Ermənistana üç günlük matəm elan etdirən qəhrəman - O, necə şəhid oldu?

Ermənistana üç günlük matəm elan etdirən qəhrəman - O, necə şəhid oldu?BiG.AZ Kulis.az-a istinadən əfsanəvi döyüşçü, Birinci Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Əliyar Əliyev haqqında maraqlı faktları təqdim edir.

Əliyar Yusif oğlu Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib.

***

Əliyar tələbə olanda bacısıgilin qonşuluğunda yaşayan Pəri adlı qıza vurulur. Pəri isə qəribədir ki, Əliyarı tanımazdan əvvəl onu yuxuda görür. İlk dəfə Əliyarla qarşılaşan gənc qız üşənir. Ürəyində deyir, deyəsən bu oğlan mənim qismətdimdir.

Günlərin bir günündə isə elə düşündüyü kimi də olur. İşdən çıxan Pəri Əliyarı öz iş yerinin qarşısında dayanan görür.
Qonşu kimi salamlaşıb yanından ötmək istəyəndə Əliyar onun yanınca getməyə başlayır. Bir neçə gündən sonra o, Pəriyə elçi yollayır.

***

1979-cu il sentyabrın 15-də onlar ailə qurur. Gənc ailə Qubadlıda yaşamağa başlayır. Onların Emin, Yusif adlı iki oğlu və Pərvanə adlı bir qızı dünyaya gəlir.

***

Əliyar idmanla yanaşı musiqini də çox sevir. Qarmonda ifa etməyi bacarır. Tez-tez ailəsini başına yığıb qarmonda mahnılar ifa edir, uşaqlarına deyir ki, oynayın, görüm necə oynayırsınız. Özü də onlara mütləq Məşədi İbadın mahnısını oynadır.

Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulur. Müharibədə özünü təkcə döyüşçü kimi yox, həm də hərbi işin təşkilatçısı kimi göstərməyə başlayır.

***

Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilir. Onun təşkil etdiyi tabor camaat arasında "Pəhləvanlar taboru" kimi da tanınır. Çünki könüllülərin əksəriyyəti onun rəhbərlik etdiyi Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin üzvlərindən ibarət idi. Lakin o, təvazökarlıq göstərib, komandir olmur. 1992-ci ildə Əliyar Əliyev taborun kəşfiyyat bölməsinin komandiri təyin edilir.

1991-ci ilin may ayında Qubadlının Yuxarı Cibikli kəndi, 1992-ci ilin oktyabr ayının 12-də isə bu rayonun Topağac-Başarat yüksəkliyi uğrunda gedən döyüşlərdə də onun rəhbərlik etdiyi alay düşməni ağır itkilərə məruz qoyur.

***

Xalq öz qəhrəmanlarını heç zaman unutmur, onlar haqqında əfsanələr quraşdırır, onları öz qəlblərində yaşadaraq bu yaşantıları həm də gələcək nəsillərə ötürür. Əliyar isə özü haqqında əfsanələr yaratmır. Onun müharibə zamanı etdikləri həqiqət idi. Təkbaşına erməni postlarını ələ keçirən, ayaq üstə əlində silahla onların üzərinə gedən, 300 dən çox erməni öldürüb Ermənistana üç günlük matəm elan etdirən qəhrəmanlıqlar göstərir.

Birinci Qarabağ müharibəsində Qubadlı camaatının qəlbində bir ad olur. O da Əliyar Əliyev adı... Hamı düşünürdü ki, Əliyar sağdırsa, deməli, Qubadlı da işğal oluna bilməz. Hamı istəyir ki, övladı Əliyarın özünün yaratdığı "Pəhləvanlar" adlı batalyonunda xidmət etsin. Atalar, analar düşünürlər ki, Əliyarın batalyonunda döyüşən övladına heç nə ola bilməz. Bu inamı Əliyar öz zəhməti, öz xidməti sayəsində qazanmışdı. Xalq onu sevirdi, ona inanırdı. Əliyar isə çalışırdı ki, batalyona ancaq tanıdığı adamları, tələbələrini, şagirdlərini, qohumlarını götürsün. O, özününkülərə ərk edirdi. Çox vaxtı onun qabağını kəsib, bizim uşaqları niyə batalyonuna qəbul etmirsən sözlərini də deyirdilər. Heç bir cavab verə bilmirdi. Amma sonralar deyirmiş ki, tanımadığım insanların balaları şəhid olsa, mən onların valideynlərinin üzünə necə baxaram?!

Pəri xanım Əliyarın döyüşə başladığı, "Pəhləvanlar" batalyonunu yaratdığı ilkin dövrlər barədə müsahibələrinin birində deyir:

"Əliyar idman müəllimi idi. Hər gün işə gedib gəlir, dinc həyat yaşayırdıq. Müharibə başlananda Əliyar dedi ki, idmanı saxlamaq lazımdır, idman vaxtı deyil. İndi vətəni qorumaq lazımdı. Başına yığılanların da hamısı mərd, qorxmaz uşaqlar idilər. Onun bir videosu var, orada deyir ki, Laçına kimlər gedəcəksə, bir addım irəli çıxsın. Sonra onların içərisindən də özü ilə aparacağı adamları seçir. Onlardan elələri olur ki, evin tək oğlu olur, onları özü ilə ağır döyüşə aparmır, deyir, sən evin tək oğlusan, ata-ananın yeganə ümidisən. Ona görə camaat onu çox istəyirdi. Uşaqları, tələbələri də ona bağlı idilər. Öz ata və analarından çox Əliyara rəğbət bəsləyirdilər. O, öz batalyonunda qəhrəmana, qardaşa, şəxsiyyətə çevrilmişdi. Əliyarın səsi, adı gələn yerə onlar gözü yumulu gedirdilər. Elə bilirdilər ki, onlara heç nə olmayacaq, çünki orda Əliyar var. Mənə həmişə deyirdi ki, məni yüz erməninin içində də görsən, qorxma, bil ki, mən sağ-salamat gələcəm. O, ölümü nə özünə, nə də bizə yaxın buraxmazdı. Ancaq bir dəfə, şəhid olmazdan bir az əvvəl mənə dedi ki, Pəri bu işlər, ölüm-itim əvvəl olsaydı, dözməzdin, amma indən belə həyatda nəsə olsa, dözəcəksən. Elə deyəndə ağladım, məni yaş boğdu.

Pəri xanım daha sonra Əliyarın son gedişini yada salır: Son gedişini də çox pis xatırlayıram. O, getməzdən əvvəl yuxu görmüşdüm. Yuxudan ayıldım ki, gedim suya danışım, gördüm həyətdə hər yer aydınlıqdı, elə bir səhər vaxtıdı. Sən demə, yaxınlıqdakı hərbi hissəyə silah sursat gətirirlər, ona görə ətrafı işıqlandırıblar. Otağa qayıtdım. Onda Əliyar da elə bil hiss elədi, dedi, nə olub Pəri? Ona heç nə demədim, yuxunu da danışmadım. Fikirləşdim ki, psixoloji təsir edər, fikirli olar. Səhəri gün Əliyar yola düşdü. Torbada ona qoz-fındıq yığmışdım, dedim, gedəndə apararsan. Elə oldu ki, o gedəndə həmin boxça əlimdə qaldı. Əliyarın anası dedi ki, payını aparmadı, ona qismət olmayacaq. Elə bil hamı nə isə şübhəyə düşmüşdü. Hamı düşünürdü ki, görəsən o, evə gələcək, yoxsa, yox. Həmin gün saat beşdə onu vurdular.

***

Ataları şəhid olanda onun uşaqlarından bu xəbəri gizləmək istəyirlər. Onları bir otağa salıb, başlarını qatmağa çalışırlar. Ertəsi gün əmiləri onlara deyir ki, atanız uzaq bir səfərə çıxıb. Bir gün qayıdacaq.

Qəhrəmanın qızı Pərvanə xatırlayır: Ölüm nədir dərk edənə kimi gözümüz atamı axtardı. Həyətimizə hərbçi maşını gələndə, qaçıb pəncərədən baxmışıq ki, bəlkə papa gəlib. Və yaxud da qohumlarımıza Qubadlıdan kimsə qonaq gələndə deyirdim onların yanında hündür bir kişi də gördünüzmü? Mən hələ də tam dərk etməmişəm onun ölümünü. Əmimin dediyi o uzaq səfər sözü mənim yaddaşımda ilişib qalıb. Elə bilirəm ki, o qayıdacaq. Mənə sual versələr ki, qapı açılsa, atan içəri girsə, nə edərsiniz, mənim cavabım belə olardı ki, belə bir şeyin ola biləcəyinə inanıram. Bəlkə nə isə möcüzə baş verə bilər... Bu bizim iç dünyamızdır. Onun gəlişini görsəm, sağ qaldığına inana bilərəm. Baxmayaraq ki, şəhid olduğunu, dəfn olunduğunu da dəqiq bilirəm."

Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. "Tikanlı zəmi" yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olurlar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunur. Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 1992-ci il tarixli 301 nömrəli Fərmanı ilə Əliyar Yusif oğlu Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

***

Milli qəhrəmanlar Şirin Mirzəyev və Allahverdi Bağırov kimi onun ölümü haqqında da müxtəlif versiyalar dolaşmaqdadır. Əliyarın xəyant nəticəsində öldürüldüyünü deyənlər də var.

***

Qubadlı rayonu işğaldan azad olunandan sonra Əliyarın hərbçi oğlu Emin atasının məzarını kəndlərində tapır və yenidən bərpa etdirir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2085   Tarix: 18 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.