Üzərliyin bilinməyən faydaları...

Üzərliyin bilinməyən faydaları...Dünyagörmüş qocalar evdə həmişə üzərlik saxlayar, ağrı və narahatlıq hiss edən kimi onun tüstüsünü "dərd dəvası" kimi istifadə edərdilər. Üzərliyin mistik gücünə inam müasir həyatımızda da ondan istifadə edilməsinə səbəb olur. Mifologiya və inanclarda üzərliyə olan inam onun bəd nəzərdən qoruması ilə bağlıdır. Bəlkə də buna görə az qala hər evdə həmin bitkiyə rast gəlmək mümkündür, qara qüvvələri qovmaq və bəd nəzərdən sovuşmaq üçün çox vaxt onun gücünə bel bağlayırlar. Əslində isə üzərlik yandıqca tərkibində olan maddələr insana xoş əhval-ruhiyyə bəxş edir.

"Qafqazinfo" tibbi mənbələrə istinadən xəbər verir ki, üzərlik dəmləməsi revmatizm xəstəliyi zamanı çox yaxşı təsir göstərir, beyin damarlarını genişləndirir, qan dövranını yaxşılaşdırır, toxumalar və oynaq ağrıları üçün faydalıdır.

Bitkinin toxum və gövdəsində qiymətli boyaq maddəsi var. Həmin maddədən laboratoriya şəraitində yun və ipək məhsulları boyamaq üçün sarı, narıncı, yaşıl və s. rənglər alınır. Üzərliyin yağından sabun alınır.

Xalq təbabətində ondan geniş istifadə edilir. Toxumu əzilərək isti su ilə qarışdırılır, alınan kütlənin isti-isti bədənin xəstə nahiyələrinə qoyulması ağrını kəsir.

Əzilmiş kütlənin sidik kisəsi üzərinə qoyulması və 12 qram üzərlik toxumunun şəkərlə qarışdırılıb içilməsi sidik göynəməsini aradan qaldırır.

Tüstüsü diş ağrısının qarşısını alır. Üzərliyin kətan toxumu və balla qarışdırılıb qəbul edilməsi astma xəstəliyi zamanı çox xeyirlidir.

Üzərliyin kökündən hazırlanan dəmləmə sinir sisteminə sakitləşdirici təsir göstərir.

Üzərliyin qaynadılmış suyu saçı qaraldır, toxumunun dəmləməsi sidiyə çətin getməni asanlaşdırır, sulu dəmləməsi revmatizm xəstəliyində oynaqlara yığılan duzları təmizləyir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1565   Tarix: 20 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rusiya hücumlarında qadın və qızı həlak olub

Bir rəsminin verdiyi məlumata görə, Rusiyanın Ukraynaya son hücumlarından sonra 39 yaşlı bir qadın və dörd yaşlı qızı ölüb. BİG.AZ Sky News-a istinadən xəbər verir ki, Ukraynanın şimalındakı Çerniqov vilayətinin qubernatoru Vyaçeslav Çaus səhər tezdən bölgədəki "insan məskənlərinə" dronları

26.08.2026 218
.

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

Bu il Azərbaycanda yeni doğulan 3 körpəyə Laçın adı verilib. BİG.AZ unikal-a istinadən xəbər verir ki, son beş ildə 48 uşağa Laçın adı qoyulub. Belə ki, 2022-ci ildə 5, 2023-cü ildə 9, 2024-cü ildə 10, 2025-ci ildə isə 9 uşağa Laçın adı verilib. Qeyd edək ki, bu gün Laçın Şəhəri Günüdür. Laçın şəhər

26.08.2026 305
.

Burun əməliyyatından sonra iflic qalmaq RİSKLƏRİ - ARAŞDIRMA

Azərbaycanda ən çox müraciət edilən estetik əməliyyatlardan biri rinoplastikadır. Sosial şəbəkələrdə əməliyyatdan əvvəl və sonrakı görüntülər geniş yayılsa da, pasiyentləri daha ciddi bir sual da düşündürür: burun əməliyyatından sonra insan iflic qala bilərmi?. -ın əməkdaşının bu mövzu ilə bağlı araşdırmasın

26.08.2026 180
.

Şəhərə BASQIN: 47 nəfər öldürüldü, 50 adam əsir götürüldü

BMT-nin məlumatına görə, ötən həftəsonu Haitinin paytaxtı Port-o-Prens yaxınlığındakı əvvəllər sakit ərazi hesab olunan Kenskov icmasına silahlı şəxslərin hücumu nəticəsində azı 47 nəfər öldürülüb, 50-dən çox insan qaçırılıb. -ın xarici KİV-ə istinadla xəbərinə görə, dəstə lideri hakimiyyət orqanların

26.08.2026 172
.

Çörək niyə 2-3 saata quruyur və ovulur? Çörəkdən sonra köp və ağırlıq niyə yaranır?

"Çörək qida rasionumuzun əsas hissələrindən biridir. Hətta bir çox insan yeməyi çörəksiz qəbul etdikdə kifayət qədər doymadığını düşünür. Lakin son vaxtlar süfrələrimizdə olan çörəyin keyfiyyəti, tez ovulması, quruması və bəzi insanlarda köp yaratması ilə bağlı narazılıqlar da artır". Bun

26.08.2026 213
.

Şavkat Mirziyoyev Mehriban Əliyevanı təbrik etdi

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib. AZƏRTAC-a istinadən həmin məktubun mətnini təqdim edir:. "Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Bu əlamətdar gündə Azərbaycan xalqını

26.08.2026 172
.

"Qanuni oğru" olduğu üçün 10 il həbs cəzası aldı

Rusiyanın Tver Vilayət Məhkəməsində Cinayət Məcəlləsinin 210.1-ci maddəsi (Cinayət iyerarxiyasında ən yüksək mövqe tutma) ilə ittiham olunan 66 yaşlı yerli sakin barəsində hökm çıxarılıb. xəbər verir ki, kriminal aləmdə "Volçok" ləqəbli "qanuni oğru" Sergey Komunyayev 1994-cü ildə

26.08.2026 193
.

Wi-Fi insanları telefonsuz belə tanıya bilir

Tədqiqatçılar Wi-Fi siqnalları vasitəsilə insanların smartfon, noutbuk və ya ağıllı saat daşımadığı halda belə tanına bildiyini müəyyənləşdiriblər. xarici mediaya istinadən xəbər verir ki, hazırlanan yeni texnologiya radio siqnallarını təhlil edərək simsiz şəbəkəni bir növ hərəkət və mövcudluq sensorun

26.08.2026 174
.

Dubay polisi niyə "Ferrari" və "Lamborghini" sürür? - Məsələ sürətdə deyil

Dubay avtomobillər arasında dəbdəbənin təcəssümü kimi tanınır. Şəhərdə çoxsaylı bahalı avtomobillərə rast gəlmək mümkündür. Hətta Dubay polisinin də parkında lüks avtomobillər yer alır. Qaynarinfo xəbər verir ki, "Jalopnik"in yazdığına görə, Dubay polisinin parkına qiyməti yüz minlərlə, hətt

26.08.2026 150
.