Bakıda 70 kiloqramlıq seyfi oğurlanan şəxs eks-nazir müavinidir – FOTO
Ötən il dekabrın 31-də Bakı şəhəri, Binəqədi rayonunda mənzildən 282 min manatlıq oğurluq etməkdə təqsirləndirilən Murad Allahverdiyev və Uveys Məmmədova hökm oxunub.
"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesin yekununda M.Allahverdiyevə 8 il, U.Məmmədova isə 7 il həbs cəzası verilib.
İstintaqda qeyd edilib ki, iş üzrə zərərçəkən şəxs 2014-cü ilədək daxili işlər nazirinin müavini olmuş polis generalı Əsgər Ələkbərovdur. O, 31 dekabr – 2 yanvar tarixləri arasında bayramla əlaqədar ailəsi ilə birgə istirahətdə olarkən naməlum şəxslər tərəfindən mənzildən içərisində 10 min manat nağd pul, 150 min dollarlıq qızıl-zinət əşyaları və 15 min manat dəyərində qol saatları və sairə olan seyf oğurlanıb. Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Zaqatala rayon sakinləri Murad Allahverdiyev və Uveys Məmmədov qısa müddət sonra saxlanılıblar. Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər.
İş üzrə dəymiş zərər 282 min manat olub. Oğurlanan seyfdə çoxsaylı bahalı qızıl-zinət əşyaları, 1800 manat dəyərində qızıl döş nişanı, "Nikolayın onluq qızılları", "Atatürkün onluq qızıl pulu" və digər xüsusilə dəyərli əşyalar olub.
Məhkəmədə cinayətin təşkilatçısı olan Murad Allahverdiyev bildirib ki, generalın evini oğurluq üçün əvvəlcədən müəyyənləşdirib və 60-70 kiloqram çəkisi olan seyfi Uveysin köməkliyi ilə maşına yükləyib aparıb. O, seyfi açdıqdan sonra onu Bakı-Quba yolunun kənarında yerləşən Yaşma qəsəbəsindəki su kanalına atıb.
Qeyd edək ki, polis general-leytenantı Əsgər Ələkbərov 1995-2014-cü illərdə daxili işlər nazirinin müavini vəzifəsində çalışıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1046 Tarix: 23 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"iPhone 18" bu rənglərdə olacaq
"Apple"ın gələcək "iPhone 18 Pro" modellərinin rəng seçimləri ilə bağlı yeni məlumatlar yayılıb. Məşhur insayder "Ice Universe" Çin sosial şəbəkəsi Weibo-da iPhone 18 Pro modellərinin kamera hissəsi üçün nəzərdə tutulan qoruyucu örtüklərin görüntülərini paylaşıb. Sözügedə
20:30 81 Wi-Fi insanları telefonsuz belə tanıya bilir
Tədqiqatçılar Wi-Fi siqnalları vasitəsilə insanların smartfon, noutbuk və ya ağıllı saat daşımadığı halda belə tanına bildiyini müəyyənləşdiriblər. xarici mediaya istinadən xəbər verir ki, hazırlanan yeni texnologiya radio siqnallarını təhlil edərək simsiz şəbəkəni bir növ hərəkət və mövcudluq sensorun
18:45 135 Çörək niyə 2-3 saata quruyur və ovulur? Çörəkdən sonra köp və ağırlıq niyə yaranır?
"Çörək qida rasionumuzun əsas hissələrindən biridir. Hətta bir çox insan yeməyi çörəksiz qəbul etdikdə kifayət qədər doymadığını düşünür. Lakin son vaxtlar süfrələrimizdə olan çörəyin keyfiyyəti, tez ovulması, quruması və bəzi insanlarda köp yaratması ilə bağlı narazılıqlar da artır". Bun
12:26 206 Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik edib
İran Prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:. "Dəyərli və mehriban bacım. Böyük ehtiram və sevinc hissi ilə Sizi doğum gününü
20:00 85 Ən yaşlı və ən gənc tələbə onlar oldu
Ali təhsil müəssisələrinə builki qəbulun nəticələrinə əsasən, tələbə adını qazanan ən gənc abituriyentin 16 yaşı var. Məmmədli Gülşən Rəşad qızı 621,2 balla Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisasına əyani təhsil forması üzrə dövlət sifarişi əsasında qəbul olunub. "Qafqazinfo"nu
12:53 294 Universitet xərcləri artır: Azərbaycan ailəsi övladının təhsilinə nə qədər pul xərcləyir?
"Yeni tədris ili yaxınlaşdıqca tələbə və valideynləri düşündürən əsas məsələlərdən biri də universitetlərdə təhsil haqlarının artmasıdır. Bir tərəfdən ali təhsil müəssisələri xərclərin, əməkhaqlarının və digər xidmətlərin bahalaşmasını əsas gətirirlər. Digər tərəfdən isə ailələr üçün əsas sual dəyişmir
12:14 193 Bakıda I sinfə qəbulda rekord rəqəm: məktəblərdə yer problemi yarana bilərmi? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Yeni tədris ilinin başlamasına sayılı günlər qaldıqca Bakıda məktəblərin şagird sıxlığı məsələsi yenidən gündəmə gəlir. Belə ki, 19 avqust saat 11:00-a olan məlumata görə, paytaxt məktəblərinin I sinfinə qəbul üçün artıq 39 094 elektron sorğu yerləşdirilib. Bu isə on minlərlə uşağın sentyabrdan etibarə
14:24 247 "ABŞ-da ara seçkilər prezident üçün həmişə bir növ referendum xarakteri daşıyır" - BƏHRUZ QULİYEV
"ABŞ-da təxminən iki ay sonra keçiriləcək ara seçkilər artıq təkcə Konqres uğrunda mübarizə deyil, eyni zamanda Donald Tramp administrasiyasının fəaliyyətinə veriləcək siyasi qiymət kimi qəbul olunur. Hazırkı mənzərə göstərir ki, Demokratlar müəyyən üstünlük əldə ediblər və bu, Tramp üçün cidd
13:55 197 Mehriban Əliyeva qızları ilə açılışda - Fotolar - Yenilənib
Bu gün Bakıda Bilgəh incəsənət məktəbinin açılışı olub. "Qafqazinfo" xəbər verir ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak ediblər. Mədəniyyət naziri Adil Kərimli incəsənət məktəbində görülən işlər barədə məlumat verib
17:18 277