"Pelosinin açıqlamaları erməni təbliğatının təsiri altında formalaşıb"
"ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana təktərəfli səfəri ABŞ-ın Cənubi Qafqazda tarazlıq siyasətinə və sülh istiqamətində əməkdaşlıq səylərinə kölgə salır. Ancaq bu, məsələnin yalnız bir tərəfidir. Bu azmış kimi, Pelosi üstəlik Azərbaycanın ünvanına qeyri-obyektiv və əsassız ittihamlar səsləndirir".
Bunu BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Məmmədov deyib.
Deputatın sözlərinə görə, Pelosi Ermənistana səfərini həm də özünün seçkiqabağı təbliğat kampaniyasının tərkib hissəsi kimi görür:
"Onun açıqlamlarından aydın olur ki, N.Pelosinin region və ən son törədilən erməni təxribatı haqqında məlumatları birtərəflidir və erməni təbliğatının təsiri altında formalaşıb.
Əslində, 85 yaşlı siyasətçinin qondarma "erməni soyqırımı" haqqında səsləndirdiyi fikirləri də nəzərə alsaq, aydın olar ki, Pelosi Ermənistana səfərini həm də özünün seçkiqabağı təbliğat kampaniyasının tərkib hissəsi kimi görür. Çünki yaxın zamanlarda Nümayəndələr Palatasına ara seçikiləri keçiriləcək və yeni tərkibdə formalaşan heyətə spiker seçilən zaman ermənipərəst nümayəndələrdən səs almaq lazım olacaq.
Görünür ki, bu səslər Pelosinin yenidən spiker olması üçün çox vacibdir. Ona görə də Pelosi Ermənistanda ərazi bütövlüyü, insan hüquqları haqqında danışan zaman hesab edir ki, ermənilərin rəğbətini qazana bilər və bu rəğbət ona ABŞ-da yaşayan erməni lobbisinin səsi və dəstəyi kimi dönər.
Lakin Pelosi üçün doğrudan da insan hüquqları, demokratiya, ərazi bütövlüyü prinsipi belə qiymətli dəyərlər idisə, nəyə görə iki il bundan qabaq Azərbaycana səfər edib ərazi bütövlüyünün vacibliyi haqqında Ermənistana məsaj vermədi?! Niyə bir milyon qaçqın və məcburi köçkünlərin hüququndan danışmadı?! Əgər ərazi bütövlüyü məsələsi prinsipial idisə, nəyə görə vətəndaşı olduğu ölkə ABŞ-ın Çini vahid Çin olaraq tanıdığı halda bir müddət öncə Tayvana səfər edərək dövlətinin rəsmi siyasətini etibarsızlaşdırmış oldu.
Göründüyü kimi, məsələ ərazi bütövlüyü məsələsi deyil. Azərbaycan da heç bir ölkənin ərazi bütövlüyünə təcavüz etməyib. Əgər iki ölkə arasında sərhədlər hələ delimitasiya edilməyibsə, görəsən, Pelosi necə müəyyən edib ki, kim təcavüzkardır? Ona görə də Azərbaycanın ünvanına səsləndirilən fikirlərin heç bir obyektiv əsası yoxdur və biz belə əsassız fikirləri qətiyyətlə qınayırıq".
Nuranə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1106 Tarix: 19 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788