Deputatla AzTV arasında qalmaqal
Milli Məclisin deputatları Azərbaycan Televiziyasını (AzTV) ittiham ediblər.
"Qafqazinfo" xəbər verir ki, deputat Əziz Ələkbərli feysbuk hesabında AzTV-də yayımlanan "Əsas məsələ" verilişi ilə bağlı status paylaşıb.
Paylaşımda qeyd olunur: "Bu gün AzTV-də "Əsas məsələ" verilişinə baxdım, Qərbi Azərbaycanla bağlı söhbətləri dinlədim və verilişin səviyyəsizliyinə heyrət elədim. AzTV rəhbərliyinə və verilişin müəlliflərinə bir məsləhətim var: Qərbi Azərbaycan mövzusunu bu qədər bayağılaşdırmayın və kanalı bu qədər gözdən salmayın!".
Maraqlıdır ki, bir müddət sonra deputat Əziz Ələkbərli sonradan öz hesabından yazdığı statusu silib.
Buna cavab olaraq Azərbaycan Televiziyası öz rəsmi feysbuk hesabında "AzTV-də yayımlanan veriliş əslində niyə qıcıq doğurdu?" başlıqlı açıqlama yayıb.
Açıqlamada bildirilir: "Ötən axşam (22 sentyabr) AzTV-də yayımlanan "Əsas məsələ" verilişində Milli Məclisin deputatı Anar İskəndərov, tarixçi alimlər Nəsiman Yaqublu, Şikar Qasımov və hərbi-siyasi ekspert Telman Qasımov çıxış edərək qədim Azərbaycan ərazisi Zəngəzurun toponimləri, tarixi yer adları ilə bağlı fakt və xəritələr əsasında maraqlı müzakirə ortaya qoyublar. Lakin, görünür, verilişdə deyilənlər və ən əsası, Zəngəzurun qədim tarixi Azərbaycan ərazisi olması ilə bağlı səsləndirilən faktlar kimlərinsə ürəyincə olmayıb. Əcəba niyə? Belə verilişləri "bayağı" adlandırıb əsassız tənqid etmək, AzTV-nin ünvanına təhqirlər yağdırmaq bir nəfərin, həm də hörmətli millət vəkilinin, konkret olaraq Əziz Ələkbərlinin, görəsən, niyə xoşuna gəlməyib? Araşdırdıq. Məlum oldu ki, Əziz müəllimin verilişə dəvət olunan qonaqlardan biri ilə (Telman Qasımovla) yumşaq desək, münasibəti yoxdur. Odur ki, həmin adamı ekspert kimi qəbul etməyən millət vəkili acığını AzTV-dən və verilişdən çıxmaq qərarına gəlib və "Əsas məsələ"də qaldırılan mövzunu (Zəngəzur), aparılan müzakirələri (Zəngəzurun tarixi Azərbaycan ərazisi olması reallığını) "səviyyəsiz" adlandırıb.
Əks halda:
1. Bir millət vəkili sözünü, tənqidini əsaslı və faktlar əsasında deyər, ümumi sözlərdən yararlanmazdı;
2. Bir millət vəkili sözünü bayağı formada yox, ən azı deputat adına və nüfuzuna uyğun etik normalar çərçivəsində deyərdi, məsləhət verərdi;
3. Bir millət vəkili belə müzakirələrə açıq olar və dəvət olunanda min bir bəhanə ilə verilişlərdən yayınmazdı;
Ən nəhayət, Əziz Ələkbərli, yaxşı olar ki, hər hansı məsələyə şəxsi prizmadan, hikkə ilə və ambisiya dolu yanaşmaqdansa, deputat mandatına uyğun işlər görün, vətəndaşların arzu və istəklərini, problemlərini araşdırıb, həllinə çalışın. Yox, əgər media eksperti və ya alim kimi söz deyirsinizsə, əsaslı fakt və arqumentlərə söykənərək, təhqirsiz, etik normalara uyğun fikir bildirin. AzTV komandası sağlam tənqidə hər zaman açıqdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1160 Tarix: 23 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865