Rusiya səfərbərliyinin PƏRDƏARXASI: Dünyanı ÜDM, yoxsa nüvə müharibəsi gözləyir? - FOTO

Rusiya səfərbərliyinin PƏRDƏARXASI: Dünyanı ÜDM, yoxsa nüvə müharibəsi gözləyir? - FOTORusiya Prezidenti Vladimir Putinin ötən gün xalqa müraciəti ilə dünya daha qorxulu sabahlara oyanacağının, yaxud da əbədi yuxuya getməklə bağlı təhdidlərin fərqinə vardı. Hər kəsi belə bir sual düşündürür - nüvə müharibəsi ehtimalı gerçəkləşir?

Cənubi Qafqazda Ermənistan-Azərbaycan, Mərkəzi Asiyada Tacikistan-Qırğızıstan, Balkan yarımadasında Serbiya-Kosovo, Yunanıstan-Türkiyə gərginliyi son ayların gündəmindən düşmür. Tayvan adası ətrafında ABŞ-Çin maraqları toqquşur və ABŞ Çini sanksiyalarla hədələyir. Ən gərgin vəziyyət isə Şərqi Avropada hökm sürür. Belə ki, yeddi aya yaxındır davam edən Rusiya-Ukrayna savaşının nə vaxt bitəcəyi hər kəs üçün sirr olaraq qalır. Vladimir Putinin qismən səfərbərlik elan etməsi isə Rusiyanın, Qərbin sanksiyalarına baxmayaraq, yaxın müddətdə oyundan çıxmaq kimi bir planının olmadığını açıq şəkildə göstərir.

Bundan başqa, Kreml rəhbəri Rusiyanı nüvə silahı ilə şantaj etməyə çalışanlara da xəbərdarlıq edib: "Bizi şantaj etməyə çalışanlar bilsinlər ki, küləyin istiqaməti onlara tərəf dəyişə bilər".

Politoloq İlqar Vəlizadə Oxu.Az-a açıqlamasında qlobal təhlükəsizlik sisteminin artıq yox dərəcəsində olduğunu deyib:

Rusiya səfərbərliyinin PƏRDƏARXASI: Dünyanı ÜDM, yoxsa nüvə müharibəsi gözləyir? - FOTO"Əsas güclər qlobal rəqabət aparırlar, silahdan istifadə edirlər. Rusiyanın son addımı ondan xəbər verir ki, Ukrayna tərəfindən həyata keçirilmiş əks-hücumların qarşısını ala bilmir. Nəticədə daha effektli olmaq üçün belə addımlar atılır".

Mövcud durumu Oxu.Az-a şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli isə diqqətə çatdırılıb ki, bu, qismən səfərbərlik adlandırılsa da, ümumi səfərbərlikdir və Rusiyanın bütün böyük şəhərlərini əhatə etməkdədir:
Rusiya səfərbərliyinin PƏRDƏARXASI: Dünyanı ÜDM, yoxsa nüvə müharibəsi gözləyir? - FOTO"Amma 300 min çağırışçını orduya səfərbər etmək mümkün olmayacaq. Rəqəm böyükdür, üstəlik orduya könüllü surətdə çağırışçı kimi cəlb olunmaq istəyənlərin sayı yox dərəcəsindədir. Dünən böyük şəhərlərdə gənclər mitinq keçirərək bildiriblər ki, aparılan müharibə Rusiya ərazisində olmadığına görə onlar bu müharibədə iştirak etmək fikrində deyillər. Əgər Rusiya təcavüzə məruz qalarsa, onlar müharibədə iştirak edərlər. Komissarlılara etiraz edən, gələn çağırış vərəqlərini cırıb atan, yaşayış yerini dəyişən, hətta ölkə ərazisini tərk edənlər də var. Dünən Rusiyadan Türkiyəyə, ərəb ölkələrinə, Azərbaycana, Gürcüstana səfər edən çağırış yaşındakı gənclərin sayı on minlərlə ölçülür. Bütün bunlar onu göstərir ki, çağırış haqqında verilən qərarın icrası çətin olacaq".

Siyasi şərhçi bildirib ki, Putinin nüvə silahı haqqında səsləndirdiyi fikirlər də heç bir əsasa malik deyil:

"Çünki Putin hələ ki taktiki nüvə silahları ilə dünyanı hədələyir. Yəni Ukrayna ərazisində taktiki orta mənzilli nüvə raketlərini tətbiq edəcəyini deyir. Amma orta mənzilli nüvə raketlərinin döyüşə hazır vəziyyətə gətirilməsi üçün xeyli vaxt lazımdır. Çünki döyüş başlıqları ilə orta mənzilli raketlər bir-birindən ayrı saxlanılır. Döyüş başlıqlarının raketlərə quraşdırılması üçün isə ən azı bir gün vaxt lazımdır. Belə olan halda dünya Rusiyanın nüvə zərbəsi vurmağa hazırlaşdığını biləcək və qabaqlayıcı zərbə endirəcək. NATO və Qərb ölkələri çox arxayınlıqla Rusiyaya qarşı nüvə zərbəsi endirəcəklərini, Rusiyanın əl-qolunu açmağa imkan verməyəcəklərini bəyan edirlər. Bunlar Rusiya üçün növbəti fəlakətə gətirib çıxaracaq".

Müsahib müharibənin Putinin məğlubiyyəti ilə sonlanacağını vurğulayıb:

"Tacikistan-Qırğızıstan arasında artıq atəşkəs əldə olunub, Azərbaycan-Ermənistan arasında da, yəqin ki, sülh danışıqları təzələnəcək. Digər dövlətlər arasında da gərginliklər hazırda müharibə həddində deyil. Ona görə də bu saat dünyanı əsas narahat edən məsələ Rusiya-Ukrayna müharibəsidir. Müharibəni bitirmək lazımdır. Putin isə bunu etmir. Çünki müharibən dayandırılsa, bu, Putinin tamamilə iflas etməsi və hakimiyyətdən getməsi demək olacaq. Bundan sonra Rusiyanı ciddi qarışıqlıqlar, xaos gözləyir. Çünki müharibə təkcə Rusiya ilə Ukrayna arasında deyil, NATO, Qərb dünyası və Rusiya arasındakı savaşdır. NATO, Qərb dünyası Rusiyanı dünyanı fəth etmək kimi ambisiyalardan məhrum edəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1411   Tarix: 22 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.