Metrolara yeni ödəmə üsulu gəlir - BakıKart tarixə qovuşur?

Metrolara yeni ödəmə üsulu gəlir - BakıKart tarixə qovuşur?"Bir mühəndis kimi mən həmişə innovasiyanın, inkişafın, rəqəmsal transformasıyanın tərəfində olmuşam. Təsadüfi deyil ki, Cənab Prezidentin Rəqəmsal Transformasiya ilə bağlı 27 aprel 2021 tarixli fərmanında və sonrakı əlavə dəyişikliklərdə bu tarixdən əvvəl və sonrakı tarixlərdə İT məsələləri ilə bağlı məsələyə verdiyi yüksək əhəmiyyət çox aydın görsənir.
Ölkədə rəqəmsal xidmət və yanaşmaların çoxalması təbii ki, bir İT mühəndisi kimi məni sevindirir, amma bu işlərdə bütün məqamlar nəzərə alınaraq, keçirilməlidir. Bəzi hallarda İT texnologiyalarından istifadə edərək, üstünlük əldə edəcəyimizi düşünsək də, işin düzgün təşkil olunmamasından yaranan ciddi problemlərlə də qarşılaşa bilərik. Bir çoxumuz bunun şahidi də olmuşuq. Ona görə də bütün hallar düzgün hesablanmalı, testər aparılmalı, ölkədəki insanların və bütün yaş qruplarının bu yeniliyə öyrəşməyini və reaksiyasını düzgün araşdırmalıyıq. Sonra pilot səviyyədə sınaqlar keçirilməli və bir müddət müşahidə aparılmalıdır".

Bunu Sonxeber.az-a olan açıqlamasında İnformasiya Texnologoyaları üzrə Mühəndis-Ekspert Bəhruz Əliyev deyib.

"Bu yaxınlarda metrolarda NFC (Near Field Communication) və QR kod ilə ödəniş imkanlarının olacağı ilə bağlı xəbərlər yayıldı. NFC-nin metrostansiyalarda qurulması bank kartları, mobil telefon, "ağıllı" saat və üzüklər vasitəsi ilə də ödəniş etməyə imkan verəcək. Necə və hansı formada olacağı ilə bağlı daha geniş formada informasiya qarşıma çıxmadı, amma Türkiyə təcrübəsinə bənzər olacağını düşünürəm. Türkiyədə artıq bu tətbiq olunur. Bəzi məqamları da diqqətə çatdırmaq istərdim.

Qısaca NFC nədir?

NFC 13,56 megahertz ilə çalışan saniyədə 106-424 Kbit/s sürətlə 4-10 sm məsafədən məlumat göndərmək qabiliyyətinə sahib radio tezlikdir. 2002-ci ilin sonlarında Sony və Philips-in ortaq işinin nəticəsidir. 8 dekabr 2003-cü ildə ISO/IEC tərəfindən standart kimi qəbul edilib. NFC Forumu 18 mart 2004-cü ildə Nokia, Sony və NXP tərəfindən NFC texnologiyasının inkişafı və yayılması üçün yaradılıb. NFC ilə ilk telefon olan Nokia 6131 2006-cı ildə istehsal edildi. 3 modda işləyir:
1. Yazıb oxuma modu: Passiv NFC stiker və təqləri oxumağı təmin edən mod
2. İki bərabər hüquqlu cihaz arasındakı əlaqəni təmin edən mod: Şəkil, musiqi və digər məlumatların bir-birlərinə qarşılıqlı ötürülməsində bu moddan istifadə olunur.
3. Kart emulyasiya modu: NFC cihazın özünü NFC kartı kimi aparmasına icazə verir.

Bəs bu imkanlardan Metrostansiyalarda və digər nəqliyyat növlərində necə istifadə edə bilərik?

NFC, QR kimi innovasiyaların üstünlük və dezavantajları nələrdir və rahat istifadə və mümkün narahat məqamların qarşısını almaq üçün, hansı məqamlara nəzər yetirmək mütləqdir. Bizi nələr gözləyir?

1. Bank kartları – Mütləq bank kartlarının NFC dəstəyi olmalıdır. Günümüzdə bu bir çox bank kartında artıq mövcuddur.
2. Əgər mobil telefon istifadə edilməsi arzu olunursa, mütləq smartfonun NFC dəstəyi olmalıdır. Əks halda bu mümkün deyil.
3. Türkiyə təcrübəsinə baxılarsa, BakıKartın smartfonlar üçün aplikasiyasının olmasını gözləmək mümkündür. Bu BakıKarta fiziki kart istehsalını azaltmağa imkan verəcək. Bu formada kartla bağlı xərclər azalacaq. İnsanların istifadə sıxlığından asılı olaraq, fiziki kartlar tədricən yoxa çıxa bilər. Bu halda BakıKart terminallarına da ehtiyac qalmayacaqdır. Terminalların saxlanma xərcləri Aplikasıya servisinin saxlanılma xərclərinə istiqamətlənəcəyini düşünmək olar. Aplikasıya yüklənərək, rəqəmsal yaranan kart hesabına bank vəya digər vasitələrlə pul köçürmək mümkün versiyadır. Amma bunun üçün, NFC dəstəyi olan telefon və smartfonda işləmək üçün müəyyən təcrübə tələb edir. Ona görə də uzun bir müddət fiziki kart və virtual kart sistemlərinin paralel işləməyə məcbur qalacağı aydın görsənir. Bu da əlavə iş həcmi, işçi və xərc deməkdir. Mütləq müəyyən optimallaşma olmalıdır.
4. NFC dəstəyi olan bank kartları ilə ödəmə bir çox yaş qrupunun edə biləcəyi bir məsələdir. Öncəki versiyadan daha səmərəlidir. Bu gün Bank kartlarına onlayn və nağd vəsaiti köçürmək üçün çoxlu imkanlar mövcuddur. Amma məsuliyyət əsasən bank sisteminin üzərinə düşəcək. Bank sistemlərinin yüksək traffikə məxsus ödəniş müraciətlərinə cavab vermə qabiliyyəti olmalıdır. Əks halda metroya daxil olmada bankda yaranan problemlərə görə sərnişinlər çətin vəziyyətdə qala bilər. Problem nəqliyyat yoxsa, bankda olduğu mübahisəsi hərkəsin kefinə soğan doğraya bilər. Metropolitenin günlük istifadə sayını, pik saatları banklar mütləq nəzərə almalıdır. Bu versiyada bakıkartın məsuliyyəti azalacaq və bankların məsuliyyəti çoxalacaqdır.
5. QR kod sistemi isə tamamilə fərqli bir məsələdir. Üslub tamamilə fərqlidir. QR kod sistemi əsasən bakıkartla işləyəcəyini düşünürəm, amma bank öz aplikasiyalarda QR kod yaratmaq və inteqrasiya imkanı verilərsə, ödənişi bankların mobil aplikasiyaları ilə etmək teorik olaraq mümkündür. QR aktiv edilir, turniketin QR oxuyucusuna yaxınlaşdırılır və ödəniş həyata keçirilir.
6. Nəqliyyat vasitələrinə əsla tətbiq etməyi məsləhət görmədiyim üsul isə, QR-ı öz mobil telefonumuz vasitəsi ilə oxutmaq imkanıdır. Ola bilər ki, kimdəsə zəif kameralı və QR oxuma funksiyası texniki olaraq zəifdir. Bu halda növbələr və diskomfort vəziyyət yaranacaq.
7. Bu inkişafın ən gözəl tərəfi isə, texniki olaraq, ödəniş edən şəxslərin şəxsiyyətini təyin etmək mümkün olacaq. Bu isə ciddi BigData məsələsidir. İnformasiyanı analiz edib, müxtəlif yararlı kompaniyalar keçirmək və digər innovativ işlər aparmaq olar. Avropada bir çox ölkədə ictimai nəqliyyat kartları şəxsin adına qeydiyyata olması icbaridir. Kart itərsə, xüsusi müraciət əsasında alınır, yenilənir.
8. Artıq bəzi ölkələrdə, hətta qonşu ölkədə Face Detection (Üz tanıma) sistemi ilə ödəniş etməkdən söhbət gedir. Siz metroya daxil olanda kamera sizi tanıyacaq və müvafiq bank hesabınızdan ödəniş avtomatik çıxılacaqdır.
9. Nəticə olaraq, bunlar qonşu ölkələrdə olan təcrübələrin mühəndis yanaşması ilə birləşməsidir. Surpirizi Metropolitendən gözləyirik".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2305   Tarix: 22 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda I sinfə qəbulda rekord rəqəm: məktəblərdə yer problemi yarana bilərmi? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Yeni tədris ilinin başlamasına sayılı günlər qaldıqca Bakıda məktəblərin şagird sıxlığı məsələsi yenidən gündəmə gəlir. Belə ki, 19 avqust saat 11:00-a olan məlumata görə, paytaxt məktəblərinin I sinfinə qəbul üçün artıq 39 094 elektron sorğu yerləşdirilib. Bu isə on minlərlə uşağın sentyabrdan etibarə

14:24 247
.

Sarkisyan ifadə verəcək

Ermənistanın sabiq prezidenti Serj Sarkisyana Robert Köçəryanla bağlı cinayət işi çərçivəsində istintaqla sövdələşməyə getmək təklif olunub. Ermənistan KİV-nə istinadən xəbər verir ki, hazırda Köçəryanla bağlı iş üzrə təqsirləndirilən şəxs qismində keçən Sarkisyana sabiq prezident Robert Köçəryanın əleyhin

21:45 2
.

Çörək niyə 2-3 saata quruyur və ovulur? Çörəkdən sonra köp və ağırlıq niyə yaranır?

"Çörək qida rasionumuzun əsas hissələrindən biridir. Hətta bir çox insan yeməyi çörəksiz qəbul etdikdə kifayət qədər doymadığını düşünür. Lakin son vaxtlar süfrələrimizdə olan çörəyin keyfiyyəti, tez ovulması, quruması və bəzi insanlarda köp yaratması ilə bağlı narazılıqlar da artır". Bun

12:26 206
.

Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunda - Fotolar

Bu gün Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər. "Qafqazinfo" xəbər verir ki, səhiyyə naziri Teymur Musayev Birinci vitse-prezident Mehriban Əliyevay

17:37 157
.

Wi-Fi insanları telefonsuz belə tanıya bilir

Tədqiqatçılar Wi-Fi siqnalları vasitəsilə insanların smartfon, noutbuk və ya ağıllı saat daşımadığı halda belə tanına bildiyini müəyyənləşdiriblər. xarici mediaya istinadən xəbər verir ki, hazırlanan yeni texnologiya radio siqnallarını təhlil edərək simsiz şəbəkəni bir növ hərəkət və mövcudluq sensorun

18:45 135
.

Burun əməliyyatından sonra iflic qalmaq RİSKLƏRİ - ARAŞDIRMA

Azərbaycanda ən çox müraciət edilən estetik əməliyyatlardan biri rinoplastikadır. Sosial şəbəkələrdə əməliyyatdan əvvəl və sonrakı görüntülər geniş yayılsa da, pasiyentləri daha ciddi bir sual da düşündürür: burun əməliyyatından sonra insan iflic qala bilərmi?. -ın əməkdaşının bu mövzu ilə bağlı araşdırmasın

19:30 126
.

Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib

Avqustun 26-da Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəng edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edərək, ona möhkəm cansağlığ

20:20 1
.

Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İslamabadda Tibb Elmləri İnstitutunun doğum şöbəsində 15 körpənin həyatını itirdiyi yanğınla bağlı Pakistana başsağlığı verib. xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə səhifəsində paylaşım edilib. "İslamabad şəhərində yerləşən Pakistan Tibbi Elmlər İnstitutund

17:46 161
.

Hava buludlu olacaq

Bakıda avqustun 27-də 31 dərəcə isti, rayonlarda isə yağışlı hava gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək

13:01 199
.