İranda hicab qiyamı əslində necə başladı və nəyi dəyişəcək…

İranda hicab qiyamı əslində necə başladı və nəyi dəyişəcək…22 yaşlı Məhsa Əmininin ölümü İranda böyük etirazlara səbəb olub. Artıq bir neçə gündür ki, qonşu İranın Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və digər böyük şəhərlərində kütləvi aksiyalar keçirilir. Əsasən qadınların üstünlük təşkil etdiyi aksiyalarda əsas tələb vətəndaşlara azadlıq hüququnun verilməsi və məcburi hicab tələbinin ləğv olunmasıdır.

İranlı qadınların hicab aksiyasına kişilər də qoşulmağa başlayıb. Etirazçılar hökumətin yürütdüyü siyasətdən narazılıq edərək, sivil cəmiyyətdə yaşamaq istədiklərini bəyan ediblər. Bəzi şəhərlərdə polis etirazçılara qarşı silahdan və gözyaşardıcı qazdan istifadə edib. Polislə qarşıdurmada xəsarət alanların olduğu bildirilir.

Qadınların başlatdığı aksiyalar nə ilə nəticələnəcək?

Bu barədə Modern.az-a danışan Orta Doğu Araşdıma Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib ki, İranda rejimin tətbiq etdiyi hicab qaydalarına qarşı etiraz aksiyaları bundan öncə də olub.

Onun sözlərinə görə, hətta bir neçə ay əvvəl Tehran hakimiyyətinin hicab qaydasını pozanlara qarşı tədbirlər planı çərçivəsində Güney azərbaycanlı ictimai fəal Məleykə Qaragözlü 4 il yarım müddətinə azadlıqdan məhrum edilib: "İndi kürd etnosunun nümayəndəsi olan Məsihə Əmini də həmən qaydaları pozanlara qarşı mübarizə tədbirlərinin qurbanlarından birinə çevrilib".

S.Soltan hesab edir ki, son hadisə İran rejiminin tətbiq etdiyi hicab qaydalarına bir etnosun və bir neçə insanın deyil, ümumilikdə dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütövlükdə İran cəmiyyətinin mövcud hakimiyyətə və onun tətbiq etdiyi qaydalara etirazıdır:

"İran hakimiyyətinin tətbiq etdiyi hicab qaydaları İslam dövlətinin əsas prinsipləri sırasında gəlir. Bu prinsipin pozulması İrandakı mövcud hakimiyyətin siyasi,ideoloji xəttinin dayaqlarının zəifləməsi deməkdir. İran hakimiyyəti ciddi cəhdlə hicab qaydalarını sərtləşdirir. Bu baxımdan İran cəmiyyəti hazırda keçirdiyi aksiylarla öz şəxsi azadlıqlarını tələb edir. Davam edən aksiyalar hakimiyyətin insanların ailə-məişət məsələlərinə nüfuzetməsinə, müdaxilə etməsinə etirazın bir simvoludur. Bu çox ciddi sosial aksiyadır".

Politoloqun fikrincə, İran hicabdan başqa ölkələrin daxili işlərinə qarışmaq üçün istifadə edir:

"3-5 il öncə İran hicab məsələsinə elə də ciddi yanaşmırdı. Qadınlar başörtülərindən saçlarını azacıq çıxara bilir, fərqli rəngli paltarlar geyinə bilirdilər. Son zamanlar İran hakimiyyəti bu məsələdə ciddiləşdi və sərt addımlar atmağa başlayıb. İran rejimi bununla başqa ölkələrin daxili işlərinə qarışmağa səy göstərdi. O cümlədən, İran rejmi tətbiq etdiyi hicab qaydalarını Azərbaycanda da yaymağa çalışır. Onlar Azərbaycanda İrana oxşar rejimin qurulmasını arzulayırlar. Bu barədə İran tərəfindən açıqlamalar olub. İranda fəaliyyət göstərən azərbaycanlılar da bu yöndə çıxışlar edirlər. Baxın, İran hakimiyyəti indi bu məsələ ilə bağlı öz daxilində problemlə üzləşir. Deməli, hakimiyyətin cəmiyyəti zorla öz istədiyi hicab qaydasına tabe etmək qərarı düzgün deyil. Bu, zorakılıqdır. İranda isə zorakılıq inqilab zamanından bəri davam edir".

Qonşudakı aksiyaların qarşısını almaq üçün hansı addımlar atılacaq?

S.Soltan suala cavabında deyib: "İlk növbədə 22 yaşlı Məhsa Əmininin qatili və onu bu qətlə yönəldənlər tapılmalıdır. Daha sonra hicab qadağalarına qarşı çıxdığı üçün məhbus olmuş şəxslər azad edilməlidir. Hicabın məcburi taxılmasına etiraz edərkən saxlanılan aksiya iştirakçılarına amnistiya verilməlidir. Əks halda məsələ daha da ciddiləşə bilər. Çünki İranın müttəfiqi sayılan Rusiyanın vəziyyəti günü-gündən ağırlaşır. Bu isə Rusiyanı beynəlxalq arenada İranı əvvəlki kimi müdafiə etmə imkanından məhrum edəcək. Bu gün daha çox Rusiyanın İrana ehtiyacı var. Bir sözlə, İran ölkədəki etirazları dinc yolla, danışıq yolu ilə həll etməyə çalışacaq. Əks halda etirazlar başqa sahələrə də keçə bilər. Hələlik İranda siyasi şüarlar zəif səsləndirilir, aparıcı xətti təşkil etmir. Əsas şüarlar sosialyönümlüdür".

İrandakı aksiyaların xarici qüvvələr tərəfindən hazırlanması iddiasına gəlincə, politoloq bunun imkansız olduğunu düşünür:

"İranın ərazisinə ordu yeridiləsi deyil. Etiraz aksiyalarına əlavə adamlar da yığa bilməzlər. İrana qarşı son aksiyalarda törətdiyi zorakılıq hallarına görə ancaq sanksiyalar tətbiq oluna bilər. Onsuz da 2000-ci illərin əvvələrində İranın bir sıra rəsmilərinə qarşı insan hüquqlarını pozduğuna görə sanksiya tətbiq edilib. Ehtimal etmək olar ki, həmin istiqamətdə sanksiyalar daha da genişlənsin və gücləndirilsin. Artıq ABŞ və Qərb İrandakı etiraz aksiyalarına öz münasibətlərini bildirib. Düşünürəm ki, sanksiya tətbiqi genişlənə bilər. Beynəlxalq aləm bu gün ancaq sanksiya və məhdudlaşdırıcı tədbirlərlə təsir göstərə bilir. İran hakimiyyəti əvvəllər internet resurslarına qadağalar tətbiq etməyə çalışırdı. Bu gün isə İranda nə televiziyaya, nə də internetə daxil olmaqda çətinlik var. Ona görə də, insanların dünya ilə əlaqəsinin qarşısını almaq mümkün deyil. Mövcud hakimiyyət bunu bacarmadı. İnformasiyanın qarşısı alınmadığı üçün cəmiyyət inkişaf edir. Hakimiyyət isə düşüncə baxımdan onlarla ayaqlaşa bilmir. Bu da etirazlara səbəb olur.

Ümumiyyətlə, İranda hakimiyyəti güclü edən, onu qoruyan güc strukturlarıdır. İlk növbədə İran İslam İnqilabı Keşikçiləri Korpusu, daha sonra ordu və polis hakimiyyətin əsas mühafizəçiləridir. Nə qədər ki, sadaladığımız və sadalamadığımız güc strukturları mövcud hakimiyyəti və onun düşüncəsini müdafiə edəcək, o zaman qarşıdurmalar uzun sürəcək".

Xatırladaq ki, sentyabrın 13-də Tehrana gələn Məhsa Əmini qardaşı ilə birlikdə metrodan çıxdığı zaman hicab taxma qaydalarını pozduğuna görə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Gənc qız polis bölməsində işgəncələrə məruz qalıb. Burnu qırılan Məhsa aldığı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Zorakılığa məruz qalan 22 yaşlı qız sentyabrın 16-da Tehranın Kəsra xəstəxanasında həyatını itirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1364   Tarix: 21 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

08.11.2026 187
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

08.11.2026 149
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

08.11.2026 174
.

Ağ Evin yaxınlığında saxlanılan şəxs: "Başımdakı səslər Trampı öldürməyi əmr etdi"

ABŞ-nin Məxfi Xidmət agentləri Ağ Evin yaxınlığında ölkə Prezidenti Donald Trampı öldürməklə hədələyən venesuelalı qeyri-qanuni miqrantı saxlayıblar. xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyinə istinadla məlumat yayıb. Bildirilir ki, əməliyyat zaman

08.11.2026 171
.

Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb

08.11.2026 163
.

Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video

Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü

08.11.2026 221
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

08.11.2026 154
.

NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb

Ağ Evin yeni Aparat rəhbəri Stiven Miller ABŞ Prezidenti Donald Trampa İranla hərbi münaqişəyə son qoymağı tövsiyə edib. "Report"un məlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən xəbər verib. Məlumata görə, Miller Ağ Evin Aparat rəhbəri vəzifəsinə namizədliyin

08.11.2026 178
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

08.11.2026 134
.