noyabr tarixində Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib. paylaşımı təqdim edir:

08.11.2026 192
.