İctimai nəqliyyatın xilas yolu: Qiymət artsa, keyfiyyət yüksələcək? - ARAŞDIRMA

İctimai nəqliyyatın xilas yolu: Qiymət artsa, keyfiyyət yüksələcək? - ARAŞDIRMASentyabr ayı gəldi, dərslər başladı, Bakı böyük tıxacla üzləşdi. Hər il sentyabr ayında eyni problem yaşanır. Ancaq bu il problem daha böyük oldu. Əslində, öncədən də ekspertlər bunu proqrozlaşdırırdılar. Bildirirdilər ki, dərslər başladıqdan sonra Bakının küçələrində indiyə qədər rast gəlmədiyimiz tıxacları görəcəyik.

Tıxacın bu səviyyədə olmasının səbəblərinə baxsaq, hazırda ictimai nəqliyyatın problemli olması ilk yerdə durur. Bu, onunla izah olunur ki, ictimai nəqliyyatdan istifadə rahat olmayanda, insanlar taksilərə, şəxsi avtomobillərə üz tuturlar. Hansı ki, biz bunu hazırda paytaxtın yollarında müşahidə edirik. Mütəxəssislər açıqlamalarında bildirirlər ki, vəziyyətin bu cür davam etməsi ictimai nəqliyyatı sıradan çıxara bilər. Amma ictimai nəqliyyat vacibdir və onun sıradan çıxmasına imkan verməməliyik.

Bəs ictimai nəqliyyata problem yaradan səbəblər nədir? Çıxış yolu olaraq nələr edilməlidir?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərin sözlərinə görə, ilk atılmalı addım sərnişindaşımanın keyfiyyətinin yüksəldilməsi olmalıdır:

"Birincisi, marşrut xətlərində nəqliyyat vasitələrinin sayı artırılmalıdır. Bununla avtobuslar arasında olan intervalların sayı da azalar və sərnişinlər dayanacaqlarda uzun müddət gözləməzlər. İkincisi, dayanacaqlarda elektron lövhələr olmalıdır ki, sərnişinlər hansı marşrut avtobusunun nə zaman gələcəyini bilsinlər. Digər tərəfdən, "BakıKART"lara ödəmə prosesi sadələşməlidir. Bizdə isə sadələşdirmək əvəzinə daha da çətinləşdirilib. Dayanacaqlardakı terminallar yığışdırılıb, sərnişinə deyilir ki, balansını internetlə artır. İctimai nəqliyyatda vəziyyəti yaxşılaşdırmaq üçün mərhələli şəkildə bu addımlar atılmalıdır ki, insanlar şəxsi avtomobillərə, taksilərə çox üz tutmasınlar".

E.Cəfər deyir ki, hazırda dövlət ictimai nəqliyyata subsidiya ayırır:

"Dövlət Bakı Metropoliteninə, daşıyıcı şirkətlərdən isə "Baku Bus MMC"yə illik subsidiya ayırır. Avtobusları dizel mühərriki ilə çalışan özəl daşıyıcı şirkətlərə dizel subsidiyası verir. Bundan əlavə, Azərbaycanda yalnız xidməti vəzifəsinin icrası zamanı polis orqanları əməkdaşları və müddətli həqiqi hərbi xidmət qulluqçularının metrodan ödənişsiz istifadəsi üçün güzəştlər nəzərdə tutulur. Başqa heç bir sosial təbəqəyə, statusu olan şəxslərə güzəşt yoxdur. Bu, özlüyündə dövlətin özəl daşıyıcılara yaratdığı imkandır".

E.Cəfər "Qiyməti yüksəltməklə ictimai nəqliyyatda keyfiyyətli xidməti təmin edə biləcəyikmi?" sualının cavabının "yox" olduğunu dedi:

"İctimai nəqliyyat qiymətlərini yüksəltmək əvəzinə, dövlət maliyyə çətinliyi yaşayan özəl daşıyıcı şirkətlərə il ərzində "Baku Bus MMC" kimi müəyyən subsidiyalar ayıra bilər. Bu subsidiya üçün maliyyə mənbəyi də var. Hazırda Bakı şəhərində parklanma pulsuzdur. Lakin bəzi işbazlar bu yerlərdə qanunsuz parklanma xidməti təşkil edirlər. Qanunsuz parklanma xidmətindən il ərzində 40 milyon manat pul götürürlər. Parklanmanı dövlət pullu edə, il ərzində yığılan 40 milyon manatı ictimai nəqliyyatda işləyən özəl daşıyıcı şirkətlərə subsidiya verə bilər. Bununla da qiymətlərin yüksəldilməsi spekulyativ söhbətləri bitməlidir".

"Avtostop" radio verilişinin aparıcısı, Dj Tural Yusifov bildirib ki, ictimai nəqliyyatın bu gün problemli halda olmasının səbəbi onun özəl əllərdə cəmləşməsidir:

"Bir avtobusun xəttə çıxması üçün sahibkarın xərclərinə baxaq. Avtobuslar lizinq yolu ilə götürülür. Onların aylıq ödənişi, sürücünün əməkhaqqısı, amortizasiya xərcləri və s. var. Avtobus parkının saxlanma xərcləri də var. Avtobus parkı sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkətlərin qarajı, qarajın servisi olan yerdir. Orda sürücülər hər gün həkim müayinəsindən, avtobuslar texniki baxışdan keçirilməlidir. İndiki sərnişindaşıma qiymətləri ilə şirkətlər avtobus parkını saxlaya bilməzlər. 10-20 qəpiklik qiymət artımı ilə də daşıyıcı şirkətlərin yenə bir qazancı olmayacaq. Yanacaq, ehtiyat hissələrinin qiyməti artdıqca sahibkarın xərcləri yenə artacaq. Bu şərtlərlə keyfiyyətli xidmət təşkil etmələri çətindir".

T.Yusifov bildirib ki, ictimai nəqliyyat dövlətin idarəetməsində olmalıdır:

"İctimai nəqliyyat gəlirli sahə deyil. Şirkətlər burdan pul qazana bilməz. Qazanmaq üçün gərək müəyyən xərcləri azaltsınlar. Məsələn, sürücüləri həkim müayinəsindən, avtobusları texniki baxışdan keçirməsinlər. Bunun nəticəsidir ki, iki şirkətdən başqa digərləri demək olar ki, bunu etmirlər. Bu səbəbdən dünyanın bir çox ölkələrində ictimai nəqliyyat ya şəhər bələdiyyəsinə aiddir, ya da hansısa dövlət qurumuna. Bizdə isə icra hakimiyyətinə, yaxud hansısa dövlət qurumuna aid olmalıdır ki, dövlət bunu dotasiyada saxlaya bilsin. Yəni ictimai nəqliyyat dövlətin əlinə keçməli, bunu dövlət idarə etməlidir. Necə ki əvvəllər bu var idi. Sadəcə, bunun infrastrukturu yox idi, ona görə özəl şəxslərə verdilər. İndi isə dövlətin "Baku Bus" kimi təcrübəsi var. Onun üzərindən getmək olar".

Aparıcının sözlərinə görə, ictimai nəqliyyatın prioriteti olmalıdır, insanlar onun üstünlüyünü hiss etməlidir:

"Bayıldan Neftçilər prospekti boyunca gələn avtobus Azneft dairəsində tıxacda qalacaqsa, bu ictimai nəqliyyatın mənası yoxdur. İctimai nəqliyyat tıxacda qalmamalıdır. Görürəm ki, ictimai nəqliyyatdayam, adam çoxdur, basabasdır, avtobus da tıxacda qalıb. Onda deyirəm ki, kreditlə maşın götürüb rahat öz maşınımda tıxacda qalım".

T.Yusifov qeyd edib ki, şəhər insanyönümlü, ictimai nəqliyyat yönümlü, mobil olmalıdır:

"Metronun inkişaf planına baxanda stansiyalarının sayı çox azdır. Düzdür, bəzi yerlərdə qazıntı aparmaq çətindir, yaxud müəyyən yerlərdə tikintilər var, orda metronun yüksək gərginlikli naqilini aparmaq çətindir. Amma ümumilikdə, stansiya sayının artırılması lazımdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1003   Tarix: 18 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.