"Tələbələrin ev probleminin günahkarı ERMƏNİLƏRdir" - Ekspert

"Tələbələrin ev probleminin günahkarı ERMƏNİLƏRdir" - EkspertBildiyimiz kimi, Bakıda köhnə yaşayış binalarının söküntüsü ilə əlaqədar olaraq kirayə mənzil sahəsində ciddi qıtlıq yaşanır. Həm tələbələr, həm də sakinlər bu problemlə üzləşirlər.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev BiG.AZ-a açıqlamasında bildirib ki, paytaxtda tələbə yataqxanalarının yetərincə olmaması bu problemlərə yol açır:

"Bu gün də tələbələrin ev probleminin günahkarı ermənilərdir. Çünki Birinci Qarabağ müharibəsinə qədər, demək olar ki, bütün ali təhsil müəssisələrinin və peşə məktəblərinin özlərinin yataqxanaları var idi. Müharibə başladıqdan sonra bütün məcburi köçkünlərimizin bir hissəsi həmin tələbə yataqxanalarına sığındılar və orada yaşadılar. Düzdür, çox hissəsi köçürülüb və evlə təmin olunub, amma yenə də yataqxanada qalan məcburi köçkünlərimiz yataqxanalara sığındığına görə tələbələr evsiz, yataqxanasız qaldılar.

Bu gün həmin yataqxanalar boşaldılıb, amma ora yaşayış üçün yararsızdır. Çünki hamısı qəzalı vəziyyətdədir. Başqa bir tərəfdən, həmin yataqxanalar boşaldılıb, məcburi köçkünlərin böyük hissəsi evlə təmin olunsa da, bu yataqxanaların özü bərbad vəziyyətdə olsa belə, yataqxanaların torpaq sahəsi, yerləşdiyi ərazilər var. Bu problemin aradan qaldırılmasının yeganə yolu ondan ibarətdir ki, həmin yerlərdə, köhnə yataqxana olan ərazilərdə yeni hündürmərtəbəli yataqxanalar tikilsin. Bu tədbirlər görülməlidir ki, tələbələrin ev problemi aradan qalxsın.

Zamanla Bakıda söküntü işləri gedir və bu proses davam edəcək. Paytaxtda 11 minə qədər istismar müddəti bitmiş binalar var. Ucuz kirayə mənzillər də bu binalarda olur. Bu proses də sürətlə getsə, köhnə binalar sıradan çıxdıqdan sonra, təbii ki, ucuz mənzillər olmayacaq. Hər sökülən köhnə binanın yerində yeni bina tikilir. Burada da mənzilin kirayə qiyməti yeni binada köhnə binadan iki dəfə bahadır. Bu isə tələbələri daha da çıxılmaz vəziyyətə salır. Bu baxımdan tələbələrin ev, yataqxana problemi həll olunarsa, ümumən paytaxt ərazisində kirayə problemi aradan qalxar. Yəni paytaxtda kirayə qalan tək tələbələr deyil, digər paytaxt sakinləri, ailəli insanlar da var. Qiymətlər də fantastik dərəcədə bahadır. Bu gün ən ucuz birotaqlı bina evinin kirayə qiyməti minimal əməkhaqqıdan çoxdur".

Ekspertin sözlərinə görə, tələbələrin ev probleminin həlli həm onların sosial durumuna, həm də kirayə bazarına müsbət təsir edəcək:

"Avropa ölkələrində bələdiyyələr tərəfindən tikilmiş sosial evlər var. Burada vətəndaşın sosial durumu aşağı düşərsə, o, bələdiyyəyə müraciət edir və bələdiyyələr həmin şəxsləri, ailələri sosial evlərə yerləşdirir. Bu evlərdə kirayə ödənişi yoxdur, sadəcə insanlar kommunal xərcləri ödəyirlər. Vətəndaşın sosial problemləri aradan qalxana qədər o həmin evdə qala bilir.

Bizdə də hər il bölgələrdən Bakıya minlərlə tələbə gəlir və bu, minlərlə evlərin kirayələnməsi deməkdir. Bu ailələrin içərisində sosial durumu aşağı olan aztəminatlı ailələr daha çoxdur. Təsəvvür edin ki, bölgədə yaşayan aztəminatlı bir ailə başçısının şəhərdə uşağının təhsil xərclərini qarşılaması, yəni illik ödənişi, kirayə pulu, yol xərci təxminən 300-400 manat civarındadır. Ən azından ev problemi aradan qalxarsa, bu ailələrin sosial vəziyyəti nisbətən yaxşılaşar. Digər tərəfdən, normativə görə, birotaqlı yataqxanada iki tələbə qalmalıdır ki, onlar rahat yaşaya və dərsləri ilə məşğul ola bilsinlər. Amma evlərin kirayə qiyməti o qədər bahadır ki, bir mənzildə bəzən 4-5 tələbə qalır. Bu da tələbələrin bir-birlərinə mane olmasına və digər problemlərə yol açır, dərs oxumasına, təhsillərinə birbaşa mənfi təsir göstərir".

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2379   Tarix: 20 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır

Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə sıx bağlıdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Nizamın Məsləhətini Müəyyənləşdirmə Şurası Katibliyinin rəhbəri Abbas Əli Kədxudayi bildirib. İranın Ali rəhbəri Müctəba Xameneinin adıçəkilən şura ilə əlaqələndiricisi ola

08.11.2026 163
.

Qubernator ABŞ prezidentliyinə namizəd olur: Pul toplamağa başladı

ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmək üçün hazırlıqlara başıayıb. xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Məlumata görə, Desantis Respublikaçılar Partiyasından ABŞ prezidentliyin

08.11.2026 163
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

08.11.2026 187
.

Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar

Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc

08.11.2026 202
.

Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub

Seneqal sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ən azı 21 nəfər həlak olub. "Report" "Euronews"a istinadən xəbər verir ki, bu barədə Seneqalın Daxili İşlər Nazirliyi (DİN) bildirib. Axtarış-xilasetmə əməliyyatı davam edir, hələlik sağ qalan yalnız bir nəfər tapılıb

08.11.2026 148
.

İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib

İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə

08.11.2026 141
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

00:08 123
.

Bakıda 33 yaşlı kişi bıçaqlanıb

Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı

08.11.2026 136
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

08.11.2026 154
.